www.fanxezer.tk-ya xoş gəlmisiniz! Bazar Ertəsi, 2024-05-13, 2:31 AM
AzNetin ən yaxşı əyləncə saytı
       
Menyu

Bolmə
Saytımız [7]
Proqramlar [16]
Din [23]
Xakerlər üçün [4]
Musiqi [11]
Şəkillər [15]
Video [13]
İdman [10]
Məntiq [5]
Veb Usta [5]
Tanınmışlar [7]
Mobil dünya [14]
Bayramlar və tarixi günlər [28]
Azərbaycan [14]
Yumor [6]
Heyvanlar [6]
Kulinariya [5]
Oyunlar [7]
Lətifə və aforizmlər [7]
Şeir dünyası [4]
Hekayələr [7]
Maraqlı [30]
Skriptlər [3]
Xəbərlər [21]
Teleseriallar [4]
Digər [11]
Texnologiya [6]
Komputer bilgiləri [35]

Mini çat


Sorğu
Saytımızın dizaynı xoşunuza gəlirmi?
Cəmi səs sayı: 526

 
Statistika

Hal-hazırda saytda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

  


Əsas » Fayllar » Bayramlar və tarixi günlər

Qubadlının işğalından 16 il ötdü...
[ ] 2009-08-31, 2:56 PM
1993- cü il avqustun axırlarında Qubadlı rayonu artıq düşmən əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin qapı ağzında olduğunu göstərirdi. Düşmən gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücuma keçirdi. Qarabağın Xocavənd rayonu ərazisindən güclü hücuma keçən düşmən, nəyin bahasına olursa olsun, Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib, geri çəkilirdi.
1993- cü il avqustun 30-da cəmi beş-on nəfər əsgər var idi. Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı-arası kəsilmirdi. Günortadan bir az sonra isə yaylım atəşi başlandı. Bu insanların son ümidlərini də qırırdı. Gorusdan hücum edən ermənilər yazı düzündə bizimkilərin müqaviməti ilə qarşılaşsalar da, laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil oldular. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hər tərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Qubadlı uğrunda döyüşlərdə 54 nəfər şəhid olub. Ümumililikdə isə rayon 230 şəhid verib. 
Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5 qədim mağara bu günümüzə qədər gəlib çıxmışdı. «Gavur dərəsi» deyilən ərazidə 4-cü əsrə aid mağara vardı. Əliquluuşağı kəndində 5-ci əsrdə tikilmiş Göy Qala, Muradxanlıda «Qalalı» qalası, Xocamsaxlı kəndindəki qala rayon işğal olunana qədər dururdu. Türbələr, qədim körpülər və çox belə abidələr qubadlının maddi sərvətlərindən idi. Amma indi bu abidələrin taleyi məlum deyil. Qubadlının işğalı nəticəsində həmçinin 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxananı ermənilər dağıdıb.
Bölmə: Bayramlar və tarixi günlər | Müəllif: FanXezer
Baxış sayı: 475 | Yükləmələr: 0 | Reytinq: 0.0/0 |
Cəmi şərhlər: 0

ss=commTable border=0 cellSpacing=1 cellPadding=2 width="100%">
Adınız *:
Email:
Təhlükəsizlik kodu *:
Giriş

Axtar

Arxiv


Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir

17 Noyabr-Dirçəliş günü

Içki və içki içənlər barədə ayə və hədislər!

Lətifələr

Süleyman peyğəmbər və qarışqa hekayəsi

Ağ çörəyin təhlükəsi

Eyfel qülləsi haqqında

Tək Səbir - Toy Klipi


Dost saytlar
  • Xəzər-Lənkəranan fanat saytı
  • Internetin ən gizli saytı
  • İslam, Haqq Din

  • Namaz vaxtları


    Reklam


    Məlumatlar
    IP adresiniz -18.223.107.149

    Nikiniz - Qonaq

    Statusunuz: Guests

    Ad gununuz -

    Bu gun ad gunu olanlar:

    Qeydiyyat tarixiniz:

    Sizin brauzeriniz:  

    Admin: FanXezer

    Hava haqqında

    Copyright Hazırladı:FanXezer © 2024
    Free web hostinguCoz -->