İmtahan haqqında məlumat toplayın İmtahan haqqında tapa bildiyiniz bütün məlumatı yığışdırmaq, hadisəsi idarə altına ala bilməniz üçün atılması lazım olan ilk addım. Bu tip yazılarda hər vaxt söyləyərlər: İmtahana girəcəyiniz yerə əvvəldən gedin. Haqlılar. Üşənməyin, gedib bir baxın. İmtahanın zamanını, neçə sual soruşulacağını, sualların növlərini, nə qədər sürəcəyini onsus ki bilirsiniz. Yeri əvvəldən görmək də yadlıq hissinizi azaldacaq.
İmtahan stresi ilə döyüşün
Ağır stres yalnız imtahandakı performansınızı salmaqla qalmaz, imtahana hazırlanmanızı da təsir edər. İzah edəcəyimiz streslə başa çıxma texnikalarını sınaq imtahanlarında istifadə etməyə dərhal başlayın ki əsas imtahanın zamanı gəldiyində artıq tanış olsunlar.
Bilməniz lazım olan ilk şey, azca imtahan stresinin pis bir şey olmadığıdır. Böyük bir imtahandan əvvəl hər kəs stres yaşar. Bir az həyəcan, həm sizi işə motivasiya edər, həm də imtahana konsentrə olmanızı təmin edər. Məsələn, bu əsrin ən böyük aktyorlarından biri sayılan Sir Laurence Olivierin hər oyunundan əvvəl qusduğunu söyləyərlər.
Bu yazının məqsədi, sizi maneə törədəcək dərəcədəki stres və həyəcana mane olmaq.
Yaxşı hazırlanın.İnciməyin amma bunu söyləmək məcburiyyətindəyik. Özünə inamın və sakitliyin ilk və ən həyati şərti, həqiqətən yaxşı hazırlanmaq, hətta gərəyindən çox hazırlanmaq. O qədər yaxşı hazırlanın ki artıq cavablarınız avtomatikləşsən.
Özünüzə güvən tapşırıqları edin
Təvazökarlığın zamanı deyil, bir az özünü bəyənmişlik sizə çox yaxşı gələcəkdir. Aynanın qabağına kəçin və "Kim tutar məni !, bu imtahanı gözüm bağlı edərəm!, birinci olaram!" kimi şeylər söyləyin. Bunları banta alın və hər gün dinləyin. Kifayət qədər sıx eşitsəniz inanarsınız. Tək imtahandan sonra bir az sakitləşməkdə fayda var
Mənfi düşüncələrlə döyüşün
Biri "Bu imtahan çok çətindir, məhv olduq,nə edəcəyik?" mövzulu söhbətlər açmağa çalışdığında, ona yuxarıda söylədiklərinizi söyləyin. Heç utanmayın. Haqqınızda nə düşünsə düşünsün. Əgər bu mənfi mesajlar şəxsinizdən qaynaqlanırsa özünüzü dinləməyin. Qeydinizi dinləməyi gündə ikiyə, hətta üçə çıxarın. Yatarkən başınızda oxutturun.