HTML Dərsliyi - Əsas anlayışlarHTML dildirmi? Teqlər.
<html> <head> <title>Menim ilk addimim</title> </head> <body> Salam, bu menim ilk sehifemdir. <br> Xosh gelmisiniz :) </body> </html>
Birincisi biz bilməliyik ki, HTML bizim indi öyrəndiyimizdir. İkincisi də bilməliyik ki, HTML proqramlaşdırma dili deyil, o, mətn sənədlərinin nişanlanması üçün nəzərdə tutulub (Yəni mətnin formatlaşması üçün). Sizin mətnin görünməsini nişanlar (tags və ya teqlər) təyin edir.
Teqə nümunə: <br> (mətnin yeni sətrə keçirilməsi, "Enter" kimi). Sənədimizdə "Xosh gelmisiniz"dən sonra bir neçə <br> teqi yazıb yaddaşa verin. Sonra brouzerdə baxın görək nə alınacaq.
Yəni < və > arasında yazılanların hamısı teqdir. < > işarələrinin arasında yazılmayanların hamısi brouzerdə görünəcək.
Bizim nümunədən görürük ki, teqlər çox və müxtəlifdir:). Şəklə fikir verin, o burada elə-belə deyil, o bizə əsas teqləri göstərir.
<html>
Bu teq sənədi açmalıdır. Əgər açılan teq varsa, onda onun bağlanan teqi də olmalıdır:
</html>
Beləliklə həmişə, susmaya görə bu belə olur. Bəzi teqlər (<br> teqi kimi) özündən sonra bağlanan teq tələb etmirlər.
HTML Dərsliyi - Əsas anlayışlarVacib teqlər. Nə üçün başlığa gövdə, gövdəyə başlıq lazımdır?
<html> <head> <title>Menim ilk addimim</title> </head> <body> Salam, bu menim ilk sehifemdir. <br> Xosh gelmisiniz :) </body> </html>
<head> </head> - Sənədin başlığı <body> </body> - Sənədin gövdəsi
<head> </head> arasında yerləşən teqlərin hamısı xidməti məlumatlardır. (Bizim xidmət həm qorxulu, həm də çətindir və ilk addımda elə bil ki, görünmür:). Məsələn, <title> - başlıq. O nə üçündür? Bizim sənədlə Internet Explorer-i açın və öz diqqətinizi bütün sətirlərdən yuxarıya yönəldin (pəncərənin başlığına)... Gördünüz? :)
Açılıb bağlanan <body> və </body> teqləri arasında yerləşənlərin hamısı sənədin tutumudur. Növbəti addımlar bu teqlərə həsr olunacaqlar: Biz fonun, mətnin rəngini dəyişməyi, mətni iri və xırda etməyi öyrənəcək, şəkillərdən, cədvəllərdən və s-dən danışacağıq:) Lakin hər şeydən əvvəl teqlər haqqında ümumi anlayışları sona çatdıraq.
<teq> </teq> - sadə teq deyil, bu konteyner teqdir, bunun daxilində digər teqlər və mətn də yerləşdirilə bilər.
Fikir verin:
<teq1><teq2><teq3> ... </teq3></teq2></teq1>
Bu cür teqlər ardıcıllığı düzgündür, birinci açılan teq sonuncu bağlanır, həmçinin də digərləri.
Yəni növbəti nümunə səhvdir, teqlərin düzgün yazılmaması sizin səhifənin səhv görünməsinə gətirib çıxarır:
<teq1><teq2><teq3> ... </teq3></teq1></teq2>
Odur ki, öz səhifənizi yaradarkən bir az diqqətli olun. |