www.fanxezer.tk-ya xoş gəlmisiniz! Cümə, 2024-04-26, 8:18 PM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
HTML [6]
Delphi [2]
PHP [5]
Javascript [4]
İnternet [3]
ASP [0]
Photoshop [3]
Power point [3]
Excel [3]
CSS [3]
Word [3]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Komputer bilgiləri » HTML

Şəkil, yol və fon dərslikləri
[ ] 2010-12-06, 10:20 PM
www.fanxezer.tk

Yol nədir? Şəkli necə yerləşdirməli.


Oturaq, dincələk və gələcək planlarımız haqda danışaq: şəkli necə çəkməli, qrafik redaktorlardan necə istifadə etməli, bunları mən sizə başa salmayacağam, yəni ki, bu bizim öyrəndiyimiz mövzuya daxil deyil.

Hələ ki, biz oturmuşuq, mən sənə bəzi məsləhətlər verim. Yadda saxla ki, səhifə (sayt) özündə 100 kilobayta yaxın şəkillər saxlamaqla, super qrafik təsvir verməməlidir. Yəni kobud surətdə, heç bir canlı bu cür yüklənməyə davam gətirməz (gec yüklənir). Bizim səhifəmizdə, hansı ki, sən oxuyursan, şəkillər 70 kilobayta yaxın yer tutur (Bu şəkillərin bütövlükdə hamısının ölçüsüdür).

Həmçinin hərəkətli (animasiyalı) şəkilləri də səhifədə yerləşdirməyi məsləşət görmürəm: onlar diqqəti səhifənin məzmunundan uzaqlaşdırırlar. Həmçinin öz saytınız üçün qrafik elementləri özünüz yaradın, digər yerlərdən toplamayın, belə olduqda sayt daha unikal olur.

İndi isə mən sizə şəkli sənədə necə yerləşdirməyi göstərirəm:

<img src="my.jpg">

Biz my.jpg yerinə istənilən şəkil yerləşdirə bilərik (məsələn, me.gif, main.png və s.). Ən əsası isə onu bilmək lazımdır ki, dırnaq işarəsi arasında yazılanlar bağlantıdır (şəklə gedən yol). Bizim nümunə göstərir ki, bizim şəkil bizim sənəd yerləşən qovluqda yerləşib. Əgər şəkil hansısa alt qovluqda yerləşibsə, onda ona gedən bağlantı aşağıdakı kimi olacaq:

<img src="my/my.jpg">

Əgər şəkil bir direktoriya arxada yerləşirsə, onda ona olan ünvan aşağıdakı kimi olacaq:

<img src="../my.jpg">

Əgər şəkil başqa saytda yerləşirsə, onda ona olan yol bütöv olmalıdır.

<img src="http://fanxezer.ucoz.com/my/my.jpg">

Öz rahatlığınız üçün şəkli sənəd olan qovluqda yerləşdirin, onda dolaşıqlıq az olacaq:) Həmçinin mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, "MY.jpg", "my.JPG", "my.jpg" və "MY.JPG" müxtəlif fayllardır. Heç vaxt yaddan çixarmayın ki, faylların adlarında böyük və kiçik hərfləri nəzərə almaq lazımdır.

Əgər sizdə hal-hazırda şəkil yoxdursa, onda bü faylı (primtocodephoto.gif) sayt olan qovluqda yaddaşa verin. Bizim nümunədə mən elə ondan istifadə edəcəyəm (həmçinin yadda saxlayın ki, "img" teqinin bağlanan teqi yoxdur).

     
<html>
<head>
<title>Menim ilk addimim </title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
<img src="primtocodephoto.gif"> Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :)
</p>
</body>
</html>


Baxın bizdə nə alındı. Çox da qəşəng deyil, elə deyilmi? Hər şey yaxşı olardı, əgər mətn şəkil ilə bir cədvəldə olsaydı. Bunu öyrənmək üçün növbəti dərsə keçək.

Şəkil ilə nə etmək olar. Şəkil sənədin fonu kimi və s.

Demək biz mətnlərin şəklin yanı ilə necə verilməsi sualını verdik. Belə ki, mətn bütünlüklə şəklin yanında olsun. Bu çox sadə üsulla verilir. Gəlin uyğunlaşmaq üçün istifadə edilən "align" atributunu yada salaq. "align" atrubutu şəkillərdə də mövcuddur:

<img src="pr1.png" align="left">

Bu o deməkdir ki, şəkil ekranın sol tərəfində yerləşəcək, mətn isə sağ tərəfdə yerləşəcək. Əksinə etmək üçün (yəni şəkil solda, mətn isə sağda) isə onun yerinə "right" yazmaq lazımdır:

<img src="pr1.png" align="right">

Bu hamısı deyil: Mətn şəklin aşağı hissəsində (bu susmaya görədir) - (1), mərkəzində - (2), və yuxarısında - (3) yerləşə bilər:

(1) - <img src="pr1.png" align="bottom">
(2) - <img src="pr1.png" align="middle">
(3) - <img src="pr1.png" align="top">


<img> align atributundan başqa digər atributları da var:

(1) - <img src="pr1.png" Vspace="10">
(2) - <img src="pr1.png" Hspace="30">
(3) - <img src="pr1.png" alt="menim sheklim">
(4) - <img src="pr1.png" width="100">
(5) - <img src="pr1.png" height="200">
(6) - <img src="pr1.png" border="5">


İndi isə yuxarıdakı bölmələri araşdıraq.

1) "vspace" atributu - şəkil ilə mətn arasında məsafəni təyin edir (şaquli xətt üzrə). Məsafə piksel ilə verilir (pixel - təsvirin ək kiçik vahididir, nöqtədir. Məsələn, ekranın ölçüsü 800x600, 800-ün 600-ə olan nöqtələr). Bizim nümunədə məsafə 10 pikselə bərabərdir.

2) "hspace" atributu - yenə də mətnlə şəkil arasında məsafəni təyin edir, lakin üfüqi xətt üzrə. Məsafə piksellərlə verilir, bizim nümunədə bu 30 pikselə (nöqtəyə) bərabərdir.

3) "alt" atributu - şəklin qısa adı. Əgər siçanı (mouse) şəklin üzərinə gətirsək və şəkil üzərində bir neçə saniyə saxlasaq, onda şəklin qısa adı görunəcək. Bizim nümunədə bu "Mənim şəklim" frazası olacaq. Əgər "alt" frazası olmazsa, onda heç nə yazılmayacaq. Lakin ağıllı adamlar deyir ki, şəkilə ad qoymaq lazımdır (əsasən də əgər bu düymədirsə), yəni ki, bəzi adamlar internetdə gəzərkən şəklin görünməsini yığırlar və əgər "alt" parametri olmazsa, onlar hansı düymənin lazımlı olduğunu bilmirlər.

4) "width" atributu - Şəklin özünün eni (piksellərlə). Əgər en verilməzsə, onda o susmaya görə şəklin öz ölçüsünə bərabər olacaq.

5) "height" xassəsi - Şəklin özünün hündürlüyü (yenə də piksellərlə). "width" xassəsindəki kimi burada da şəklin hündürlüyünü verməmək olar. Yenə də ağıllı adamlar deyirlər ki, şəkillərin enini və uzununu vermək lazımdır, yenə də həmin qrafikanı söndürən xüsusi adamlar üçün...

6) "border" atributu - Şəklin özünün ətrafının çərçivəsi (piksellərdə). Verməsəniz də olar.

Bütün atributlar eyni vaxtda bir-birinin ardı ilə verilə bilər, qarışıqlıqdan qaçmaq üçün bunları bizim nümunədə göstərirəm. Bizim şəkil üçün növbəti nümünəni göstərək:

<img src="pr1.png" align="left" hspace=30 vspace=5 alt="Mənim şəklim">

Bizim şəkil ekranın sol tərəfində yerləşəcək, mətn isə sağ tərəfdə olacaq, mətnə məsafə üfüqi 30 piksel, şaquli isə 5 piksel olacaq (yaxşı görunməsi üçün). Əgər siz siçanı şəkil üzərinə gətirsəniz, onda oradan "Mənim şəklim" sözü çıxacaq.

     
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk addimimdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
<img src="primtocodephoto.gif" align="left" HSPACE=30 VSPACE=5 alt="menim sheklim">Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :) <br><br> Shekilde men tesvir olunmusham. Sheklin keyfiyyeti chox da yaxshi deyil, teessuf, ona gore de menim uzume diqqetle baxmaq problem yaradir. Lakin yene de gorunur ki, men yaxshiyam. <br><br> Eger sen de bele fikirleshirsense, onda gel gorushek, bir az kafede chay icherik, danishariq:) Kim bilir, belke biz real heyatda dost olduq:)
</p>
</body>
</html> (nümunə)


Növbəti addıma keçməmişdən qabaq, o biri atributları də istifadə edin, bu atributlara ayrı-ayrı qiymətlər verin və görün nə alınacaq. Bu bölmə böyükdür və həmçinin çox da sadə deyil:)

Biz mətni şəklin yanında necə düzgün yerləşdirməyi öyrəndik (+ digər lazımi artibutlar), lakin şəklin özünü ekranın mərkəzində (sağ, sol) yerləşdirməkdən danışmadıq. Burda hər şey çox sadədir, paraqlafları (<p></p>) və ya danışdığımız mətnin digər uyğunlaşdırma teqlərini yada salın, onlar təkcə mətni uyğunlaşdırmırlar (bizim nümunədə, şəkil paraqraf daxilində mətn kimi yerləşdirilib).

Hə, şəkli fon eləmək haqqında danışmaq lap yadımdan çıxmışdı. Bu "body" teqinin açılan hissəsində yazılır:

<body text="#336699" bgcolor="#000000" background="sizin_fon.jpg">

"background" atributu fon şəklinin hansı qovluqda yerləşdiyini göstərir, bizim nümunədə bu göstərir ki, fon şəkli sənəd olan qovluqda yerləşib.

"background" atributu olarkən nə üçün "bgcolor" atributunu saxlamaq lazımdır? Təsəvvür edin ki, əgər şəkil yüklənməzsə, onda nə olacaq.
Bölmə: HTML | Müəllif: FanXezer | Açar sözlər: html
Baxış sayı: 1233 | Yükləmələr: 0 | Şərhlər: 2 | Reytinq: 5.0/1 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.118.226.105

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar: Marqosha(35)

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->