Ərzaqlar;
*Şit yağı - 100 qr , əridilmiş
*Şəkər tozu - 100 qr (təqribən yarım stəkan)
*Un - 100 qr (təqribən 1 stəkan)
*Yumurta - 2 ədəd
*Qabartma tozu - 1 çay qaşığı
Dadlandırıcılar; (istədiyiniz birini ve ya ikisi istifadə edərək müxtəlif mafınlar bişirə bilərsiniz)
*Vanilin - 1 çay qaşığı
*damla şokolad
*quru üzüm
*şaftalı qurusu,qaysı qurusu... (xırda-xırda doğranmış)
*fındıq, qoz
*tut, çiyələk
Hazırlanması:
Əvvəlcə yağı əridin və soyumağa bir qırağa qoyun.Şəkər tozu ve yumurtanı mikser ilə yaxşıca çalın.Yağı əlavə edib çalmağa davam edin və üzərinə qabartma tozunu boşaldın.Unu ələyərək əlavə edin ve mikserin ən aşağı sürətində çalın.Hazır olduqdan sonra istədiyiniz dadlandırıcını əlavə edib qaşıqla qarışdırın.
Muffin qabına kağız kapsulaları yerləşdirin və hər birinə 1 xörək qaşığı dolusu xəmir tökün. Bu yazdığım ölçülərdən 10-12 ədəd mafın çıxır. 10 dəqiqə öncədən 180 dərəcə qızdırılmış sobada təxminən 10 dq bişirin, ancaq diqqət edin, sobada çox tutmayın yoxsa quruyarlar. Yum-yumşaq olmaları lazımdır.. Üstləri azca qehveyi rəng olan kimi çöp salıb yoxlayın, təmiz çıxarsa bişmiş deməkdir.
Nuş olsun :)
|