Suriya Dağlıq Qarabağ probleminin həllində gərginliyin yaranmasını istəmir
[
]
2009-06-17, 4:25 PM
Suriya Dağlıq Qarabağ probleminin həllində gərginliyin yaranmasını istəmir. Bu barədə İrəvanda səfərdə olan Suriya prezidenti Bəşar Əsad Ermənistan prezidenti Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib. "Əlbəttə, bu çətin problemdir, amma biz bu problemin gərginləşməsini istəmirik, çünki Yaxın Şərq təcrübəmizdən bilirik ki, bu halda məsələnin həlli çətinləşir”, -deyə Suriya prezidenti qeyd edib. Onun sözlərinə görə, Azərbaycana səfər etməmişdən əvvəl Qarabağ məsələsi ilə bağlı olaraq Ermənistanın mövqeyini öyrənib. Qeyd edək ki, bu gün Suriya prezidenti öz xanımı ilə birgə Ermənistana ikigünlük işgüzar səfər edib. Yaxın zamanlarda B. Əsadın Azərbaycana da səfər edəcəyi gözlənilir.