Müstəqilliyimizin 18 ili - Bayramlar və tarixi günlər <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Çərşənbə axşamı, 2016-12-06, 10:50 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Bayramlar və tarixi günlər

Müstəqilliyimizin 18 ili
[ ] 2009-10-18, 9:33 PM
Bu gün Azərbaycanın müstəqqik qazanmasından 18 il ötür. 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktını qəbul edib. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Ali Sovetin növbətənkənar sessiyasında dövlət istiqlaliyyəti haqqında Bəyannamə qəbul olunub. Bunun ardınca oktyabrın 18-də Ali Sovet Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktını qəbul etdi, Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının davamçısı, varisi elan olundu və həmin andan ölkəmiz istiqlaliyyətə qovuşdu. Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini- bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Sonra Dövlət bayrağı, himn və gerb haqqında qanunlar qəbul edildi. Azərbaycanın siyasi-hüquqi həyatında mühüm rol oynayan “Siyasi partiyalar haqqında” qanun hazırlandı. İnsan hüquqları sahəsində də əhəmiyyətli addımlar atıldı, Azərbaycan “Vətəndaş və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktlara, elcə də “Qadınların siyasi hüquqları haqqında”, “Qadınların statusu” haqqında beynəlxalq konvensiyalara qoşuldu.
Şərqdə ilk müstəqil dövlət sayılan Azərbaycan Demokratik Respublikasını süquta yetirən təbii və süni əngəllər çağdaş dövlətimizin da qarşısına çıxdı. Müstəqillikdən dərhal sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü daha da genişləndi, Cənubi Qafqazı, xüsusilə, Azərbaycanı itirməklə barışmayan imperiya təcavüzə dəstəyi artırdı, Azərbaycan ərazilərinin beşdə biri işğal olundu, Azərbaycanın bölgələrə parçalanması təhlükəsi reallaşdı, hərbi qarşıdurma və vətəndaş müharibəsi üçün şərait yarandı. Azərbaycan bu vəziyyətdən 1993-cü ildən sonra çıxmağa başladı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qiyamları yatırıldı, “Əsrin müqaviləsi” sayılan neft müqavilələri imzalandı və bununla da dövlətçiliyimiz üçün əsas təhlükələr aradan qalxdı. Müstəqillik qazanan Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmaq istiqamətində real addımları da bundan sonraya təsadüf etdi və bir sıra beynəlxalq təşkilatlara üzv seçilən ölkəmiz 2001-ci ildə “Avropa dövlətlərinin ailəsi” sayılan Avropa Şurasına qəbul edildi.
Amma təəssüflə bir şeyi qeyd etməyə ehtiyac var ki, 18 il ötsə də Azərbaycan ərazilərinin 20 faizi hələ də müstəqil deyil. 15 ildən artıqdır ki, Ermənistan-Azərbaycan cəbhəsində rəsmən atəşkəs elan olunsa da, ölkəmizin işğal altındakı əraziləri azad etmək uğrunda yeni savaşa başlayacağını hər an gözləməyə dəyər. Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin tez-tez səsləndirdiyi “Azərbaycan xalqı, Azərbaycan ordusu hər an öz ərazi bütövlüyünü bərpa etmək üçün addımlar ata bilər” bəyanatı da həm işğalçı Ermənistana xəbərdarlıq, həm də ordumuza böyük inam kimi başa düşülə bilər. Ölkəmizin tam müstəqilliyi də məhz qüdrətli ordudan və xalqla ordu arasındakı vəhtəddən çox asılıdır.
Bayramınız mübarək!
Bölmə: Bayramlar və tarixi günlər | Müəllif: FanXezer | Açar sözlər: musteqillik gunu
Baxış sayı: 241 | Yükləmələr: 0 | Reytinq: 0.0/0 |
Cəmi şərhlər: 0

Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.159.197.114

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->