İranın dini lideri Tehran Universitetində çıxış edəcək
[
]
2009-06-18, 10:57 PM
İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xamneyi sabah Tehran Universitetində çıxış edəcək. O, bu təhsil müəssisəsinin tələbələrilə qanun keşikçiləri arasında baş verən qarşıdurmadan sonra xütbə söyləmək niyyətindədir. ANS PRESS-in “İnterfaks”a istinadən veridyi xəbərə görə, bu çıxışın böyük diqqət cəlb edəcəyi gözlənilir.
Ehtimal ki, xütbədə hökumətin iyunun 12-də ölkədə keçirilən prezident seçkilərindən sonra yaranan vəziyyətdən necə çıxmaq niyyətində olduğu açıqlanacaq.