128 illik sirrin üstü açıldı
Alimlər Baykaldakı dairəvi buz kütlələrinin necə yarandığını öyrəniblər
Rusiyada
128 ildir həll edilə bilməyən məsələnin üstü açılıb. Baykal gölünün
üzərindəki böyük buz kütlələrinin necə əmələ gəlməsini səbəbi aydın
olub. 7 il ərzində aparılan araşdırmalar müsbət bəhrəsini verib.
Yuvarlaq
buz kütlələrini ilk dəfə 1882-ci ilsə rusiyalı alimlərdən biri görüb. O
uzun müddət araşdırma aparsa da, heç bir nəticə əldə edə bilməyib və bu
halı "sirli vəziyyət" kimi qiymətləndirib.
Bundan 121 il sonra - 2003-cü ildə gölün kosmosdan çəkilən şəkillərində yenidən buz kütlələrinə rast gəlinib.
Uzun
sürən araşdırmalardan sonra kütlələrin dairəvi şəkildə yaranmasının
gölün altında təbii qaz yataqlarının olması ilə əlaqədar olduğu üzə
çıxıb. Qış aylarında suya qarışan qaz isti buxar yaradır ki, bu da
yuvarlaq dalğalara səbəb olur. Bu dalğalar gölün üstünə çıxanda isə
soyuq hava ilə əlaqədar donur. Nəticədə bu cür kütlələr yaranır.