Camalın Mürəbbəsi - Hekayələr <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Bazar, 2016-12-11, 10:57 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Hekayələr

Camalın Mürəbbəsi
[ ] 2010-02-19, 4:11 PM
www.fanxezer.tk

Bir gün Camal məktəbdən evə qayıtmışdı. O, çox ac idi. Anasını görcək, dedi:
- Salam,anacan!
- Salam,oğlum,-deyə;anası cavab verdi.
- Məktəbdə,işlər,necədir?
- Hər şey qaydasındadır, - deyə Camal cavab verdi. - Acmışam, yeməyə bir şey varmı?
- Süfrə arxasına əyləş,oğlum!

Elə bu vaxt telefon zəng çaldı.Camalın anası dəstəyi götürüb,söhbət eləməyə başladı.
Bu zaman mətbəxə Camalın böyük qardaşı-Məhəmməd daxil oldu.«Yemək yeyəcəyəm», - deyə Məhəmməd,bildirdi.

Camal: «Mənimçün də bir şey hazırlayarsan?», - deyə qardaşına müraciət elədi.
- Yaxşı.Nə istəyirsən?Özüm südlə yağ-çörək yeyəcəyəm.
- Mən də istəyirəm,-deyə Camal dilləndi.«Mürəbbə-çörək də istəyirəm».
Məhəmməd süd, yağ və çörəyi çıxarıb masanın üzərinə düzdü. Dolabı yoxladı, amma mürəbbəni tapa bilmədi. Bu an bacıları Fatimə içəri daxil oldu.«Mən də bir şey yeyərdim», - deyib, Fatimə süfrəyə əyləşdi.
Məhəmməd dedi: «Biz südlə yağ-çörək yeməyə hazırlaşırıq». «Mürəbbəylə», - deyə Camal əlavə elədi.
«Mən mürəbbə tapmadım axı!»,-deyə Məhəmməd başını buladı.
«Mürəbbə istəyirəm!»,-deyə Camal israr elədi.
Fatimə dedi:«Mənə südlə yağ-çörək də yetər».
Məhəmməd boşqaba 3 tikə çörək qoydu, üzərlərinə yaxma çəkdi, 3 stəkanı süd ilə doldurdu və hamısını yemək masasının üzərinə qoyub, özü də əyləşdi. Fatimə ilə birlikdə «Bismillah» deyib, yeməyə başladılar.
Camal yemirdi. O, inadla mürəbbə istəyirdi. Bu vaxt anaları telefonla söhbətini bitirib, süfrəyə yaxınlaşdı və dedi: «Əziz balalar, yeməyinizi yedinizmi, haydı dərs başına!».
Məhəmmədlə Fatimə yeməyi bitirib getdilər. Camal yeməyə hələ də başlamamışdı. O, boşqabına baxıb, üzünü turşudurdu. «Mürəbbə istəyirəm!», - deyə növbəti dəfə təkrar elədi.
Anası oğluna baxıb gülümsədi və: «Mürəbbə yoxumuzdur», - dedi. «Bilirəm ki, mürəbbə xoşlayırsan, ancaq indi evdə yoxumuzdur».
Camal dilləndi:«Mən bilirəm, mürəbbə haradadır».
«Onu deyirsən?», - deyə ana səsləndi. «O mürəbbəni hədiyyə olaraq, nənən üçün saxlamışıq. Bu axırıncı banka onun üçündür».
O, nəvazişlə oğlunun başını sığalladı: «Nə var, onu ye, oğul».
Camal olan yeməyi yemək istəmirdi. O, mürəbbə istəyirdi, mürəbbə isə nənənin idi.
Camal oturmuşdu və gözlərini boşqaba zilləmişdi. Birdən ağlına bir fikir gəldi. «Nənəm inciməz. O, mənimlə bölüşməkdən məmnun olar. Bir azca götürsəm, bir şey olmaz ki, heç kəsin xəbəri də olmayacaq», - düşünərək, mürəbbə olan tərəfə baxdı.
O, yenə fikrə getdi: «Görəsən, bu - oğurluq deyil ki? Yox, düşünmürəm. Lap azca götürərəm, heç kəs də xəbər,tutmaz».
Camal ayağa qalxdı və kürsünü götürüb mətbəx dolabına yaxınlaşdı. Kürsünün üstünə çıxıb, zorla da olsa, əlini istəkli mürəbbə bankasına çatdırdı.
Camal bu işi görərkən özünü günahkar hiss edirdi - hiss edirdi ki, yaxşı iş görmür. Ancaq: «Eybi yox», - deyib, öz-özünü sakitləşdirdi.-«Heç kəs xəbər tutmayacaq».
Camal bankanın ağzını açdı,barmağını mürəbbəyə batırdı,sonra da barmağını yalayıb,dedi: «Mmm…Necə də dadlıdır?!..». Camal artıq vicdan əzabı çəkmirdi.O, bıçağı götürüb, mürəbbəni çörəyinin üstünə yaxdı.O, mürəbbəni elə sevirdi ki! Hətta mürəbbədən yalnız azca götürmək niyyətini də unutmuşdu.
Camal bankaya baxıb, bikef oldu:«Vay, nə yaman çox götürdüm!».
O, mürəbbənin bir qədərini yaxmadan götürüb, bankaya qaytarmaq istədi. Ancaq indi bankadakı mürəbbəyə yağ da qarışmışdı. Üstəlik, mürəbbə əllərinə, hətta bankanın qıraqlarına və masaya da yaxılmışdı.
-Camal,nə,etdin?
Anası qapıda dayanıb,oğluna baxırdı.
Camal əllərinə baxıb ağlamağa başladı.
«Tərs uşaqsan»,-deyə anası oğlunu məzəmmət elədi.
- Bilirdin ki, mürəbbə sənin üçün deyil. İndi tez get, əllərini yu və otağına yürü.
Camal ağlaya-ağlaya otağına qaçdı və çarpayısına atıldı. Durmadan,hey ağladı.
Əvvəlcə bikef olmuşdu,sonra bərk hirsli idi,indi isə artıq qoxu içindəydi.
Elə bu zaman otağa atası daxil oldu. «Pis hərəkət eləmisən», - dedi. - «Özünə aid olmayan bir şeyi götürmüsən».
Camal cavab vermədi.O,utana-utana yerə baxırdı.
«Elədiyinin bircə adı var», -dedi atası. - «Özün bilirsən, adı nədir…».
Camal yenə ağlamağa başladı. Hələ də dinmirdi. Sonra göz yaşları içində dedi: «Bir azca mürəbbə yemək istəyirdim… Lap azca… Sonra bankanı yerinə qoyacaqdım, heç kəs də xəbər tutmayacaqdı. Ata, düşünmürdum ki,oğurluq edirəm».
Camalın atası çarpayının qırağına əyləşib, oğlunu dizi üstə oturtdu, bağrına basdı.
«Eybi yoxdur, oğul», - deyə oğlunu sakitləşdirdi. Camal hələ də ağlayırdı. O dedi: «Bilirəm, indi anamla sən - ikiniz də mənə acıqlanacaqsınız. Nənə də məndən narazı olacaq». Sonra Camalın gözləri böyüdü və əlavə elədi: «Allah da hərəkətimdən narazı qalacaq».
«Narahat olma», - deyə atası təmkinlə bildirdi. - «Biz vəziyyəti düzəltməyə çalışarıq».
Camal sakitcə soruşdu:«Axı necə?»
«İlk növbədə, incitdiyin adamlardan üzr istəyərsən. Sonra Allahdan üzr istəyərsən. Sonra da elədiyini bir də heç vaxt təkrar eləməməyə çalışarsan».
Camalın bu fikir xoşuna gəldi, lakin o hələ də qorxurdu. «Birdən unutsam və elədiyimi yenə təkrarlasam?», -deyə atasına sual etdi.
Atası onu əmin edib,bildirdi:
- Düşünürəm ki, sənə unutmamaqda yardım edə bilərəm. De görüm, yeməyimizi bizə kim bağışlayır?
«Allah», -deyə Camal yavaşca cavab verdi.
- Zəmilərə yağış yağdırıb, onları göyərdən, sonra da onu bizə yemək qərar verən kimdir?
«Allah», -deyə o yenə də təsdiqlədi.
- Bəs hər zaman bizə nəzər yetirən, olduğumuz hər yerdə bizi görən, elədiyimiz hər işdən xəbər tutan kimdir?
Bu dəfə Camal lap astadan cavab verdi: «Allah». O, özünü yenə də pis hiss eləmişdi. Bilirdi ki, Allah onu mürəbbəyə əl uzadan yerdə görüb.
Atası dedi: «Əgər Allahı düşünsək, heç vaxt pis iş görmərik. Əgər Allahın bizi hər yerdə və həmişə gördüyünü xatırlasaq, pis əməllər tutmarıq. İndi isə get, əl-üzünü yu və aşağı düş. Sənin üçün bir hədiyyəm,var».
Camal əl-üzünü yuyarkən düşündü: «Görəsən, atam niyə məhz indi mənə hədiyyə vermək istəyir?»
Camal aşağı endi. Orada onu ata-anası gözləyirdi. «Anacan, üzr istəyirəm», - deyə anasına üz tütdü. Daha sonra atasına da üz tutub dedi: «Atacan, üzr istəyirəm».
Atası gülümsədi və gedib mürəbbə bankasını gətirdi. «Al, götür. Bu sənə hədiyyəmdir», - dedi.
Camal özünü itirmiş halda atasına baxdı.
«Götür! Götür!», - deyə atası israr elədi - «Bu da qaşıq. İnşallah, bu mürəbbə sənə Allahı xatırlamağı öyrədər».
Camal bankanı götürdü. Atası sözünün davamında dedi: «Götür, bü mürəbbə indi sənindir. Onu ürəyin istəyən qədər yeyə bilərsən, ancaq bircə şərtlə: onu ancaq elə yerdə ye ki, səni heç kəs görə bilməsin. Nə qədər istəyirsən, o qədər ye, bir tək yediyin vaxt səni görən olmasın».
Camal əvvəlcə mürəbbəyə, sonra da atasına baxdı. Sözünün tamamında atası əlavə elədi - «Get, get, ammaə elə yerdə ye ki, səni orada görən olmasın», - dedi.
Camal qonaq otağına getdi. Anası divanda əyləşib toxuyurdu. «Bura münasib yer deyil. Anam məni mürəbbə yeyən yerdə görəcək», - düşünüb otaqdan çıxdı.
Camal öz otağına yollandı. Bankanın ağzını açan kimi, Məhəmməd otağa daxil oldu. «Yenə alınmır. Burada da Məhəmməd məni görəcək», - düşünərək, Fatimənin otağına getdi.
Amma bacısı otaqda əyləşib, dərs oxuyurdu. Qardaşının gəldiyini görüb: «Camal, yaxşı gəlmisən. Səni bir dəqiqəyə olar?», - deyə qardaşını hayladı.
- Sən bilirsən, ərəbcə «səbr» necə deyilir?
- Əlbəttə, bilirəm. Səbr ərəbcə - «sabr» kimi səslənir. Atanın bizə əzbərlətdiyi Quran ayəsini yadına sal: «Allah səbr edənləri sevir». «Sabr» və «saabiriin» eyniköklü sözlərdir.
- Çox sağ ol,qaqaş!
- Buyur,bacı.
- Camal,evi niyə mürəbbə bankası ilə gəzib-dolanırsan?
Camal cavabında bacısına bildirdi ki, mürəbbəni ata verib, bir şərtlə ki, onu heç kəs olmayan yerdə yesin.
Fatimə mənalı surətdə gülümsəyərək, yalnızca: «Sənə uğurlar, Camal!» - söylədi.
Bacısının mürəbbəni sevdiyi halda onunla bölüşməyini istəməməsi Camalda təəccüb doğurdu.
«Bax ha!», - deyə Camal fikrən dilləndi - «Yəni elə bir yer tapmaq belə çətin işdir?»
Camal atasının otağına yönəldi. Ancaq burada da atasını təfsir (Quranın məna şərhləri) oxuyan yerdə gördü. Onu narahat etməsin deyə, qapını astaca örtüb çıxdı.
Camal hara gedəcəyini düşünürdü. Birdən: «Ağlıma gəldi!», - deyib hamama yollandı.
Qapını örtüb, vannanın qırağına əyləşdi və bankanı açmağa başladı. Birdən qulağına quş civiltisinin səsi dəydi. Pəncərədən küçəyə boylandı. Budaqda quş oturmuşdu.
«Yooox…», - deyib, dərindən nəfəs çəkdi. - «Quş məni görə bilər».
Camal bir şey fikirləşib tapmağa çalışırdı. Öz-özünə düşündü: «Aşağı düşsəm, yaxşıdır».
Pilləkənlarla aşağı enib, uşaq otağına girdi. İndi o tək idi. «Heç kəs məni görməyəcək» düşüncəsi ilə yerə oturdu.İndi o,doğrudan da,tək idi.
Gözlənilmədən Camal səs eşitdi: «Miyo!» - bu pişiklərinin səsi idi - Məsinin. «Sən burada nə eləyirsən, hə?» -deyə pişikdən sordu.
Pişik cavabında ancaq miyoldadı.
Camal pərişan halda düşünürdü: «Görəsən, daha hara gedim?».
Birdən ağlına bir fikir gəldi. «Bildim!», - deyib, sevincək halda pilləkənin altındakı qaranlıq otağa tərəf qaçdı.Buraya valideynləri bəzi ev əşyalarını saxlayırdı.
Camal içəri keçib qapını örtdü.İndi bura onun üçün ən münasib yer idi. Otaq çox qaranlıq idi. Camal bankanı əlinə götürdü. Qaranlıqda onu heç seçə də bilmirdi. «İndi məni görən olmaz - otaq zülmət qaranlıqdır» düşüncəsi ilə bankanın qapağını açmağa başladı: «Məni nə ana görə bilməz, nə də ata, hətta pişik belə, görə bilməz. Heç kəs görməyəcək».
Amma birdən Camalı bir fikir üstələməyə başladı: «Bir kimsə məni burada da, hətta bu zülmətdə olsa, görə bilir. Bəli, Allah məni görür, hətta lap yaxşı gizlənsəm də, görə bilir. Elədiyim hər işi də görə bilir!».
Camal bankanın ağzını qapadı. Bacısının nəyə təbəssüm etdiyini indi anlamışdı. O, artıq dəqiq bilirdi ki, mürəbbəni yemək üçün heç kəs olmayan bir yer tapa bilməyəcək. Allah onu həmişə və hər yerdə görəcək!
Camal mətbəxə gedib bankanı atasına uzatdı və dedi: «Mən bu mürəbbəni yeyə bilmərəm».
«Niyə ki?», - deyə atası təbəssüm etdi.
«Ona görə ki, Allah məni hər yerdə görə bilir», - deyə oğul cavab verdi.
Camalın atası bu sözlərdən çox məmnun oldu. O, Camala yaxınlaşıb alnından öpdü. Söylədi: «İndi sən çox önəmli bir dərsi mənimsədin və İnşallah, bu - səni pis əməllərdən çəkindirmiş olar».
«Elədir», - deyə Camalın anası da təsdiq etdi və davam elədi: «İndi isə biz səninlə dükana gedib mürəbbə alacağıq. Birini nənən, birini də sənin üçün».
«Ura!» - Camal sevincindən atılıb-düşürdü - «Mən də bu mürəbbəni dada biləcəyəm!».
İndi o, tamamilə xoşbəxt idi: «Nə yaxşı?! Bu mürəbbə məxsusi olaraq, mənim üçün olacaq və mən onu Allahın nəzəri qarşısında yeyə biləcəyəm!».
Bölmə: Hekayələr | Müəllif: FanXezer | Açar sözlər: camalin murebbesi
Baxış sayı: 391 | Yükləmələr: 0 | Reytinq: 5.0/2 |
Cəmi şərhlər: 0

Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.166.48.3

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->