Ata
hər gün olduğu kimi bu gündə işdən evə gec və yorğun gəlir. Beş yaşlı
oğlu atanı qapının qarşısında səbirsizliklə gözləyirdi. Oğul:"Salam Ata ! Sənə 1 sual verə bilərəm ?" Ata: "Əlbəttə!" Oğul:"Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?" Ata:"Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə" deyə sərt cavab verir. Ogul başını aşağı salaraq sakitcə deyir:"Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim." Ata :"Çox bilmək istəyirsənsə saatına 20$ qazanıram." Usaq utanaraq: "Ata olar mənə 10$ borc verəsən?" Ata
qaşlarını çataraq cavab verir :"Əgər 1 oyuncaq almaq üçün atandan pul
istəyirdinsə bu axmaq sualı verməyədə bilərdin. İndi isə get otağına və
yat !" Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca
örtür. Ata bir neçə saatdan sonra sakitləşərək " Bəlkə doğrudan da
oğluma pul lazım idi. Axı o məndən tez tez pul istəmir. Gərək onu belə
kobudlamazdım": düşünərək oğlunun otağına üz tutur. Ata qapını sakitcə döyərək "Oğlum yatmısan?": deyə soruşur. "Xeyir ata yatmamışam": deyə usaq cavab verir. Ata otağa daxil olub cibindən 10$ çıxarıb oğluna uzadır. Usaq
pulu ğötürərək sevincək halda "Ata sağ ol!" deyərək qışqırır. Sonra
yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa
başlayır. Bunu görən ata 1 az təəccübli bir az da acıqlı halda soruşur: "Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?" Uşaq sevinc dolu körpə baxışları ilə atasına baxaraq cavab verir: "Ata
mənim pulum kifayət qedər deyildi. Indi isə kifayət qədər pulum var. Al
bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah
işdən evə 1 saat tez gəl və bizimlə nahar et ."
Bəzən
həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki ailəmizlə birlikdə
yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailıəmizlə
istədiyimiz qədər vaxt keçrmədiyimizə görə peşman olmayaq.
|