Delphi proqramlaşdırma dili barədə qısa məlumat
Artıq 1993-cü ildə Microsoft firması I vizual proqramı istehlaka
buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MsDos
əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab
olaraq Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin I
versiyasını istehsal etdi və ardıcıl olaraq 1996-cı oldə Delphi 2,
1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5, və
2000-ci ildə Delphi 5.5 hazırlandı. Hal-hazırda da Delphi ən müasir
proqramlaşdırma dillərindən biridir.
Delphi 5.5-i yüklədikdə displeyin ekranında 4 pəncərə açılır. Onlar aşağıdakılardır:
1) Menu (şəkil №1). Bu pəncərəyə əsas pəncərə də deyirlər. İstifadı olunan komponentlər bu pəncərədə yerləşir.
Şəkil №1
2) Form Designer (şəkil №2). Bu pəncərə gələcək proqramın görünüşünü (dizaynını) göstərir.
Şəkil №2
3) Object Inspector (şəkil №3). Form üzərində
yerləşən hər bir elementin xarici görünüşü və baş verəcək hadisələrə
cavab bu pəncərədə müəyyən oluna bilər.
Şəkil №3
Code Editor (səkil №4). Bu
pəncərədə isə proqramın mətni yazılır. Code Editor və Form Designer
pəncərələri arasında böyük əlaqə var. Belə ki, Form Designer üzərində
edilən hər bir dəyişiklik Code Editor-da özünü büruzə verir və tərsinə.
Şəkil №4
Bütün proqramlaşdırma dilləri
kimi Delphi proqramlaşdırma dilinin də çox böyük imkanları vardır. Bu
imkanlardan ən əsaslılarından biri də Verilənlər Bazası ilə
əlaqədardır.
|