Bu gün İstehlakçılar günüdür. İstehlakçılar hüquqlarını bilirmi? - Bayramlar və tarixi günlər <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Bazar, 2016-12-11, 5:09 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Bayramlar və tarixi günlər

Bu gün İstehlakçılar günüdür. İstehlakçılar hüquqlarını bilirmi?
[ ] 2010-03-15, 2:38 PM
www.fanxezer.tk
Bu gün istehlakçıların hüquqları daha çox xidmət sahəsində pozulur. Ekspertlər bunun bir səbəbini qanunlarda olan boşluqlarla əlaqələndirirsə, digər səbəbini istehlakçıların öz hüquqlarını yaxşı bilməməsi ilə izah edir. Hüquq pozuntularının daha çox müşahidə olunduğu kommunal xidmət sahəsində təchizatçılar günahlandırılsa da, bəzən problem yaradan tərəf kimi istehlakçılar göstərilir.

Ekspert Nüsrət Qasımovun sözlərinə görə, təchizatçı bilməlidir ki, istehlakçını müntəzəm, təhlükəsiz, keyfiyyətli, qəzasız qaz, işıq, su ilə təchiz etməlidir: "Bu həmişə olmur. İstehlakçı da bilməlidir ki, özbaşına qaz xətlərinə qoşulmamalıdır, qaz cihazlarını yanılı halda qoyub yatmamalıdır, qaz cihazlarına boru birləşdirilməməlidir. Amma bunu edirlər. Burada günah maarifləndirmə işinin zəif aparılmasındadır. Yəni istehlakçı öz hüququnu bilmir, təchizatçı da öz hüququnu ya bilmir, ya da bilərəkdən təhrif edir”.

Təchizatçı ilə istehlakçı arasında münasibətləri tənzimləyən hüquqi sənədin, yəni müqavilənin imzalanmaması da çox ciddi hüquq pozuntusudur. N. Qasımov hesab edir ki, hər bir xidmət sahəsində ildə heç olmasa bir dəfə belə sənədin imzalanması vacibdir. Bu sənəd isə sadə camaatın başa düşəcəyi tərzdə, bəsit dildə yazılmalıdır:

"İstehlakçı tələb etməlidir ki, onunla müqavilə bağlansın, təchizatçı da öz növbəsində bunda maraqlı olmalıdır. Müqavilə 4 vərəqdən ibarətdir. Mən neçə illik təcrübəmlə o müqaviləni oxuyub başa düşə bilmirəm, sadə camaat necə başa düşsün? Müqavilə sadə, bəsit, başa düşülən dildə yazılmalıdır və hər iki tərəfin maraqlarına cavab verməlidir. Amma bugünki müqavilələr yalnız təchizatçını sığortalayır. Yəni, sabah iş məhkəməyə düşsə, təchizatçı özünü müdafiə edə biləcək”, deyə eskpert bildirib.

Müqavilədə əhaliyə göstəriləcək xidmət, yəni ona veriləcək qazın təzyiqi, elektrik enerjisinin gərginliyi, suyun kütləsi öz əksini tapmalıdır. Bu xidmətlərin normal yerinə yetirilməyəcəyi, istehlakçının isə bundan narahat olacağı təqdirdə "Azəriqaz”, "Azərsu” və "Azərenerji” tərəfindən ödəniləcək kompensasiyaların həcmi də sənəddə göstərilməlidir.

"Təchizatçı bilməlidir ki, istehlakçının cihazının qarşısında qazın təzyiqi 130 mm su stunu təzyiqində olmalıdır. Bunu nə istehlakçılar, nə də bəlkə də təchizatçılar bilmir. Həzırda Bakıda mənzillərə verilən qaz 60-70 mm su stunu civarındadır. Abunəçilərə onu da demək istəyirəm ki, dördgözlü qaz sobalarında 5-8 sm hündürlüyündə göy alov yanmalıdır. Bu qədər deyilsə, demək təzyiq aşağıdır”, deyə ekpert qeyd edib.

Problemin həlli üçün N. Qasımov öncə təchizatçı ilə istehlakçı arasında sadə müqavilənin imzalanmasını və bu müqavilədə hər iki tərəfin öhdəliklərinin aydın şəkildə qeyd olunmasını göstərir.
Bölmə: Bayramlar və tarixi günlər | Müəllif: FanXezer | Açar sözlər: istehlakcilar gunu
Baxış sayı: 206 | Yükləmələr: 0 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 0

Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.211.120.181

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->