www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə, 2024-04-26, 4:53 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Bayramlar və tarixi günlər

Novruz bayramınız mübarək!!!
[ ] 2010-03-20, 0:04 AM



www.fanxezer.tkNovruz bayramı,Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı- qədim xalq bayramı. (farsca-نو روز — Nou ruz, özbəkcə Navruz, türkməncə Nowruz, kürdçə Newroz, qazaxca Naurız, qırğızca Nooruz, türkcə Nevruz, krımtatarca Navrez)

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin ilk günüdür.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Səməni - həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir.
Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa , bu o deməkdir ki bol məhsul olacaq. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Mütəxəsislər bazarlardan hazır səməni alınmasını düzgün hesab etmirlər.

İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir. Ümumiyyətlə, dünyanın mənəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi,


«Yel olmasa, sel olmaz».
«Yel gətirib, gün qurudub».
«Yel eləyəni fələk eləyə bilməz».
«Yel üfürüb şişirtdiyini göyə qaldırar».
«Yel əsməyincə çöp tərpənməz»


Dünya xalqlarının kosmoqonik mif sistemlərində hava mifik zamanın başladığı nöqtədə baş allahdır. Məsələn, qədim Misirdə hava allahı Şu göyü və yeri məğlub edir, bütün aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini bayıra buraxanda dünya yaranır, içəri alanda məhv olur. Çinlilərin təsəvvüründə isə göyün qapılarının açılıb-bağlanması ilə həyat-ölüm hadisələri baş verir. Müsəlman miflərində İsa nəfəsi ilə ölüləri dirildir, ona Məsih (nəfəs verən) deyilməsi bununla bağlıdır.

«Munisnamə»yə görə, Azərbaycanda lap qədimlərdə dünya hava və sularının hamisi bir məxluqun timsalında təqdim edilirdi: Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayıl (qədim külək tanrısı Səbayel bəlkə də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin qoruyucusudur [123, 560]. Havanın himayəçisi və tənzimləyicisi Səhayıl göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli iləsə coşub-daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər, sağ əlini aşağı salsa tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsar-əlamət qalmaz. Səhayıl ikili xüsusiyyətə malikdir. Bir varlıqda həm kişiyə, həm də qadına xas xüsusiyyətlərin cəmləşməsinə atəşpərəstlikdə də rast gəlirik. Xeyir və Şər allahlarını bətnində bəsləyən tale və zaman tanrısı Zirvan /Şirvan həm kişi, həm də qadın idi.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel Baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel Babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel Baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.

Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında Baş Ruh durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel Baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inanışda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel Babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər».

Göründüyü kimi, Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır. Onların izlərini gen yaddaşından adət-ənənələrə, rituallara, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, ümumiyyətlə, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymamışlar. Ulu Türkün övladları Dünyamızın Altaydan Qara dənizədək uzanan torpaqlarında, miflərin dili ilə desək, Gündoğandan başlayıb Günbatanda bitən ərazilərdə məskunlaşaraq kökdən gələn mənəvi amilləri öz yolları ilə yaşatdıqları kimi, sak-hun-oğuz birliyinin təmsilçiləri azərbaycanlılar da həmin mənəvi sərvətin bir hissəsinin yaradıcıları olmaqla yanaşı ümumi qazandan götürdüklərini özününkülərə qatıb duyğularına, istəklərinə dayaq edə-edə bu günümüzə çatdırmışlar.

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. Sizə bir söz deyim, mən özüm dünyanı gəzəndə harada bir gözəl bulaq görmüşəmsə, üzümü yumuşam ki, bir az gözəlləşim.



Şal istədim mən də, evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.



İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.


Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Bakıçının sözü, sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: "Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə".



Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çoz əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar. İndiki kimi bazardan almırdılar ey, evdə göyərdərdilər!
Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır.
Azərbaycan xalqı, ümumilikdə türk xalqları üçün bu bayram xəlqi-milli Yeni il olub, yazın bayram edildiyi sistemli ictimai-iqtisadi hadisələr toplusu kimi cəmiyyət miqyasında qeyd edilib. 12 min ildən artıq yaşı olduğu təsdiqlənən Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı olmuşdur.



Novruz, Novruz bahara,
Güllər, güllər bahara.
Novruz gəlir, yaz gəlir,
Nəğmə gəlir, saz gəlir.
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun.
Novruz günü yaz olar,
Qırx kötük də az olar...


Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar sinilərdə, məcməilərdə buğda, arpa, noxud, mərci və digər taxıl məhsullarından səməni göyərdər, ona baxıb sevinər, fərəhlənərdilər:
Səməni, al məni,
Hər yazda sən yada
sal məni.

Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəkət arzulamışlar.
Novruzu başqa bayram və tədbirlərdən fərqləndirən tərəflər çoxdur.
Novruzla bağlı ictimai-iqtisadi əhəmiyyətli iməciliklər təşkil olunur, abadlıq işləri aparılır...

İnsanların arzu və istəklərini, təbiətin oyanması ilə bağlı düşüncə və etiqadlarını əks etdirən Novruz aydınlıq, duruluq, yeni əhvali-ruhiyyə bayramı kimi səciyyələndirilir. Bahar fəsillər karvanında yaşıllıq və işıq yüklü bir dövrdür. Bahar fəslinin ən gözəl, ən nurlu, ən xoş əhvali-ruhiyyəli, ən müqəddəs bir məqamı Novruz bayramıdır.
Novruz bayramına qədər 4 çərşənbə olur. Və bu çərşənbələrin hər birinin öz adı, özünəməxsus inancları var.
Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Su çərşənbəsi, "Sular Novruzu" ilə başlayır. Əzəl çərşənbədə qarşıdan təzə ilin gəlməsi ilə bağlı ən əvvəl su təmizlənir. Hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, sü üstündən atlanır. Əski inamlarda su sağlamlığın başlıca rəhni idi.
Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Bütün günü su axarlarını təmizləyər, arxları qaydaya salar, abadlıq işləri aparar, su ilə bağlı müxtəlif şənliklər keçirərdilər.
Su ilə bağlı deyimlər:

* Su olan yerdə dirilik olar.
* Yuxuda su görmək aydınlıqdır.
* Od üstə su atmazlar.
* Su süfrəyə dağılanda evdə aydınlıq olar.
* Su axarında salınan el-oba barlı-bəhərli olar.
* Su gözəllik, su şirinlik, su təmizlik, su ülvilik deməkdir. Çərşənbələrdən biri Od çərşənbəsidir.


Babalarımız 4 ünsirdən biri olan odla, ocaqla bağlı atalar sözü, müxtəlif deyim və yozumlar, alqış və qarğışlar düzüb-qoşublar:


* Ocağın yanar olsun.
* Ocağın odlu, süfrən dadlı olsun.
* Səni od aparsın.
* Odda yanmaz, suda batmaz ol.
* Oda söyməzlər.
* Oddan pay verməzlər.
*Qurban sənə, gəl baba.



Yel əsməyə başlayır, kürreyi-ərzi dolaşıb gəzən Yel yatmış hər şeyi tərpədib oyadır. Yel əsəndə söyməzlər, deyinməzlər. Xeyirliyə əs, deyərlər. Deyərlər ki, Yel çərşənbəsi gecəsində söyüd ağacının altına gedib niyyət edir, Yel babanı çağırırsan. Əgər Yel baba səsini eşidib əssə, söyüdün budaqları torpağa toxunsa, deməli, bütün diləklərinə çatacaqsan.
Yel çərşənbəsi xalq arasında "külək oyadan çərşənbə", "külək çərşənbəsi", "yelli çərşənbə", "küləkli çərşənbə" adları ilə də işlənir. Əski etiqadlara görə bu çərşənbədə oyanan Yel və ya Külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir, yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsasən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. çünki əski etiqada görə, "qara nəhrdə" yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir.
Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilib, insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır. "İncil"də və "Zəbur"da Yel Allahın qüdrəti kimi vəsf olunur. "Tövrat"da dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir.

...Yumurtanı göyçək, güllü boyardıq,
çaqqışdırıb sınanların soyardıq.
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.


"Quran"da isə yelin Allah tərəfindən göndərildiyi, onun Allahın əlində mərhəmət və cəza antropomorfu olduğu göstərilir.
Zərdüştilər də küləyi müqəddəs hesab etmiş, ona tanrılıq vermişlər. "Avesta"da deyilir ki, Yelin gücü qüdrətli Hörmüzdün gücüdür... Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır.

Dördüncü çərşənbə Torpaq çərşənbəsidir. Torpaq elin ən böyük sərvətidir. Torpaq insanın ən böyük nemətidir. Torpaq insanın dayağıdır. Torpaq oyanır, martın 20-21-də artıq ana torpaq isidir yatmış ağacların köklərini, sular duyğulanır və əkilən bitir, bitmişlər yarpaqlanıb çiçəklənməyə başlayır.
Novruz günü ana torpağın naz-neməti ilə bəzənmiş ev-eşikdə süfrəyə neçə-neçə meyvə, yeməli şeylər düzülür. Və bir də onda görürsən ki, qapı döyülür, açırsan və kiminsə torbasını görürsən. Torbanı boş qaytarmazlar...
Bağrını eşib sinəsində büsat qurduğumuz, evlər ucaldıb bağ-bağat saldığımız ana torpaq... Torpaqla bağlı babalarımız nələr düzüb-qoşublar... Nələr yozublar nənələrimiz:

* Torpağın həmişə gül bitirsin.
* Torpağın yada qismət olmasın.
* Torpağında qara yellər əsməsin.
* Torpaq ovuclayan qızıl ovuclar.
*Yaz kasıbın yorğan-döşəyidi.
* Yazda tərləməyən, qışda titrəyər.


Axır çərşənbə axşamı kim su üstündə söyüd ağacının başını yerə qoyan görsə, hər arzusu yerinə yetər.



* Axır çərşənbə axşamı tez yatmazlar.
* Axır çərşənbə axşamı evdə qazan asarlar.
* Axır çərşənbə günü küsülülər barışar, insan insana can deyib, can eşidər, hörmət, məhəbbət, ehtiram göstərərlər.


Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxarıb, ərik ağacının dibində basdırarlar.

Gur işıqlandırılan evdə süfrəyə yeddi təam qoyulmalıdır: səməni, sarımsaq, alma, sirkə, sumax, yabanı zeytun, ispanaq. Süfrəyə həmçinin güzgü, onun hər yanında bir şamdan qoyulur və şamlar yandırılır. Şamların sayı ailə üzvlərinin sayına uyğun gəlməlidir. Süfrədə çörək, bir piyalə su, suyun səthində yaşıl yarpaq, qırmızı şərbət, mer-meyvə, qoz, xoruz əti, balıq, süd, pendir olmalıdır. Bəzən süfrəyə "Quran"da qoyulur.

Novruz bayramı xalqın bütün mənəvi həyatını, mədəniyyətini əks etdirir. Novruz bayramında bütövlükdə yaşlı nəslin, habelə gənc nəslin sağlığına, fiziki kamilliyinə xüsusi diqqət yetirilir. Novruz bayramına hazırlıq və onun təşkili zamanı yallı oynanılır. Gənc nəslin fiziki tərbiyəsinə xidmət edən aşağıdakı amilləri müəyyən etmək olar: təmizlik işləri, tonqal yandırılması; tonqalla əlaqədar müxtəlif hərəkətlərin icrası; rəngarəng oyunların nümayiş etdirilməsi; sudan istifadə: su üstünə getmək.
Xalqımızın neçə-neçə əsrlərdən bəri yaratdığı, düzüb-qoşduğu nadir sənət inciləri nəsildən-nəslə keçərək yaşamış, qəhrəmanlıqlarla dolu olan tariximizin bir parçasına, onun zənginləşməsinə səbəb olmuşdur. Folklor nümunələr - holavarlar və sayaçı sözləri, bayatılar, nağıllar, eləcə də müxtəlif oyunlar Azərbaycan xalqının qədim tarixi həyat tərzi, mədəniyyəti, adət-ənənələri, istək və arzuları haqqında dolğun təsəvvür yaradır.
Novruz adətlərində xalqımızın insanpərvərliyi, qayğıkeş təbiəti, xalq gigiyenasının əhəmiyyəti, yaxşılıq, xeyirxahlıq, Vətən sevgisi və s. əxlaqi keyfiyyətləri əks olunur.
Geniş coğrafi məkanda qeyd olunan bu dünyəvi bayram türk xalqlarının, o cümlədən Azərbaycan xalqının zəngin mənəviyyatı, qədim tarixi, təbiəti və dünya duyumu haqqında özündə zəngin məlumatları yaşadıb nəsilləri öyrədərək yaşayacaq.


Bahar, istəklimsən başdan, binadan.
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan;
Gözünün odusan şeirin, sənətin.
Ən gözəl qızısan sən təbiətin!



Yeni gün, Novruz bayramı ömrünüzü bəzəsin. Ruzunuz bol, işiniz avand olsun, əzizlərimiz. Axar sularınız bulanmasın. Arzularınız bənövşə kimi ətir saçsın. İstəkləriniz başa çatsın.
Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.
Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur


Ümumiyyətlə Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

Novruz bayramı İraqda, Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda, Türkmənistanda və s. ölkələrdə qeyd edilir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında "haxışta”, "bənövşə”, "kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olardı. İndi təzə xanımlar şorqoğalı bişirirlər. Novruza aidiyyəti yoxdur bunların. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə



Novruz İranda



İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də "s” hərfi ilə başlayan 7 nemət olmalıdır.



Novruz Əfqanıstanda



Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə” - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari–şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda – Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi oyunlar da olur. Amma əfqanlar Novruzda Məzari-şərifə təkcə şənlənməyə getmirlər.
Əfqanlar Məzari-şərifə gedirlər, orda xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusuna yerinı yetir.


Novruz Qırğızıstanda


Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla.
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.
Onlar «Alas-alas, hər bəladan xilas» – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.


Novruz Tacikistanda


Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir – uşaqlar qapı döyüb bayram payı istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür –ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.



Novruz Özbəkistanda


Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilir – şokolad kimi olur, amma bəyaz. Çox ləzzətli olur, çörəklə yemək iyi gəlir. Özbəkistanda dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. «Sus xatın, susma xatın, yağmır yağdır» deyə şərqi söyləyirlər. Yəni bu – İslama qədərki bir düşüncədən gəlir. Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.


Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu demək olar ki, 4 həftəni özündə birləşdirir. Yəni ilk yanan ocaq çox vaxt yalançı çərşənbə adlanır. Bəzən bu tonqalı heç insanlar qalamır və nəzərə də almırlar. Ancaq bundan sonrakı hər yanacaq tonqal mühüm əhəmiyyət kəsb edir. Hər insanın qapısında, evinin qarşısında, müasir zamanımızda isə binalarının önündə yandırılır. Bu əsrlərdən bəri Azərbaycan mədəniyyətinin ən bölünməz bir hissəsinə çevrilmişdir. Hər yanan ocaq isə özlüyündə bir çərşənbə kimi qeydə alınmışdır. Bu gün mən sizə bu çərşənbələrdən yalnız biri haqqında məlumat vermək istərdim.
Bütün Azərbaycan xalqının təmtaraqlı şəkildə qeyd etdiyi və yandırdığı ilk tonqal su çərşənbəsidir. Su çərşənbəsi qədim zamanlardan "Əzəli” çərşənbə də adlanır. Bəlkə də ilk çərşənbənin su kimi adlandırlıması da təsadüfi deyil. Çünki dünyada, insanların həyatında su öz əvəzedilməz rolunu həmişə qoruyur. Su çərşənbəsi günü səhər açılan zamandan etibarən siz bizim ənənlərimizə sadiq qala bilərsiniz. Yəni səhər üzünüzü yuyanda belə həmin günün sizin üçün uğurlu olması barədə dua edin. Bəzən yaz fəslinin gəlişini xəbər verən bu Novruz bayramı ilin başlanğıcı kimi də təqvimə salınır. Yəni elə məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir və havalar atalarımız demişkən "ağara – bozara" düzəlməyə başlayır.
Su çərşənbəsi günü kənd yerlərində olan qadınlar, qızlar çaya yollanır. Orada çimərək özlərini saflaşdırırlar. Hətta bütün insalar çaya gedərək, yaxud axan suda əllərini, üzlərini yuya bilər və suyun üzərindən atılaraq "ağırlığım – uğurluğum" suya deyə bilərlər. Bu inanca görə onların bütün üzərlərində olan pisliklər həmin suya düşərək məhv olacaqdır və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. . Hər tonqal yandırılan gün çərşənbəyə düşür və su çərşənbəsində çoxlu sayda "Vəsfihal” adlanan nəğmələr oxunulur.
Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər. Daha sonra isə bayatı deməyə başlayırlar. Hər bayatının sonunda tavadan onun içərisinə baxmayaraq bir üzük çıxarılır və hər çıxan üzük sahibinə verilərək eyni idlə bayatıdakı kimi bir həyatın onu gözləyəcəyi vurğulanır.
Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər.
Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır. Həmçinin xanımların çoxu bir evə toplaşaraq söhbətləşir və əylənirlər. Kişi və oğlanlar isə həyətlərdə tonqal işi ilə məşğul olub, axşamı səbirsizliklə gözləyirlər. Yandırılan tonqallar uşaqlar tərəfindən xüsusi ilə sevilir və seçilir, çünki bütün bayramlarda olduğu kimi Novruzun da gəlişi balacaların həddsiz sevincinə səbəb olur. Hər məhlədə yandırılan tonqal üçün sanki insanlar yarışa girərək, ən hündürün məhz onlara aid olmasını istəyir və bunun üçün əziyyət çəkirlər. Sonra isə həmin tonqalın üzərindən tullanaraq bütün ağırlıqlarını odda yandırıb, gələn ilə xeyirli çıxmağı istəyirlər. Düzdü hələ Novruza çox var, amma onun ilk qədəmləri elə insanlarda yetəri qədər sevinc və ruh yüksəkliyi oyada bilir.
Qeyd edək ki, su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq nişanı kimi vurğulanır, həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər. Deməli su çərşənbəsi günü hamının həyətində tonqal qalanır və bayram əhval ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir.
Əlbəttə bu edilən işlərin hamısı qədim inanclara əsasən yerinə yetirilir. Ancaq unutmaq lazım deyil ki, su şəffaflıq, aydınlıq və təmizlik deməkdir. İlk öncə isə suyun həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmaq olmaz




Novruz bayramınız mübarək

Bölmə: Bayramlar və tarixi günlər | Müəllif: samir_xl | Açar sözlər: novruz bayrami
Baxış sayı: 10251 | Yükləmələr: 0 | Şərhlər: 7 | Reytinq: 4.6/5 |
Cəmi şərhlər: 4
2010-03-20
Ismarıc #4 Elsen Elsen (Superman)

Uydaaa ne cox melumat var samir melumatlara gore tesekkurler...
Mende tebriklere qosulub haminin bayramini tebrik edirem.Bayram inshallah hami ucun ugurlu olar!AMIN!

Cavab:

2010-03-20
Ismarıc #3 Yuska FanXezer (star_baku)

Haminin bayrami mubareeeek!!!!!!!! dry

Cavab:

2010-03-20
Ismarıc #2 yusif FanXezer (FanXezer)

Samir cox sag ol seninde bayramin mubarek.

Cavab:

2010-03-20
Ismarıc #1 samir babayev (samir_xl)

bayraminiz mubarek!

Cavab:


ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.220.160.216

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: Marqosha(35)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->