HTML Dərsliyi - Əsas anlayışlarƏsas alətlər. Əl ilə işləməyi öyrənirik.
Başlanğıcda gələcək səhifə üçün ayrıca direktoriya (qovluq) yaradın.
C:\Ilk addimlar\
İndi bloknotu (notepad) açın və ora növbəti mətni köçürün:
<html> <head> <title>Menim ilk addimim</title> </head> <body> Salam, bu menim ilk sehifemdir. <br> Xosh gelmisiniz :) </body> </html>
İndi bu sənədi *.html adı mənimsətməklə yaddaşa verək
C:\Ilk addimlar\index.html
Bir çox oxucular növbəti yazıda səhv edirlər: "İndi isə bu sənədə *.html adı mənimsədərək yadda saxlayaq", onlar sonra məktub yazırlar ki, sənədi yaddaşa verdikdən sonra o, *.txt kimi yadda saxlanılır, *.html kimi yox. Bu problemi həll etmək üçün ətraflı yazıram.
Əgər siz sənədi File -> Save seçərək yadda saxlayırsınızsa, onda o sənəd *.txt kimi yadda saxlanılır. Sənədinizi növbəti üsulla yadda saxlayın:
- File -> Save as - Sonra öz sənədinizi məsələn, index.html adı ilə yazırsınız (sadəcə olaraq index kimi yox, *.html yazmaq əsasdır). - Əgər siz sənədi *.html kimi yadda saxlamısınızsa, onda onu hər dəfə yadda saxlamaq üçün File -> Save seçmək kifayətdir.
Bu da hamısı. Əminəm ki, hər şey öz qaydasında olacaq.
Sonra səhifəni Internet Explorer-də açırıq (Bloknotu bağlamayın, o bizə yenə lazım olacaq).
File - Open - Browse... düyməsi - bizim sənəd (index.html).
Əgər biz *.html sənədimizdə (bloknotda) nə isə dəyişmişiksə, onda bu dəyişiklikləri Internet Explorer-də görmək üçün, IE-də (Internet Explorer) "Refresh" düyməsini sıxmaq lazımdır (Bu həmçinin başqa brouzerlərə də aiddir). Əgər dəyişikliklər görünmürsə, deməli ya siz hardasa düz yazmamısınız, ya da ki, sənədi yadda saxlamamısınız:)
İndi baxaq görək bizdə nə alınıb və bunun necə alınmasını aydınlaşdıraq:) |