www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə, 2024-04-26, 11:07 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Din

Allahın Aslanı
[ ] 2011-08-31, 7:54 PM
www.fanxezer.ucoz.com


1 «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». [Maidə surəsi ayə 67] Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Qur’an ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sə’ləbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər.

2 «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir». [Maidə surəsi ayə 55] Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər təsdiqləyirlər.

3 «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».

«Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara Allahdan lə’nət istəyək». [Ali İmaran surəsi ayə 61] Tarixçilər və təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur.

4 «Təthir» ayəsi: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir». [Əhzab surəsi ayə 33] Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər.

5 «Bəraət» surəsi: Müxtəlif firqə alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü.

6 «Məvəddət» ayəsi: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm». [Şura surəsi ayə 23] Zəməxşəri, Gənci Şafei və başqa alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə), Fatimə və onların iki oğlu mənim əhli-beytimdir».

7. «Rə’d» surəsinin 43-cü ayəsi: «Onlara belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım Əli (ə) ibn Əbi-Talibdir».

Bəli, həzrət Əli (ə) haqqında nazil olmuş ayələrin sayı üç yüzü keçir.

Bölmə: Din | Müəllif: FanXezer | Açar sözlər: Allahin aslani
Baxış sayı: 2390 | Yükləmələr: 0 | Şərhlər: 135 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.190.156.80

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: Marqosha(35)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->