Hadisə nəticəsində iki nəfər həlak olub.Tailandın cənubunda avtobus partladılıb. İnsident Yala şəhərində baş verib.
Məlumatda bildirilir ki, avtobus yaşayış məntəqəsindən çıxarkən yanından keçən avtomobildən naməlum şəxs avtobusa doğru əldəqayırma bomba atıb. Hadisə nəticəsində 2 nəfər ölüb, təqribən 20 nəfər yaralanıb.
Daha bir terror hadisəsi Narativat əyalətində baş verib. Bu dəfə partladıcı qurğu ərzaq mağazasında işə düşüb. Hadisə nəticəsində 6 nəfər yaralanıb.