www.fanxezer.tk-ya xoş gəlmisiniz! Şənbə, 2024-04-20, 6:33 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
HTML [6]
Delphi [2]
PHP [5]
Javascript [4]
İnternet [3]
ASP [0]
Photoshop [3]
Power point [3]
Excel [3]
CSS [3]
Word [3]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Komputer bilgiləri » Javascript

Obyekt Anlayışı
[ ] 2009-08-30, 9:49 PM
Obyekt Anlayışı 
   Obyekt mürəkkəb verilən tipidir. Obyektin tərkibinə dəyişə çoxluğu – xassə və bu dəyişənlər üzərində manipulyasiya etmək üçün funksiya çoxluğu – metod daxildir. Xassə verilən saxlayır, metod isə onları emal edir. Bu şəkildə obyektə proqramın digər fraqmentlərindən asılı olmayaraq ayrıca baxmaq olar.
   Obyektə nümunə kimi HTML-dokumentə baxaq. O xassələr çoxluğuna malikdir: internet-adres, ölçü, simvol kodlaşdırılması və s. Bəzi xassələrini dəyişə bilərsiniz, digərlərini isə yox. O həmçinin motodlar çoxluğuna da malikdir: Web browser pəncərəsində göstərmək, disk üzərində saxlamaq, çap etmək və s. Belə bir analogiya vermək də olar: xassə - obyektin atributu, metod – idarəetmə vasitəsi.
   Obyekt digər verilənlərin tiplərindən əlavə olaraq bir də onunla fərqlənir ki, onun istifadəsi üçün uyğun obyekt sinifinin nüsxəsini yaratmaq lazımdır. Bu zaman sinif dəyişən tiplərinə oxşar olaraq obyekt tipinin nümunəsidir, nüsxə isə onunla işləyə biləcəyiniz konkret obyektdir. Nüsxə obyekt new operatoru vasitəsilə yaradılır. Bu zaman obyektə istinad dəyişənə mənimsədilir. İstinad (və ya göstərici) yaddaşda bir yerə nişanlanır, hansı ki, yaradılan nüsxə obyekt saxlanılır. Dəyişəndə saxlanılan bu göstərici ilə obyektə müraciət edə bilərik.

var obj;
obj = new SomeObject();

   Burada obj – dəyişəndir, hansı ki yaradılmış obyekə istinad edən göstərici mənimsədilib, SomeObject isə - obyekti yaradan sinifdir.
   Obyekti isifadə edib qurtardıqdan sonra onu silmək olar. Bunun üçün delete operatorundan istifadə edilir.
delete obj;
Qeyd: delete operatoru yalnız Internet Explorer və Navigator 4.0 versiyalarından başlayaraq dəstəklənir. Internet Explorer və Navigator 3.0 versiyalarında dəyişənə null qiymətini mənimsədərək obyekti silə bilərsiniz. Navigatorun çox köhnə versiyaları obyekti silməyi ümumiyyətlə dəstəkləmir.


   Yaxşı, biz obyekt yaratdıq və onun xassə və metodlarına müraciət etmək istəyirik. Bunu necə etməliyik? Çox sadə! Aşağıdakı çağırma formatından istifadə edərək xassələrə müraciət edə bilərsiniz:

{Obyektə istinad edən dəyişənin adı}.{Xassənin adı}

   Bu şəkildə xassəyə müraciət etmək dəyişənə müraciət etmək kimidir, fərq yalnız ondan ibarətdir ki, burada dəyişənin – xassənin əvvəlinə obyekiti göstərən dəyişənin adını və nöqtə işarəsini qoymaq lazımdır. 

obj.SomeProperty = 9;
encoding = HTMLDocument.CodePage;

Metod da oxşar şəkildə çağrılır:
{Obyektə istinad edən dəyişənin adı}.{Metodun adı}([{Parametrlər}])

   Yəni demək olar ki, adi funksiya kimi çağrılır, istisna olaraq obyektin adını (obyektin adı – onyektə istinad edən dəyişənin adı mənasındadır) yazmaq lazımdır.

void HTMLDocument.SaveToDisk(‘somefile.htm’);

   Obyekt massivin elementinə mənimsədilə və funksiyaya göndərilə bilər. Bu zaman funksiyanın gövdəsində onun xassələrini dəyişməyə və metodunu çağırmağa icazə verilir.
   Obyekt həmçinin obyekt tipində xassəyə malik ola bilər, yəni xassə daxili obyekt adlandırılan obyektə göstərici saxlaya bilər. Analoji qaydada daxili obyektin xassə və metodlarına müraciətə icazə verilir:

encoding = someObject.internalObject1.property1;
v = someObject.internalObject1.method1;

   Koddan göründüyü kimi əvvəlcə obyektin adı, sonra daxili obyektin adı, daha sonra isə daxili obyektin xassəsinin və ya metodunun adı göstərilib.
Yeri gəlmişkən obyektin özü bu şəkildə yaradılır:

obj = new SomeObject();

   O funksiya çağırılmışına çox oxşayır, elə deyil mi? Bu da öz növbəsində funksiyadır, konstruktor adlanan obyektin xüsusi metodudur. Bu metod digərlərindən onunla fərqlənir ki, bu metod obyekt yaradılarkən çağırılır və onun xassələrinin ilkin qiymətlərini verir. Konstruktorun adı həmişə sinfin (class) adı ilə eyni olur.
Konstruktor parametr ala bilər.

obj2 = new SomeObject2(param1, param2, x + y, 3);

   Konstruktorsuz yaradılan obyektlər də mövcuddur. Onlar inisiallaşdırıcı vasitəsilə yaradılır:

obj3 = new SomeObject3(prop1: param1, prop2: param2, prop3: x + y, prop4: 3);

Yəni bu cür obyekt yaradarkən, biz onun xassələrini qiymətlərlə doldururuq.
Qeyd: İnisiallaşdırıcı Internet Explorer və Navigator browserlərində 3.0 versiyalarından başlayaraq dəstəklənir. Navigatorun (JavaScript-i Internet Explorer 3.0 versiyasından başlayaraq dəstəkləyir) daha əvvəlki versiyalarında siz obyekti yalnız konstruktor vasitəsilə yarada bilərsiniz. 


   JavaScript-də olan bütün mümkün obyektlər daxili və istifadəçi yaradan olmaqla iki qrupa bölünür. Daxili siniflərə misal olaraq Array, Boolean, Date, Function, Math və s. kimi misal göstərmək olar. Daxili siniflər burada araşdırılmayacaq.
   typeof operatoru obyekt dəyişəni üçün “object” sətirini qaytarır.
Bölmə: Javascript | Müəllif: FanXezer
Baxış sayı: 587 | Yükləmələr: 0 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.218.38.125

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->