İçki və içki içənlər barədə ayə və hədislər! - Din <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə, 2016-12-09, 10:17 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Din

İçki və içki içənlər barədə ayə və hədislər!
[ ] 2009-11-16, 7:22 PM


Bağışlayan və mehriban ALLAHın adı ilə

İçki və içki içənlər barədə ayə və hədislər!


Allah təala buyurur: Həqiqətən, şeytan sizin aranızda içki və qumar vasitəsilə düşmənçilik və ədavət törətmək, sizi Allahın zikrindən və namazdan qafil etmək istəyir. Məgər siz onlardan əl çəkməzsiniz?
Maidə surəsi, ayə 91


Rəsulallah (s.a.ə.s) buyurub: Allah lənət etsin içkiyə, onu hazırlayana, hədiyyə edənə, içənə, (qədəhə) süzənə, alana, satana, pulunu yeyənə, onu həml edənə (daşıyana) və içki düzəltməyə yardım edənə.
Biharul-ənvar, cild 79,səh.126


Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs içki içsə, iman nuru onun qəlbindən çıxar.
Kənzul-ummal, cild 5, 13180-cı hədis


Rəsulallah (s.a.ə.s) buyurub: Heç zaman içki ilə iman insanın qəlbində bir yerə yığışmaz.
Biharul-ənvar, cild 79,səh.152


Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs qəlbində olan Quranın 1 ayəsini və ya 1 sözünü içki ilə aludə etsə (murdarlasa), Qiyamət günü Quran onunla düşmənçilik edər.
Biharul-ənvar, cild 79, səh.148


Rəsulallah (s.a.ə.s) buyurub: Bəndənin dini-imanı içki içməyənə qədər genişlikdədir (əmin-amanlıqdadır), içki içərsə Allah təala onun pərdəsini yirtar. Şeytan isə onun dostu və gözü-qulağı olar, onu hər bir şərrə tərəf çəkər və hər bir xeyir işdən çəkindirər.
Nəhcul fəsahə, 2291 – ci hədis


Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs içki içənə salam vərsə, yaxud onunla görüşüb-öpüşsə və ya onunla qol-boyun olsa, Allah təala onun 40 illik əməlini aradan aparar.
Biharul-ənvar, cild 79, səh.151


Rəsulallah (s.a.ə.s) buyurub: Yəhudi və xristian ilə qonşuluq, içki içən ilə qonşuluqdan yaxşıdır. İçki içənə sədəqə verməyin, çünki ona sədəqə vermək peşmançılıqdır.
Biharul-ənvar, cild 79,səh. 151


Rəsulallah (s.a.ə.s) vəfat edən zaman buyurub: Namazı yüngül sayan adam məndən deyildir. Allaha and olsun ki o, Kövsər hovuzuna girməz. Kefləndirən şeyi qəbul edən şəxs məndən deyildir. Allaha and olsun ki o, Kövsər hovuzuna girməz.
Biharul-ənvar, sild 79,səh.126


Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəsin Allaha və Qiyamət gününə imanı varsa, gərək içki içilən süfrə başında oturmasın.
Biharul-ənvar, sild 79,səh.126


Rəsulallah (s.a.ə.s) buyurub: İçki içən məl’undur, bütlər quludur. O, Qiyamət günündə Fir’on və Haman ilə məşhur olar.
Biharul-ənvar, sild 79


Rəsulallah (s.a.ə.s) buyurub: And olsun məni haqq olaraq məbus edənə, içki içən susuz və sərkərdandır, qəbirdədə susuz olar, Qiyamət günü qalxandada susuz qalxar və 1000 il "Yandım” – deyə bağırar.(Qiyamətin 1 günü dünya vaxtının 66 ilinə bərabərdir. 1000 ili siz təsəvvür edin!)
Biharul-ənvar, cild 79,səh. 147

Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs içki içsə, 40 gecə namazı qəbul olunmaz, əgər tövbə etsə Allah təala qəbul edər (bunu 3 dəfə buyurdu). Əgər sonradan günaha qayıtsa yetər ki Allah ona "nəhrul-çinal” içirtsin. Soruşdular: Nəhrul çinal nədir? Buyurdu: Cəhənnəm əhlinin qanının çirkabıdır.
Kənzul ummal,cild 5,13704-cü hədis


Rəsulallah (s.a.ə.s) buyurub: Ey İbni Məsud! Məni haqq olaraq məbus edən Allaha and olsun, bir zaman gələr ki, adamlar içki içmək üçün tələsərlər. Allah, onun mələkləri və camaat hamısı birlikdə onlara lənət edərlər. Mən onlardan bezaram, onlar da məndən bezardırlar.
Biharul ənvar, cild 79, səh.125


Əba Əbdillah ə. Buyurub: Həqiqətən Allah təala şərr üçün çoxlu qıfılların açarını içki qərar veribdir.
Biharul ənvar, cild 79, cəh.139


Rəsulallah (s.a.ə.s) buyurub: And olsun məni haqq olaraq məbus edənə, içki içən qiyamət günü üzü qara, gözləri göy, dodağı əyri və ağzının suyu ayaqlarınadək axan halda gələr, onu görənlər ondan iyrənər.
Biharul ənvar, cild 79, səh.147


Rəsulallah (s.a.ə.s) buyurub: İçki içən qəbirdən qalxarkən 2 gözləri arasında "Allahın rəhmindən məyusdur” yazılmış olar.
Kənsul ummal, cild 5, 13958-si hədis


Rəsulallah (s.a.ə.s) buyurub: İçki içənə mənim şəfaətim yetişməz. Allaha and olsun ki, o, Kövsər hovuzuna girməz.
Vəsailuş-şiə, cild 17, səh.221


Rəsulallah (s.a.ə.s) buyurub: Qiyamət günü Allah 4 dəstə adama baxmaz: aqq-valideynə, minnət qoyana, qədəri danana və daim içki içənə.
Biharul ənvar, cild 79, səh.129


Rəsulallah (s.a.ə.s) buyurub: İçki bütün pisliklərin anasıdır. Hər kəs içki içsə 40 gün namazı qəbul olunmaz və içki qarnında ölsə, cahiliyyət dövrünün adamları kimi ölər.
Kənzul ummal, cild 5, 13187-ci hədis


Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs gecəni sərxoş halda küçirsə, şeytanın gəlini kimi gecəni keçirib.
Biharul ənvar, cild 79, səh.148


Rəsulallah (s.a.ə.s) buyurub: 4 şeydən biri evə daxil olsa, onu viran qoyar və daha xeyir-bərəkəti düzəlməz: xəyanət, oğurluq, içki içmək və zina (kişinin qadına, qadının öz ərinə xəyanət etməsi).
Biharul ənvar, cild 79, səh.125

Bölmə: Din | Müəllif: FanXezer | Açar sözlər: Islam
Baxış sayı: 743 | Yükləmələr: 0 | Şərhlər: 1 | Reytinq: 5.0/3 |
Cəmi şərhlər: 1
2009-11-18 Spam
Ismarıc #1 samir babayev (samir_xl)

COX-COX TESEKKURLER

Cavab:


Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.163.94.5

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->