www.fanxezer.tk-ya xoş gəlmisiniz! Şənbə, 2024-04-20, 7:19 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
HTML [6]
Delphi [2]
PHP [5]
Javascript [4]
İnternet [3]
ASP [0]
Photoshop [3]
Power point [3]
Excel [3]
CSS [3]
Word [3]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Komputer bilgiləri » İnternet

Brouzerlər. On-line və Off-line iş rejimləri. URL -ünvan
[ ] 2009-10-16, 5:21 PM

Brouzerlər. On-lineOff-line iş rejimləri

Brouzer - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brouzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.

Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brouzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line ).

Çoxfunksiyalı bir proqram kimi brouzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu recim Off-line iş rejimi adlanır.

Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brouzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Netscape şirkətinin Netscape Communicator proqramların seçir.
Internet Explorer

Biz Internet Explorer 5 brouzerinin işi ilə tanış olacağıq. Netscape Communicator proqramı bundan az fərqlənir.

İşçi stolunda proqramın işarəsinin üzərində mausun düyməsini iki dəfə basmaqla, onu işə salın.

Ekranda Internet Explorer brouzerinin pəncərəsini görürsünüz. Hal-hazırda ünvan sətrində, proqram işə salınarkən avtomatik yüklənən və Home Page adlanan Ev Web - səhifəsinin ünvanı göstərilir.

Avtomatik yüklənən Ev səhifəsinin ünvanı brouzerin sazlanması zamanı təyin edilir.
 

URL -ünvan.

Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL ( universal ünvan göstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.

Ünvan sətrinə göstərilən ünvanı daxil edin:

http://www.fanxezer.tk

URL-ünvana diqqət yetirdikdə görürsünüz ki o iki nöqtə ilə bölünmüş iki hissədən ibarətdir. Sol tərəf ( http) sənədin tipini göstərir və istifadə olunmuş şəbəkə protokolunu müəyyənləşdirir.

Sağ tərəf isə ( http://www.fanxezer.tk) konkret sənədin ünvanını göstərir.

İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:

Connection(Qoşulma)

Request(Sorğu)

Response(Cavab)

Close(Əlaqənin kəsilməsi)

 

Birinci mərhələdə Web-müştəri (brouzer IE, Netscapevə s.) serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir.

Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brouzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.

Klaviaturada Enterdüyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir.

İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.

Bölmə: İnternet | Müəllif: FanXezer | Açar sözlər: internet
Baxış sayı: 975 | Yükləmələr: 0 | Şərhlər: 1 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 1
2011-02-12
Ismarıc #1 Emin ()

URL-in sol terefinde reqemler neyi bildirir? (meselen, http:net.fonders.com;70/index.phtml URL unvaninda 70 neyi gosterir?

Cavab:


ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -3.137.174.216

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->