Atam və anam sənə fəda olsun ya Rəsulullah!Sizin ağlamağınıza səbəb nədir?
Buyurdu:
-Ya Əli!O
gecə ki,məni asimana apardılar?Öz ümmətimdən olan neçə-neçə qadınları
şiddətli əzabda gördüm.Onların halına təəccüb etdim.Və şiddətli
əzablarına görə ağladım.
Qadın gördüm ki,saçından asılmışdır və beyni qaynayırdı.
Qadın gördüm ki,dilindən asılmışdı və cəhənnəmin qaynar suyu onun boğazına tökülürdü.
Qadın gördüm ki,sinəsindən asılmışdır.
Qadın gördüm ki,bədənin ətini yeyirdi və altından od şölə saçırdı.
Qadın gördüm ki,ayaqları əllərinə bağlanmışdı,ilanlar və əqrəblər ona müsəllət olmuşdular.
Qadın gördüm ki,kor,kar və lal idi.Odlu bir tabutun içində idi və
başının içi çölə çıxmışdı ,bədəni xora və yaradan para-para olmuşdur.
Qadın gördüm ki,ayaqlarından odlu təndirə asılmışdır.
Qadın gördüm ki,bədənin əti qabaqdan və arxadan odlu qayçılarla kəsilirdi.
Qadın gördüm ki,üzü və əlləri yanırdı və öz bağırsaqlarını yeyirdi.
Qadın gördüm ki,başı donuz başı bədəni ulaq bədəni idi və minlərlə növ əzab içində idi.
Qadın gördüm ki,it sifətində idi,alov arxasından daxil olub ağzından
çölə çıxırdı,mələklər odlu gürzləri onun başına,bədəninə vururdular.
Fatimə (ə) ərz etdi:
-Ey mənim həbibim ,gözlərimin işığı!
Mənə xəbər verin ki,ALLAH–Təala onları hansı əməl və rəftarlarına görə bu əzablara düçar edib?Həzrət Peyğəmbər (s) buyurdu:
Ey qızım:
O qadın ki,saçlarından asılmışdı və beyni qaynayırdı o,öz saçlarını naməhrəm kişilərdən örtməmişdi.
O qadın ki,dilindən asılmışdı o, dili ilə ərinə əziyyət etmişdir.
O qadın ki,sinəsindən asılmışdır o, ər-arvadlıq vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdı.
O qadın ki,ayaqlarından asılmışdı o, ərindən icazəsiz bayıra çıxmışdı.
O qadın ki,bədəninin ətini yeyirdi o, özünü camaat üçün bəzəmişdi.
O qadın ki,əlləri ayaqlarına bağlanmışdır,ilanlar və əqrəblər ona
müsəllət olmuşdur,o, özünü yumayan,paltarlarını pak etməyən,cənabət və
heyz qüsulunu verməyən,bədənini nəcasətdən təmizlənməyən və namazı
yüngül sayan qadın idi.
O qadın ki,kar,kor və lal idi o, zinadan (haram yolla) uşaq dünyaya gətirən və ərinin boynuna atmış qadın idi.
O qadın ki,bədənin əti odlu qayçılarla kəsilirdi, o,özünü naməhərm kişilərə nümayiş etdirib ki,ona rəğbət etsinlər.
O qadın ki,üzü,bədəni yanırdı və öz bağırsaqlarını yeyirdi,o,naməhrəm
kişi və qadınların sözlərini bir-birlərinə çatdıran qadın idi.
O qadın ki,başı donuz başı, bədəni ulaq bədəni idi o söz gəzdirən və çox yalan danışanlardan idi.
O qadın ki,it sifətində idi və alov arxasından çıxırdı o,müğənni və paxıllardan idi.
Müsəlman bacılarım biz belə qadınlardan olmayaq ki,belə əzabları da görməyək.AMİN.
Şərhlərinizi bildirməyi unutmayın!