Amerikalı həkimlər prostat vəzinin xərçəngi xəstəliyinə qarşı dərman tapıblar.
Bu
xəstəlikdən əziyyət şəkən və sağalması mümkün olmayan iki kişi yeni
tapılmış dərmanla eksperiment aparılmasına izacə verib. The Times qəzetinin
yazdığına görə, hər iki xəstə ümidsiz olub və onların əməliyyat
olunduqdan sonra sağ qalma və ya yaşama şansı sıfır olub.
Minnesota ştatından olan alimlər bildirblər ki, eksperimentin müsbət nəticə verəcəyini gözləmirdilər. Onlar özləri də “ipilimumab”
adlandırdıqları dərmanın belə nəticələnəcəyindən çox təəcübləniblər.
İndi hər iki kişi özünü yaxşı hiss edir və onlar normal həyata
qayıdıblar.
|