PHP dinamik dil sayılır yəni belə proqramlar məlumatların sorğu
şəkilində müəyyən bir serverə göndərilib və oradan sorğuya uyğun
cavabların alınması sistemi ilə işəyir. Bu sistemin işləməsi üçün bizə
baza məlumatlarına girə bilən serverlə bağlı proqramlar lazımdı.
Apache, MYSQL kimi. Mən Apache uyğun bilirəm.(daha ətraflı izah
olunacaq )
Bizə lazım olacaq ləvazimatlar (proqramlar).
PHP 5.1.2 www.php.net/downloads.php Apache 1.3.34 www.php.net/downloads.php
PHP 5.1.2 arxivini (*.rar arxivi) C:\php direktoriyasına
boşaldıqdan sonra C:\php\ php5ts.dll faylını C:\WINDOWS\system32
direktoriyasına köçürdürük (copy). C:\php qovluğunda php.ini-dist
faylını tapacaqsınız. Bu faylı C:\WINDOWS direktoriyasına köçürdür və
adını dəyişdiririk php.ini şəklinə. Php.ini bu faylı notepad vasitəsi ilə açırsınız və ctrl+f düymələrini birlikdə basaraq axtarışa globals, magic_quotes, (ayrı-ayrılıqda) yazın və aşağıdakı formada olmalısından əmin olun (yoxsa böyük ehtimal işləməyəcək). Bunun səbəbini irəlidə izah edəcəyəm.
registry_globals= on
magic_quotes_gpc= off
Sonra 2-ci əsas məsələ Apache 1.3.34 yükləməyə çalışaq.
İki dəfə üzərinə basın və next düyməsi ilə irəliləyin sonra Apache
License qəbul edin (I accept) işarə edin, next basıb irəliləyin və belə
bir ekran çıxdığında şəkildəki kimi doldur. ( localhost, Öz e-mailivi
yaz )
Yüklədikdən sonra C:\Program Files\Apache Group\Apache\conf\ httpd girib orada axtarış verib ctrl+f vasitəsi ilə LoadModule yazıb axtarışa ver və aşağıda yazdığım formada yazı tapsan
deməli doğru yoldasan. Mənim qırmızı ilə işarələdiyim yazını(LoadModule php5_module C:/php/php5apache.dll) eyni ilə yaz LoadModule-ların sonunda yaz. Səhvə yol vermə və aşağıdakı ilə eyni olmasını yoxla.
#
# Reconstruction of the complete module list from all available modules
2-ci addım. Yenə axtarış ver və bu dəfə AddModule axtar.Eynən yuxarıda izah elədiyim kimi AddModule-ların axırında AddModule mod_php5.c yaz. Yaddaşa ver, faylı bağla çıx.