www.fanxezer.tk-ya xoş gəlmisiniz! Çərşənbə, 2024-04-24, 8:50 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
HTML [6]
Delphi [2]
PHP [5]
Javascript [4]
İnternet [3]
ASP [0]
Photoshop [3]
Power point [3]
Excel [3]
CSS [3]
Word [3]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Komputer bilgiləri » Excel

Microsoft excel dərs 1,2
[ ] 2009-08-30, 10:43 PM

GİRİŞ

Microsoft Excel - Elektron cədvəllər redaktorudur. O verilənlər cədvəli ilə işləmək üçün nəzərdə tutulmuş güclü bir proqramdır. Belə ki, Excel müxtəlif növ verilənləri nizamlamağa, analiz etməyə, qrafiki təsvir etməyə və hesabatları effektiv yerinə yetirməyə imkan verir. Microsoft Excel-in işə qoşulması üçün mauzun göstəricisini tapşırıq sətrində Başlanğıc(Start) düyməsinə yaxınlaşdırın və mauzun sol düyməsini basın. Açılan əsas menyu səhifəsindən Proqramlar sətrini seçin. Sonra, açılmış siyahıdan Microsoft Excel proqramının adında mauzun sol düyməsini basın. Beləliklə ekranda Microsoft Excel pəncərəsi açılır.


Excel

Excel pəncərəsinin ümumi görünüşü

Qarşınızda Microsoft Excel proqramının elektron cədvəlidir. Pəncərənin yuxarıdakı sətri Sərlövhə sətri adlanır. Onun üzərində adətən redaktorun və açılmış sənədin adı göstərilir. Sərlövhə sətrindən sonra ayrı-ayrı menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər bir menyu bölməsi Microsoft Excel proqramında işləmək üçün müəyyən əmrlər toplusundan ibarətdir. Yerləşdirmək (Insert) menyusunun üzərində mauzun sol düyməsini basın. Beləliklə, siz işçi kitbında yerləşdirmək üçün müxtəlif obyektlərlə qarşılaşırsınız, məsələn İşçi vərəqi (work sheet)Funksiya (funktion)Qrafik və ya diaqram (chart). Ayrı-ayrı bölmələr altmenyulara aparır. 
Ilk Addımlar
Məsələn, Düzəliş (Edit) menyusunu açın və Doldurmaq(Fill) əmrini seçin. Gördüyünüz kimi altmenyu əlaqəli bölmələrdən ibarətdir.
Ilk Addımlar

Göstərilən əmrlərin bir çoxu klaviatur alternativinə malikdir. Məsələn, File menyusunda yerləşən Yadda saxlamaq (Save) əmrini Ctrl +S klaviş kombinasiyasının köməyilə də yerinə yetirmək olar- bu o deməkdir ki, Ctrl düyməsi sıxılı vəziyyətdə S düyməsini bassanız Yadda saxlamaq (Save) əmrini yerinə yetirmiş olursunuz.Menyu bölələrində passiv əmrlər boz rənglə göstərilmişdir. Menyunu bağlamaq üçün vərəqin istənilən yerində mauzun sol düyməsini basın.

Menyu sətrinin ardınca alətlər lövhəsi gəlir. Belə ki, menyu sətrinin altında Standart və Formatlaşdırmaalətlər lövhəsi yerləşir. Hər bir lövhə müəyyən alətlər yığımından ibarətdir. Siz göstərilən alətlər lövhəsindən başqa da istənilən hər hansı bir alətlər lövhəsini seçə və onu öz baxışınıza görə dəyişdirə bilərsiniz. Əlavə alətlər lövhəsini ekrana çağırmaq üçünGörünüş(View)menyusunda - Alətlər lövhəsi (Toolbars)istifadə edilir.

Mauzun göstəricisini alətlər lövhəsinə yaxınlaşdırın və kontekst menyunu çağırın. Bunun üçün mauzun sağ düyməsini basın. Gördüyünüz kimi bütün mümkün alətlər lövhələrinin siyahısı açılıb. Adətən alətlər lövhəsi ekranın yuxarı hissəsində yerləşdirilir, lakin siz onu ekranın istənilən hissəsində yerləşdirə bilərsiniz. Mauzun göstəricisini Standart alətlər lövhəsinin sol küncünə gətirin və mauzun düyməsi sıxılı vəziyyətdə onu vərəqin otrasına gətirin. Alətlər lövhəsini geri qaytarmaq üçün sərlövhə sətrində mauzu 2 dəfə basın.

Pəncərənin növbəti sahəsi Düstur sətri (Formula Bar) adlanır. Onun üzərində adətən aktiv xanaya daxil edilmiş verilənlər və ya hesabat göstərilir. Ad (Name Box)sahəsi düstur sahəsindən solda yerləşir. O seçilmiş xananı, diaqramın elementlərini göstərir.


Bölmə: Excel | Müəllif: FanXezer
Baxış sayı: 1342 | Yükləmələr: 0 | Şərhlər: 3 | Reytinq: 4.5/2 |
Cəmi şərhlər: 3
2010-11-14
Ismarıc #3 Iman ()

Cox gozel tertib etmisiniz!

Cavab:

2010-11-14
Ismarıc #2 Iman ()

Cox gozəl tərtib etmisiz!
Minnetdaram!

Cavab:

2010-08-25
Ismarıc #1 Adile ()

Salam, Butun BSU-nun emekdashlarini salamlayiram. men BSU mezunuyam

Cavab:


ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.216.32.116

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->