İranda
baş vermiş hadisələr, kütləvi küçə etirazlarının arxasında İran İslam
Respublikasının keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani
durur. Bu barədə Associated Press yazır.
H. Rəfsancani
müxalifət çıxışları başlayandan bəri bir dəfə də olsun camaat
qarşısında çıxış etməyib, baxmayaraq ki, onun qızı mitinqlərdə aktiv
iştirak edir. Rəfsancaninin indiki prezident Mahmud Əhmədinejada qarşı
olan mənfi mövqeyi gizli deyil.
İranın Ali dini lideri Ayotolla
Ali Xamenei iyunun 19-da camaata müraciətində "kulisarxası" əleyhdarını
xatırladaraq, onu İslam inqilabının yaradıcısı kimi təqdim edərək
Rəfsancani ilə fikir ayrılıqlarının olduğunu bir daha təkrar edib.
Qərb
politoloqlarının fikrincə, H.Rəfsancanidə olan hökmranlıq ehtiyatı
müxalifətə müdafiə dərəcəsi imkanı verir. Mahmud Əhmədinecad və Mir
Hüseyn Musavi isə sadəcə bir-birilə yarışan dini elitanın siyasi
nümayəndələridir.
Haşemi Rəfsancani İslan İnqilabının “atası”
adlandırılan ayatolla Ruhulla Xomeninin yaxın tərəfdarlarından biri
olub. 1989-1997-ci illərdə İrana rəhbərlik edib və 2005-ci ildə
seçkiləri Mahmud Əhmədinejata uduzub. Çox nüfuzlu vəzifəyə sahiblik
edən Rəfsancaninin “praqmatik”lər düşərgəsinə aid olduğu, İslam
İnqilabı İdeyaların sadiq, amma İranın daha pozitiv obrazını yaratmaq
üçün qərblə kompromisslərə gedə biləcək şəxs olduğu deyilir.
Xatırladaq
ki, hazırda Tehranda və İranın digər iri şəhərlərində müxalifətin
etiraz aksiyaları davam edir. İran polisi nümayişçiləri dağıtmaq üçün
gözyaşardıcı qazdan, su şırnaqlarından və dəyənəklərdən istifadə edir.
Qərb jurnalistlərinin paytaxt Tehrana girişi məhdudlaşdırılıb.
|