www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə, 2024-04-26, 10:02 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Azərbaycan

Azərbaycanın dünyada tanınan universitetləri
[ ] 2011-03-30, 3:27 PM
www.fanxezer.tk

Orta ümumtəhsil məktəblərində tədris ili sona yaxınlaşır. Attestat imtahanları, ali məktəblərə test-sınaq imtahanları epopeyası başlanıb. Ali təhsil arzusunda olanları, bu işə pul qoymağa hazırlaşan valideynləri, təbii ki, bu sual düşündürür: hansı universiteti seçməli? Axı bizim balaca ölkəmizdə ali təhsil verən universitetlərin, institutların, filialların sayı 40-a yaxındır. Balaca əyalət şəhərlərimizdə belə institut, universitet adında ali məktəblər var. Spektr genişdir, seçmək isə bu halda bir az zor olur. Hamısı da "yaxşı universitet” kimi cəmiyyətə təqdim olunmağa çalışmaqdadır.

"Biləcəridən o yana" tanınma dərdi

Amma dünyada qəbul olunmuş meyarlar var. Bu meyarları bilməyimiz və nəticə çıxarmağımız gərəkdir. Məsələ bu şəkildə qoyulur ki, yaxşı ali məktəb elmi araşdırmalara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını fasiləsiz inkişaf etdirməklə, keyfiyyətli təhsil verməsi ilə tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalıdır. Dünyanın inkişaf tendensiyalarını nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada, necə deyərlər, "görünməlidir”. Bir ali məktəbin ad-sanı onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır.

Müasir tanınma - elektron aləmdə, İnternetdə, çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun dünya üzünə düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil çevrələrində söhbət getmirsə, deməli, onun divarları arasında görülən işlər dünya ilə ayaqlaşmır, o ali məktəb dünyaya müəyyən mənada gərək deyil.

Biz bilməliyik ki, bizim ölkənin ali məktəblərinin müasirləşməsi yavaş tempdə gedir, onlar dünyada çox az tanınır. Təsadüfi deyil ki, dünya çapında müxtəlif kriteriyalar əsasında aparılan çoxsaylı reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri "görünmür".

Məsələn, 2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan edilir. Dünyada bu reytinqə hörmətlə yanaşılır və etibar edilir. Bu reytinq araşdırmasını dünyanın nüfuzlu araşdırma mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi-Tədqiqat Mərkəzi (Conseyo Surerior de Investigac Cientifacasiones) aparır. Onlar Stenford Universitetinin və Google araşdırmaçılarının metodologiyasını əsas götürürlər.

Universitetlərin qiymətləndirilməsi 4 nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərinin çəkisidir.

Bu da bir gerçəkdir ki, dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblərin yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni yaranmış bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya texnologiyalarının tətbiqi, hətta fərqli maddi baza kimi məsələlərdə daha fəal oldular və daha müasir göründülər.

Növbəti reytinq açıqlaması: 36-dan 4-ü

Bir ay əvvəl - bu ilin yanvar ayında dünyada mövcud olan 19266 ali məktəb bir daha öyrənilib. Onların ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual aləmdə gücü, tanınması əsas götürülüb. Bu sıradan, onların tərəfindən Azərbaycanın 36 ali məktəbi növbəti dəfə öyrənilib. Nəticədə dünya üzrə 12 min ali məktəbin adı açıqlanmış, onların hər birinin tutduğu yer elan edilmişdir.

Beləliklə, dünyanın bu 12 min ali məktəbinin sırasına Azərbaycandan 4 ali məktəb düşüb. Onlar belə sıralanır: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11108-ci yer)... Başqa sözlə, ortaya çıxarılası cəmi 4 ali məktəbimiz var. Qalanları, o cümlədən tərifli "flaqman” BDU-muz, tərifli Neft Akademiyamız, Dövlət İqtisad Universitetimiz, İdarəetmə Akademiyamız həmin o "dünyaya gərək olmayan” ali məktəblərdən imiş. Azərbaycanlılar bunu da bilsin, o ali məktəblərin rəhbərləri də bunu bilsin və nəticə çıxarsınlar.

Bu 12 min ali məktəb arasında ilk 6 min ali məktəb "yüksək liqa" hesab olunur. Bu 6 minlik sırasına düşənlər "yaxşı universitetlər” kimi qəbul olunurlar.

Təəssüf ki, yüksək liqaya ölkəmizdən yalnız bir ali məktəb - Xəzər Universiteti düşə bilib (5097-ci yer). Bu yerdə gəlin postsovet ölkələrinin durumuna baxaq: "yüksək liqada" Gürcüstan - 2, "iflas həddində olan" Ermənistan - 5, zəif Moldova - 4, Belarus - 7, əhalisi və iqtisadi imkanları bizdən neçə dəfə aşağı olan Baltikyanı ölkələrdən Estoniya - 8, Latviya - 10, Litva - 17, zəiflərin zəifi Qırğızıstan - 3, Qazaxıstan - 3 ali məktəblə təmsil olunub. Türkmənistan və Tacikistanın "yüksək liqada” ali məktəbi yoxdur...

Ondan da nəticə çıxarmalıyıq ki, Azərbaycana yaxın böyük dövlətlərdən Türkiyənin 82, İranın 49, Ukraynanın 38, Rusiyanın 238 ali məktəbi dünyanın 6 min yaxşı ali məktəbi sırasında yer tutur. İyirmiyə yaxın ərəb ölkəsindən bu sırada toplam 75 ali məktəb yer alır.

"Ən yaxşı” nominasiyasına isə 600 universitet daxildir. Bu sıradan Rusiya cəmi 2 universitetlə təmsil olunur. Yeri gəmişkən, Qazaxıstan özünün 149 ali məktəbi ilə "ən yaxşılar” sırasında 1 universitetlə təmsil olunub. İndi ölkə 2020-ci ilə qədər ikinci bir ali məktəbini də "ən yaxşılar” sırasına çıxarmağı qarşısına məqsəd qoyub. Heç olmasa belə bir fikirləri var, bizdəsə, deyəsən, bu barədə düşünən yoxdur.

Nə isə, həmin 6 min arasında ən çox təmsil olunan ölkələr isə bunlardır: ABŞ (1722), Çin (567), Yaponiya (388 universitet).

Başqa bir detal: Webometrics araşdırması nəticəsində 2011-ci ilin yanvar ayında dünyada ən yaxşı, müasir, elektron gücə malik 1120 kitabxana da müəyyən edildi. Çox ibrətvericidir ki, bu siyahıda tək Azərbaycandan deyil, bütün Qafqaz və Orta Asiyadan daxil olan yeganə kitabxana Xəzər Universitəsinin kitabxanasıdır (892 sırada).
Bölmə: Azərbaycan | Müəllif: FanXezer | Açar sözlər: Azerbaycan universitetleri
Baxış sayı: 1205 | Yükləmələr: 0 | Reytinq: 4.0/1 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -3.17.186.218

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: Marqosha(35)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->