Azərbaycanda baking powder ın olub olmadığından əmin deyiləm. Əgər yoxdursa, bunun yerinə keksə sadəcə soda əlavə edin. Cəmi: 0.5 çay qaşığı soda kifayətdir.
Ərzaqlar Un: 3/4 stəkan (245 q) Tünd kakou tozu: 1/4 stəkan (30 q) Şəkər tozu:1 stəkan (250 q) 1/4 çay qaşığı Duz: 1/4 çay qaşığı Vanil tozu: bir çimdik Banan:3 yetişmiş (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən 1 1/2 stəkan banan püresi əldə edəcəksiniz) Yumurta: 2 böyük, yüngülvari mikserlə və ya qaşıqla çalınmış Kərə yağı: 1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş halda Qoz: 1/2 stəkan (55 q) xırda (noxud boyda) doğranmış halda
Baking powder (səhf etmirəmsə, rusca buna pekarskiy poroşok deyirlər): Soda: 1 çay qaşığı Tünd plitka şokolad: [ 1/2 stəkan (85 q) xırda (noxud boyda) doğranmış halda Hazırlanması: 1.Sobanı 180˚C-dək qızdırın. 2] 23 X 13 X 8 s ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.
3.Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın 4.Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki, çox duru olmalıdır. Şəkildə gördüyünüz kimi. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın. 5.Alınan kütləni yağlanmış keks formalı xüsusi qaba tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub - olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın ? çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən keksin üzərinə şəkər nişastası səpə və yaxud da şokoladlı qlazur yaya bilər. Bu keks isti-isti də çox ləzzətli olur. Nuş Olsun!
|