www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə, 2024-04-26, 8:49 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Din

18 dekabr Məhərrəm ayının əvvəli, Hüseyn əzasının başlanması günüdür
[ ] 2009-12-18, 3:15 PM




Əyyami məhərrəm-səfər yaxınlaşmaqdadır. Bu bir əyyamdır ki, Həzərt Peyğəmbərimiz (s) və Əhli-beyti (ə) bizlərə bu günləri yaşatmağı vəsiyyət etmişlər. Hüseyni (ə) olan, Kərbəlası, Zeynəbi (s.ə.) olan ümmət ölməzdir, daima diridir. Hüseyni (ə) olan ümmət rəhm bilər, şəfqət bilər, məhəbbət bilər, səbr və dözüm bilər. Hüseyni (ə) olan ümmət özünü tanıyar, Rəbbini, Kitabını tanıyar.
Bəs elə isə bir-birini əvəzləyən yeksənək günlərin çərçivəsindən çıxmağı bacaraq. Ruhumuza bir Kərbəla diriliyi bəxş edək. Ruhun qılınca qalib gəldiyi əyyamlarda biz də nəfsani istəklərə, mənəvi, əxlaqi qüsurlara qalib gələk. Fitrətdə olan Rəbbə qovuşma eşqinə cavab verək, təvəlla-təbərramızda, əmr-be-məruf və nəhy-əz-münkərimizdə diqqətli və ardıcıl olaq. Allaha xatir sevək və Allaha xatir pisləyək.
Artıq neçə illərdir ki, mömin və möminələr Hüseyn (ə) Aşurasına olan öz məhəbbətlərini xəstə körpələrə qan ehsan etməklə təzahür edirlər. İnşAllah, bu il də bu imkan Mütəal Allah tərəfindən qismət olar. Allah Təala Hüseyn (ə) yolunda, Əbəlfəz (ə) yolunda, Əliəsğər (ə) yolunda verilən bu gözəl ehsanları qəbul etsin, inşəallah!
Bu il məhərrəm əyyamının başlanğıcı xalqımızın qan yaddaşına həkk olunmuş 20 yanvar faciəsinin 17-ci ildönümü ilə eyni günlərə təsadüf edir. İnşəallah, qədirbilən, Hüseyn (ə) tanıyan xalqımızın verdiyi bu əziz şəhid qanı yerdə qalmaz, yağı düşmənin tapdağı altında inləyən müqəddəs Vətən torpaqları tezliklə azad olar!
Bir məsələni də əziz iman əhlinin nəzərinə çatdırmağı zəruri hesab edirik. Aşura məfkurəsinin yaşanması, İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıq məclisləri ilə vücudi surətdə bağlıdır. Əslində, bu əza məclislərini yaşatmaq, iki mübarək niyyətə xidmət edir: birincisi, Aşura məktəbinin şücaət və yenilməzlik, zülmə baş əyməmək, yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmək dərslərini cameədə yaşatmaq, və eyni zamanda, Hüseyn (ə) müsibətindən qəhərlənən qəlbin riqqəti ilə daxili aləmi paklaşdırmaq, tövbə və istiğfar halətində İlahi hüzurda bəndəçilik zirvəsinə qalxmaq.
Allahım! Bizlərə dünyada İmam Hüseynin (ə) əzadarlığını, axirətdə o Həzrətin şəfaətiini qismət et! AMİN!


NİYƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ?

Şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.f.) həzrətlərinə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah Təala bizləri dünyada İmam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!

Bu günlər Aşura hadisəsi, eləcə də İmam Hüseyn (ə) məktəbi haqda bilik və mə`lumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, İmam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək.
Ümid edirik, bu kimi araşdırmalarla İmam Hüseyn (ə) və onun böyük qiyamı haqda mə`lumatlarımızı artıraq, gənclərin mühüm tarixi hadisələrlə tanışlıq səviyyəsini genişləndirək və bu mə`rifət dəryasına baş vurmaqla həm dünyamız, həm də axirətimiz üçün faydalı nəticələr əldə edək. İnşallah!

Mə`lum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların səbəblərini öyrənmək və bu məsələlər barədə aydın təhlil aparıb, düzgün nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara bayraqların dalğalandığı və insanların dəstə-dəstə yığışıb əzadarlıq etdiyini müşahidə edirlər. Sinə döyən kim, dizinə vurub ağlayan kim... O başqa günlərdə, eləcə də digər cəmiyyətlərdə buna bənzər hadisələrin şahidi olmadığından, təbii olaraq, bə`zi suallarla rastlaşır: «Görəsən bu mərasim hansı məqsədlə keçirilir?», «Nəyə görə insanlar qara paltar geyinməli və bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər?», «Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır?» və s.
Gənclərin və yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə cavablandırılır: «Şəhidlər sərvəri İmam Hüseyn (ə) Allah yolunda, İslami dəyərlər uğrunda şəhid olmuşdur, bu səbəbdən də biz onun xatirəsini yad edib, göz yaşı axıtmalıyıq»; «İmam Hüseynə (ə) matəm saxlamağın savabı vardır»; «o Həzrət bu əzadarlıqların əvəzində Qiyamət günü bizə şəfaət edəcəkdir» və s.
Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.
Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ barədə olan mə’lumatlarını artırmaq və bu hərəkat haqda baxışlarını aydınlaşdırmağa çalışacağıq.

Görəsən nəyə görə məhərrəmliyi əziz tutmalıyıq?

Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?
Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Mə`lum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.
Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, "haqqı tanımaq hissi"nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda tə’sirli olubsa, digər tə’sirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.
Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.
Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bə’zi hadisələrin yenidən dirçəldilməsi tam mə`nada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük tə’sir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və tə’sirli ola bilər.

Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də təşkil etmək olar.
Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və mə’lumatı olmayan bir yeniyetmə belə fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq, iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət etməlidir?
Aşura hadisəsi və İmam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət tə’sir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir?
Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o Həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir?
Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına tə’sir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq.
Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ tə`siredici amil mühüm rol oynayır. Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük tə’siri vardır. Amma e`tiraf etmək lazımdır ki, bu üsul yeganə tə’sirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox tə’sirli olan digər amillər də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı tə’sir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, tə`sirinə daha çox mə`ruz qaldığımız amillər əsas e`tibarı ilə təhrikedici amillərdir.
Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. "Bu işin faydası nədir?", "Necə görülməlidir?" və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və tə`siredici amillərin bəlli olması kifayət etmir.
İmamın (ə) da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə, yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya mə’lumat əldə etməklə, insanda belə bir meyl yaranmır. İnsandan yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır. Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri tə’min edə bilər; yə’ni lazım olan bilik və mə’lumatı çatdırmaqda bizə yardımçı olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Mə`lum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz mə`lumatın sizdə yaratdığı tə`sir ilə, həmin hadisəni öz gözlərinizlə görəcəyiniz zaman yaradacağı tə`sir arasında fərq olacaqdır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.
Buna misal olaraq, Qur’ani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı qeyd etmək istərdim: "Bildiyiniz kimi, Həzrət Musa əleyhissəlam Allah tərəfindən, ibadət etmək üçün Tur dağına də’vət edilir. Əhaliyə də əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq. Allah Təala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə tutulmuş bir imtahan idi.
Müddət başa çatan kimi Bəni-İsrail qövmü Həzrət Musa əleyhissəlamın canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib çıxmadığını soruşur. Harun isə cavabında belə deyir: "Gözləyirik, tezliklə gələr". Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən soruşurlar: "Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə mə’lum olur ki, bizi tək qoyub, özü çıxıb gedibdir". Samiri isə fürsətdən istifadə edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə də’vət edir: " Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür".
Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş etməyə başlayır. Allah Təala Musa əleyhissəlama vəhy göndərir ki, sənin qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də, narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır, özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini soruşur".
Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə olaraq, hər hansı bir şey haqda mə’lumat və anlayışa malik olmaqla, onu müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah Təala Həzrət Musa əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir şəkk-şübhəsi yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə, dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz e’tirazını bildirir.
Allah Təala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu tə’sir və təəssürat, deyilənlər, eşidilənlər və mə’lumatlarla yaranan tə`sirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu tə’sir digər üsullardan qat-qat üstündür. Aşura günü İmam Hüseyn əleyhissəlamın necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük tə’siri vardır. Bu səhnələrin nümayişi İmam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq.
İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi tə’sir oyadır, ürəklərini riqqətə gətirir. Aşura gününün yaratdığı əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik.
Tarixdə bu hadisənin tə’siri ilə zalım rejimlərə qarşı neçə-neçə qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İslamın böyük simaları dəfələrlə buyurmuşlar: "Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir."

Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?

Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur. Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə vuruşması nəticəsində olmuşdur. Bunun tə’siri az deyildir; cəmiyyətdə belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin, millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə hazırlayan ikinci bir məktəb vardırmı?
Beləliklə, mə’lum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda müəyyən mə`lumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol oynayır. Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.

Aşura hadisəsinə görə nə üçün əzadarlıq etməliyik?

Cəmiyyətin İmam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə tə’sir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına tə’sir edilməsi mümkündür. Biz İmamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik.
Üçüncü sual budur ki, duyğuların təhrik edilməsində bu kimi şən mərasimlərdən istifadə olunurmu? Niyə ağlamalıyıq, sinə vurmalıyıq? Gəlin bunların əvəzinə bayram məclisləri keçirək, şirni, noğul paylayaq, mədhnamə oxuyaq və s.
Cavabı budur ki, insanların qəlbi, duyğu və hissləri fərqli xüsusiyyətlərə malikdir. Hər növ hiss və duyğunu ona müvafiq mövzu ilə təhrikə gətirmək olar.
İslam tarixində ən böyük rol ifa edən hadisə Kərbəla faciəsi olmuşdur. İslam tarixinə istiqamət verən də İmam Hüseyn (ə) olmuşdur. İnsanları Qiyamətə qədər haqq yoluna istiqamətləndirən, müqavimət göstərməyi öyrədən, mübarizə məktəbini quran da o olmuşdur. Həmin xatirələrin yenidən yaşanması üçün ancaq şənlik məclisləri, bayram tədbirləri yetərmi? Bunun üçün o hadisəyə münasib tədbirlər görülməlidir. Yə’ ni, xalqı o hadisəyə uyğun hüzndə saxlayan işlər görülməli və bu xatirələrə təsəlli və təskinlik gətirən göz yaşları axıdılmalıdır. Bu hadisədə belə bir rolu ifa edəcək vasitə də həmin əzadarlıq mərasimləridir. Gülmək və şənlənməklə heç vaxt bu təəssüratı yarada bilmərik. Gülmək, heç vaxt insanı şəhidlik ruhunda saxlaya bilməz. Gülmək heç vaxt insanı Qarabağın azadlığı uğrunda döyüşə səsləmir. Gülmək, heç vaxt xalqa müharibənin yaratdığı ağrı-acıya, müsibətlərə dözməkdə təskinlik ola bilməz. Belə fədakarlıqlar üçün göz yaşlarında suvarılan, sızlayan qəlblərdən qol-budaq atan ilahi eşq lazımdır. Bütün bunlar Aşura məktəbində yetişir.
Bölmə: Din | Müəllif: FanXezer | Açar sözlər: Imam Huseyn
Baxış sayı: 712 | Yükləmələr: 0 | Şərhlər: 2 | Reytinq: 5.0/2 |
Cəmi şərhlər: 2
2022-02-09
Ismarıc #2 new ()

Hi, this is Jenny. I am sending you my intimate photos as I promised. https://tinyurl.com/y7r9erxz

Cavab:

2009-12-18
Ismarıc #1 yusif FanXezer (FanXezer)

ALLAH REHMET ELESIN!!! cry

Cavab:


ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.117.9.186

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: Marqosha(35)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->