Ayın 5-i Bakıya qar yağacaq - Azərbaycan <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Bazar, 2016-12-11, 5:11 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Azərbaycan

Ayın 5-i Bakıya qar yağacaq
[ ] 2010-02-04, 4:35 PM
www.fanxezer.tk


Bir neçə gün öncə ölkə ərazisində hökm sürən şaxtalı hava şəraiti geri qayıdır. Bu gündən başlayaraq ölkə ərazisində havanın hərarəti aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman, çiskin olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 7-9° isti, günün ikinci yarısından başlayaraq temperaturun aşağı enəcəyi, axşama doğru 0°-yə yaxın olacağı gözlənilir.

Sabah hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində şiddətlənəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 0°-yə yaxın, gündüz 2°-dək şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 6-da hava şəraitinin buludlu olacağı, arabir qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında bir qədər mülayimləşəcək. Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 7-də hava şəraitinin buludlu olacağı, gecə və səhər qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 0-2° şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında da da sabahdan hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək, ayrı-ayrı yerlərdə şiddətlənəcək. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-5° şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 6-7-də də fasilələrlə qar yağacağı, 06-da bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir. 07-də gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Fevralın 6-da bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
Bölmə: Azərbaycan | Müəllif: FanXezer | Açar sözlər: Bakiya qar yagacaq
Baxış sayı: 419 | Yükləmələr: 0 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 0

Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.211.120.181

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->