www.fanxezer.tk-ya xoş gəlmisiniz! Çərşənbə axşamı, 2024-04-16, 2:58 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Şeir dünyası

Ramiz Rövşən
[ ] 2009-08-31, 6:27 PM
Bu yazını görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun

Çalış layiqli ol bu təmiz ada,

Təmiz ol, həmişə düşrsən yada,

Onsuz, yaşadığımız qoca dünyada

Hər bir kəndin namərdi var, mərdi var,

Bu dünyanın özü boyda dərdi var.

Qoca dünya qorxulu ir tamaşa,

Çoxumuzu salıb qorxu, təlaşa,

Zalımlara çahar-qoşa, şeş-qoşa,

Yetimlərə du-bir verən nərdi var,

Bu dünyanın özü boyda dərdi var.

Ağır yoldu keçəcəyin bax bu yol,

Fərqi yoxdu, prokuror ol, nazir ol,

Geci-tezi ölüm gəlir hazır ol,

Yaranmısan, bir gecə də öldü var,

Bu dünyanın özü boyda dərdi var.

Ömür gedir, günlərivi say, oğlum,

Dörd tərəfin dəniz, dərya, çay, oğlum,

Bir kişidən borc götürdün, ay oğlum,

Unutma ki, qaytardı var, verdi var,

Bu dünyanın özü boyda dərdi var.

Kim oynayar onunla bu oyunu,

Odu edən çoxumuzun toyunu,

Dağ-dərəyə doldurubdu qoyunu,

Tanıdmağa çaqqalı var, qurdu var,

Bu dünyanın özü boyda dərdi var.


***


Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də biz xoşbəxt ola bilərdik,

Bəlkə də xoşbəxtik, xəbərimiz yox.

 

Aradan nə qədər il keçib görən,-

Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla.

 

“Ölmədim” deyirəm, nə bilim axı,-

Bəlkə də mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

 

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki,

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, bu ayın, bu günündəki,

Elə bu küçənin bu tinindəki

Məni də, səni də öldürdük onda.

 

…Sağımız – solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz ömründə min yol

Özünü öldürən adamlar keçir.

 

Keçir, öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu…

Hamı günahkardı dünyada ,

Amma, dünyada heç kəsin günahı yoxdu.

 

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

 

Halal yolumuzu dəyişib nəsə

Çaşmışıq, biz özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Min illik bir səhvə qurban getmişik.

 

Dəyişib yerini bəlkə  qış-bahar,

Qarışıb dünyanın şıhıri, kəndi.

Bəlkə öz bətnində ögey analar

Ögey balaları gəzdirir indi.

 

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız anamdı bəlkə,

Bəlkə də oğlumdu bu oğlan elə.

 

Bu yalan ömrümdə görən sən nəsən?

Anamsan, bacımsan, nənəmsən, nəsən?!

Bircə allah bilir, nəyimsən mənim.

 

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza nə yol, nə körpü.

Ölüsən, dirisən, hər nəsən, dayan!

Dayan, heç olmasa əlindən öpüm…

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”

əlimin içində soyuyur əlin.

Deyirsən: “Sən allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir…”


Fikirinizi bildirməyi unutmayın!

Bölmə: Şeir dünyası | Müəllif: FanXezer
Baxış sayı: 3161 | Yükləmələr: 0 | Şərhlər: 138 | Reytinq: 5.0/2 |
Cəmi şərhlər: 4
2011-11-10
Ismarıc #4 Fidan ()

Ramiz Rovsenin seirleri heqiqeten insani dusunmeye vadar eden seierlerdendir...

Cavab:

2010-05-09
Ismarıc #3 Sadosh Azeri (Sadosh)

Salam ellerinize saglik tskler,Ramiz beyin seirleri cox gozel ve menalidir,allah onu vizlere cox gormesin,amin amin amin.[color=green][size=19][i][b]

Cavab:

2010-02-04
Ismarıc #2 yusif FanXezer (FanXezer)

Ramiz Rovsenin cox seirleri gozeldir.

Cavab:

2009-12-01
Ismarıc #1 Aynur ()

Ramiz Rovsenin ayriliq seri cox gozeldi.

Cavab:


ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.119.255.94

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: star_baku(34)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->