www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə axşamı, 2024-04-25, 1:27 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
HTML [6]
Delphi [2]
PHP [5]
Javascript [4]
İnternet [3]
ASP [0]
Photoshop [3]
Power point [3]
Excel [3]
CSS [3]
Word [3]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Komputer bilgiləri » HTML

"Yanakı, yağlı, xətli və s. mətnlər" və "Standart şriftlər"
[ ] 2010-02-19, 7:04 PM
Yanakı, yağlı, xətli və s. mətnlər.

Şriftin ölçüsünü verməyi öyrəndikdən sonra, şriftin stilinin təyin olunmasının vaxtı gəlib çatdı. Bu dərsdə biz mətni yanakı, yağlı, xətli, fiksə olunmuş, yuxarı və aşağı indeksli etməyi öyrənəcəyik.

İlk olaraq yağlı və yanakı mətnə baxaq:

<b> Yağlı mətn </b>
<i> Yanakı mətn </i>

Gördüyünüz kimi hər şey sadədir. Siz öz mətninizdə istədiyiniz yerdə bu teqi istifadə edə bilərsiniz, burda mən "menim daha bir virtual dostum" sözünü nişanlayacağam:

     
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :)
</p>
</body>
</html>


İndi isə fiksə olunmuş sətirlətin növbəsidir. Bu necə fontdur? Bu eyni enli hərflərdən ibarən fontdur. Onun üçün uyğun teq aşağıdakıdır:

<tt> fixed - fiksə olunmuş mətn </tt>

Mən onu bizim nümunəyə salmayacağam, çünki bizim nümunə özü fiksə edilmişdir.

Həmçinin <pre></pre> teqləri arasında yazılmış mətn formatlaşdırılmiş adlanır:

<pre> 
mətn (çoxlu məsafələr) mətn
mətn (çoxlu məsafələr) mətn
mətn (çoxlu məsafələr) mətn
</pre>
<pre></pre> teqlərinin arasında yazılan mətnin özü də fiksə edilmişdir, lakin burada böyük bir fərq var. O təkcə fiksə edilmiş deyil, həmçinin siz onu bloknotda necə yığmısınizsa, o mətn məsafə dəqiqliyi ilə elə çıxır.

Bir mətnə bir neçə teq tətbiq oluna bilər:

<tt><b><i> mətn </i></b></tt>

Bizim nümunədə mətn fiksə edilmiş, yağlı və yanakıdır, siz də başqa teqlərin üyğun kombinasiyalarını istifadə edib baxa bilərsiniz :)


Xətli mətn <u> teqinin köməkliyi ilə verilir:

<u> Xətli mətn </u>

<strike> və <s> teqləri mətnin pozulması üçün istifadə edilir, prinsipial olaraq bunlar arasında fərq yoxdur:

<strike> Pozulmuş </strike>
<s> Pozulmuş </s>


<big> teqi əsas mətnə nəzərən böyük, <small> isə kiçik şrift üçün istifadə edilir:

<small> Kiçildılmış </small>
Normal mətn
<big> Böyük </big>


"sup" və "sub" yuxarı və aşağı indeks üçün istifadə edilir. "sup" - yuxarı, "sub" - aşağı. Onlar harda lazım ola bilər? Məsələn, müəyyən bir H2O formulasının yazılması üçün.

Yuxarı indeks <sup> sup </sup>
Aşağı indeks <sub> sub </sub>


Standart şriftlər. Öz şriftini necə yazmalı.

Biz artıq sizinlə <font> teqinin "size" və "color" atributları ilə tanış olduq. Bu başlıqda biz <font> teqinin "face" atributunu öyrənməklə onunla tanışlığı sona çatdıracağıq. face-in köməkliyi ilə biz şriftin tipini təyin edirik.

Öz mətninizə Arial şrifti vermək üçün növbəti konstruksiyanı daxil edin:

<font face="arial"> mətn (Arial şrifti)</font>

Bütün istifadəçilərin kompüterlərində olan standart şriftlər növbəti şriftlərdir:

  • Times;
  • Times New Roman;
  • Arial;
  • Helvetica;
  • Courier;
  • Verdana;
  • Tahoma;
  • Cosmic Sans;
  • Garamond
Siz heç nədən çəkinmədən onlardan hər birini istifadə edə bilərsiniz.

"face" atributunda bir dəfəlik bir neçə şrift istifadə edə bilərsiniz:

<font face="arial, verdana, courier"> mətn (Arial şrifti) </font>

Bu halda əgər istifadəçinin kompüterində Arial şrifti yoxdursa, onda mətn Verdana şrifti ilə görsənəcək, əgər Verdana da yoxdursa, onda Courier şrifti ilə görsənəcək. Yəni ki, face atributunda biz vergül ilə istifadəçinin brouzerinin ardıcıllıqla axtaracağı şriftlərin adlarnı verə bilərik.

Bəzən oxucular özlərinin xüsusi şriftlərini istifadə etmək istəyirlər. Bu mümkündür, lakin ola bilər ki sizin istifadəçilər onu görə bilməsinlər. Yəni ki, bu şrift onların kompüterində olmaya bilər. Əlbəttə siz öz istifadəçinizə sayt açılarkən xüsusi şriftinizi kompüterinə yükləməyi təklif edə bilərsiniz. Amma ki, bəziləri bu təklifdən vaz keçə bilərlər, istifadəçilərə sizin kaprizlərinizə görə bir neçə artıq faylı öz kompüterinə yükləmək lazım olmaya bilər və nəticədə sizin istifadəçi ekzotik şriftin əvəzinə digər şritfi görə bilər. Bu da ki, çox qorxulu görsənə bilər.

Xülasə: Standart şriftlər toplusundan istifadə edin, onlar kifayət qədərdir. Həm də sizin saytınızın gözəlliyi onun şriftinin tipindən yox, saytın dizaynından asılıdır.

Həmçinin əgər siz öz xüsusi, eksotik şriftinizdə olan bir neçə mətni saytınıza yerləşdirmək istəyirsinizsə, onda onu şəkil kimi edin (qrafik redaktorda lazımı şriftlə mətninizi yazıb, onu şəkil kimi yadda saxlayırsınız).

Bölmə: HTML | Müəllif: FanXezer | Açar sözlər: html derslik
Baxış sayı: 1029 | Yükləmələr: 0 | Şərhlər: 95 | Reytinq: 5.0/2 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -3.146.105.137

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: Tiger(34)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->