www.fanxezer.tk-ya xoş gəlmisiniz! Çərşənbə, 2024-04-24, 8:39 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
HTML [6]
Delphi [2]
PHP [5]
Javascript [4]
İnternet [3]
ASP [0]
Photoshop [3]
Power point [3]
Excel [3]
CSS [3]
Word [3]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Komputer bilgiləri » Excel

Excel-dən dərs 3 və 4
[ ] 2009-09-26, 4:04 PM

Microsoft Excelin kitab və işçi vərəqləri

Excel sənədləri kitablar adlanır. Hər bir kitab müvafiq işçi vərəqlərindən ibarətdir, bir qayda olaraq bu vərəqlər əlaqəli məntiqi informasiyadan ibarət olur. Mauzun göstəricisini Standart (Standard) menyusuna yaxınlaşdırın və Yeni (New) düyməsini seçin. Beləliklə siz yeni kitab yaratmış olacaqsız.

Yeni işçi vərəqi əlavə etmək üçün mauzun göstəricisini vərəqin sərhəddinə gətirin və mauzun sağ düyməsindən kontekst menyunu açın. Açılmış menyu pəncərəsindən Yerləşdirmək (Insert) əmrini seçin. Yerləşdirilmiş işçi vərəqinin Adı dəyişmək (Rename) əmrinin köməkliyi ilə dəyişdirilə bilər. Məsələn, əmrini çağırın və vərəqə "Hesabat" adını daxil edin.

Yeni işçi vərəqi əlavə etmək üçün Yerləşdirmək (Insert) menyusundan da istifadə etmək olar. Yerləşdirmək (Insert) menyusunu açın və İşçi vərəqi (Worksheet) əmrini seçin. Hər bir vərəq 65536 sətr və 256 sütundan ibarətdir.



Şablonlar Excel sənədlərinin əsasını təşkil edir. Sizin ixtiyarınıza xeyli şablon verilmişdir, belə ki, siz bu şablonların əsasında Excel sənədlərini yarada bilərsiniz. Lakin şəxsi istək əsasında xüsusi sənədlər də yaradıla bilər. Fayl menyusunda Yeni (New) əmrini seçin. Açılmış pəncərədən siz iş üçün istənilən şablon seçə bilərsininz.


Sətir və sütunlar

r bir Excel sətri sol kənardan sıralanır. Sətrin bütövlüklə qeyd edilməsi üçün sıra nömrəsinin üzərində mauzu basın. Adətən sətirlər müəyyən hündürlüyə malikdir. Əgər istəsəniz sətirlərin hündürlüyünü dəyişə bilərsininz. Bunun üçün Format menyusunda Sətr (Row) altmenyusunu və daha sonra hündürlük (Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində "25" daxil edin. Gördüyünüz kimi sətrlərin hündürlüyü dəyişdi.



Bütün sətrlərin hündürlüyünü dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basaraq bütün sətirləri qeyd edin. Sonra mauzun sağ düyməsini hər hansı bir xanada basın və açılmış kontekst menyudan Sətrin hündürlüyü (Row Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində "15" daxil edin.

Mauzun göstəricisini sətrlər arası sərhəddə gətirib mauzun düyməsini sıxmaqla sətrin hündürlüyünü əllə də dəyişmək olar. Format menyusunda Sətr (Row) və sonra Gizlətmək (Hide) əmrini seçin. Bu üsulla qeyd edilmiş sətrləri gizlətmək olar.

Excel sütunları vərəqin yuxarı hissəsində 1 və ya 2 hərflə qeyd edilib. 1-dən 26-ya qədər sütunlar A-dan Z-ə qədər hərflərlə növbəti 26 sütun AA və AZ və s. ardıcıllığı şəklində göstərilmişdir. Sütunun bütövlüklə qeyd edilməsi üçün sütunun adında mauzu basın. Adətən sütunlar müəyyən enə malik olur. Sütunun adını qeyd edərək bütün sütunu seçin, mauzun göstəricisini Format menyusuna yaxınlaşdırın və Sütun (Column) altmenyusundan En (Width) seçin. Yaranmış dialoq pəncərəsində "15" daxil edin. Sonunda seçilmiş sütunun eni dəyişir.

Bütün sütunların enini dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basın və kontekst menyudan Sütunun eni (Column width) əmrini seçib, sonra "10" daxil edin.

Format menyusunun Sütun (Column) altmenyusundan Gizlətmək (Hide) əmrini seçin. Beləliklə, qeyd edilmiş sütunlar gizlənir.

Əgər daxil edilmiş verilənlər xananın hüdudlarından kənara çıxırsa, sütunun enini artırmaq olar. Bunun üçün kursor müvafiq sütunların sərhəddinə yerləşdirilir və mauz 2 dəfə basın. Nəticədə, sütun lazımi enə malik olur.

Məsələn "Təsnifat" sozünü daxil edin. Gördüyünüz kimi, həmin söz xananın hüdudlarından kənara çıxır. Mauzun göstəricisini sütunların sərhəddinə yerlədirib, mauzun düyməsini 2 dəfə basın. Beləlilə, sütun yeni enə malik olur.

Bölmə: Excel | Müəllif: FanXezer
Baxış sayı: 866 | Yükləmələr: 0 | Reytinq: 0.0/0 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -3.144.202.167

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->