Bmw X5 M və Bmw X6 M - Texnologiya <!-- %IFTH1%0% -->- <!-- %IFEN1%0% --> - Ana səhifə | AzNetin ən yaxşı əyləncə saytı - Xəzər-Lənkəran
www.fanxezer.tk-ya xoş gəlmisiniz! Bazar, 2016-12-11, 10:59 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 520

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Texnologiya

Bmw X5 M və Bmw X6 M
[ ] 2010-08-03, 11:37 AM

www.fanxezer.tk

BMW X5 M və BMW X6 M avtomobilləri BMW М GmbH bölməsinin ilk tam ötürücülü modelləridir. Hər iki model böyük gücü olan yeni V8 mühərriki ilə təchiz olunur, onun güc xarakteristikaları BMW X5 M və BMW X6 M-in xarakterinə uyğun səviyyəyə qaldırılıb.

Həcmi 4395 kub santimetr olan mühərrikin maksimal qüvvəsi 555 at gücü təşkil edir (fırlanma anı 1 dəqiqədə 6000 dövrə).

İlk dəfədir ki, BMW X5 M və BMW X6 M modelləri "M” seriyalı avtomobillərin yüksək dinamik xarakterlərini X modelləri seqmentinə gətirirlər.

"M” modelləri fəlsəfəsinin innovativ konsepsiya ilə birləşdirilməsi sükan arxasında müstəsna həzz duyğusuna doğru yeni yol açır.

Hər iki model öz sinfində yeni dinamika standartları müəyyən edir, həmin standartlar avtomobil idmanı üçün önəmli olan sürətləndirmə, köndələn dinamika və idarəetmə kimi meyarlar baxımından, habelə əyləcləmə məsafəsi və effektivlik baxımından daha yaxşı göstəricilərdə ifadə olunur.

"M” modellərinin altıpilləli idmansayağı avtomat transmissiyası, əlavə olaraq optimallaşdırılmış sürətdəyişmə dinamikası və sürətdəyişmənin komfortluluğu hər iki modelin idmansayağı xarakterini vurğulayır.

Sürətdəyişmə vaxtının qısaldılması üçün yeni tipli tənzimləmədən istifadə olunur: mühərrikin fırlanma anının azaldılması üçün ayrı-ayrı silindrlərdə yandırma və yanacaqçiləmə sistemi söndürülür.

İdarəetmə elektron selektor vasitəsilə və ya seçim üzrə "M” stilində - sükan çarxında sürətdəyişməyə xidmət edən alüminium qolların köməyi ilə həyata keçirilir.

Hər iki model müqayisəyə gəlməyən hərəkət dinamikası ilə yanaşı, rəqibləri arasında ən yaxşı effektivlik göstəricilərə malikdir.

High Precision Injection birbaşa yanacaqçiləmə sistemi təchiz olunan, faydalı iş əmsalı nöqteyi-nəzərindən optimallaşdırılan mühərrikdən başqa, avtomobillər həm də BMW EfficientDynamics paketinin məlum və yeni elementləri ilə təchiz olunublar.

BMW X5 M və BMW X6 M avtomobillərinin dinamika xarakteristikaları və yanacaq sərfiyyatı göstəriciləri belədir: sürətyığma (0-100 km/saat) – 4,7 saniyə; maksimal sürət: 250 km/saat (M Driver’s opsional paketi ilə 275 km/saat); orta yanacaq sərfi: 100 kilometrə 13,9 litr; atmosferə buraxılan karbon qazı: 325 q/km.

Bütün BMW X5 M və BMW X6 M avtomobilləri standart komplektasiyada "M” seriyalı 6 pilləli avtomat transmissiya, xDrive və Adaptive Drive sistemləri, habelə Dynamic Performance Control sistemi ilə təchiz olunurlar. Hər iki model "M” stilində 12 düymlük yüngül lehimli disklərlə; qəza zamanı müəyyən məsafə qət edə bilən şinlər; biksenon faralar; yüksək təzyiqli fara yuyucuları ; "M” stilində yan güzgüləri; elektrotənzimləyicisi olan sükan sütunu; "M” stilində çoxfunksiyalı dəri sükan çarxı; güzgülər, sükan sütunu və sürücü oturacağı üçün elektrotənzimləyicisi və yaddaş funksiyası olan "M” stilində ön oturacaqlarla (isitmə sistemi ilə birlikdə) təchiz olunur.

Bundan başqa, avtomobilin komplektasiyasına genişləndirilmiş funksiyaları olan ikizonalı avtomatik klimat-kontrol sistemi; dinamik kruiz-kontrol; BMW Professional radiosu; HiFi audiosistemi; diaqonalı 6,5 düym olan rəngli bort monitoru; 6 təhlükəsizlik yastığı (aşırma sensoru ilə birlikdə); ön oturacaqların aktiv baş altlıqları; habelə kuzovun səviyyəsinin avtomatik tənzimlənməsi sistemi daxildir.

BMW X5 M və BMW X6 M avtomobillərinin passiv təhlükəsizlik sistemlərinə bunlar daxildir: parkinq zamanı qəza həddinədək yaxınlaşma siqnalizasiyası (qabaq və arxa tərəfdə); yağış sensoru və faraların avtomatik yandırılması sistemi; gözqamaşdırmanın qarşısını alan effektə malik bayır güzgüləri və daxili güzgü; günəşdən müdafiəni təmin edən boz zolaqlı ön şüşə; habelə arxada uşaq oturacağının bərkidiciləri (dayaqları).

Avtomobillərin kuzovları metallik rəngli boya ilə rənglənir. Salonun Merino dərisi ilə işlənməsi; salonun damına fərdi materiallardan (Antrasit BMW Individual) üzlük çəkilməsi – bütün bunlar hər iki avtomobilin "M” modellərinə xas olan eksklüziv idmansayağı və dinamik xarakterini vurğulayır. Qapı dəstəkləri və bamperlər kuzovun rəngi ilə rənglənir.

BMW X5 M və BMW X6 M avtomobilləri 24 oktyabr 2009-cu ildən BMW-nin rəsmi dilerlərinin salonlarında peyda olacaq.

Bölmə: Texnologiya | Müəllif: FanXezer | Açar sözlər: BMW
Baxış sayı: 240 | Yükləmələr: 0 | Reytinq: 5.0/2 |
Cəmi şərhlər: 0

Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -54.166.48.3

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2016
    Free web hostinguCoz -->