Novruz Bayramında Bakı sakinlərini hansı sürprizlər gözləyir? - Azərbaycan <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Çərşənbə axşamı, 2016-12-06, 10:48 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Azərbaycan

Novruz Bayramında Bakı sakinlərini hansı sürprizlər gözləyir?
[ ] 2011-03-13, 7:14 PM
www.fankhazar.tk

Qız Qalası və üç məşəl...

Novruz bayramı münasibətilə Bakı şəhərində böyük bayram şənlikləri təşkil olunacaq. Paytaxt rəhbərliyi martın 15-də İlaxır Çərşənbə bayramı münasibətilə bayram tədbiri təşkil edəcək. Mərasim həmin gün Qız Qalasının qarşında keçiriləcək. Qız Qalasının üzərində üç məşəl yandırılacaq, tonqal qalanacaq, sonra konsert proqramı başlayacaq. Konsertin sonunda isə dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Novruz bayramı tədbirlərinə bu il də qızğın hazırlıq görülür. Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Narxoz.Az xəbər portalına açıqlamasında bildirdi ki, bu il Novruz Bayramı daha təmtəraqlı keçiriləcək. Onun sözlərinə görə, martın 20-də baş tutacaq bayram tədbirləri paytaxt sakinləri üçün sürpriz şəklində hazırlanır: "Bayram tədbirləri "İçərişəhər"dən başlayacaq, Qoşa Qala Qapısı, "Qız Qalası" və Dənizkənarı Milli Parkda davam edəcək. Hazırda dənizkənarı Milli Parkda, eləcə də Qız Qalası yaxınlığında məşqlər keçirilir. Onu deyə bilərəm ki, Novruzun bütün siması bulvarda nümayiş olunacaq. Orada Azərbaycan mətbəxi təqdim olunacaq, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcəklər. Eyni zamanda tədbirlər gün ərzində davam edəcək”.

Novruzun muğam sədası...

Nazirlik rəsmisi deyir ki, 14-21 martda Bakı şəhərində təşkil olunacaq Beynəlxalq Muğam Festifalı bu ilki bayram tədbirlərinə daha bir rəng qatacaq: "Festifalla bağlı paytaxta qonaqların da gələcəyini nəzərə alaraq, bu il bayram daha möhtəşəm təşkil olunur. Xarici qonaqlar Novruz Bayramının azərbaycanlıların qanında, canında olduğunu bir daha görəcəklər".

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Narxoz.Az xəbər portalına bildirildi ki, Novruz bayramı münasibətilə qoruq ərazisində tədbirlər keçiriləcək. Lakin İlaxır Çərşənbədə və martın 21-də baş tutacaq tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunur.

Bulvar Novruz bayramına hazırlanır

Bayram tədbirlərinin əsas məkanı yenə də Milli Park olacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, hər il olduğu kimi bu il də bulvar ərazisində bayram tədbiri keçiriləcək. İdarə rəisinin sözlərinə görə, martın 20-də Milli Parkda baş tutacaq tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Nazirliyin tədbirlər planını isə belədir: "Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə rayon və şəhərləri təmsil edəcək stendlər quraşdırılacaq, hər bir rayona xas olan şirniyyat növləri, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun foklor nümunələri nümayiş olunacaq. Bizim idarə də bu tədbirlərin təşkilində öz imkanı, işçiləri və texnikası ilə dəstək olacaq. Dekorasiyaların qurulmasına isə bayrama iki-üç gün qalmış başlanılacaq”.

Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
Bölmə: Azərbaycan | Müəllif: FanXezer | Açar sözlər: Novruz Azerbaycanda
Baxış sayı: 525 | Yükləmələr: 0 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 0

Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.159.197.114

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->