Bu bölmümdə ən məşur rəsimlərlə işləmə proqramı olan Adobe Photoshop-u daha yaxından tanımaq, bu proqramda nələr edəbiləçəyimizə nəzər yetirək. Profeseanal bir rəsimlə işləmə proqramı olanAdobe Photoshop-un istlfadə dairəsinin çox qeniş olduğu bir həqiqətdi. Ançaq bizim buradakı bilik dairəmiz internet və Web olduğu üçün daha çox Web səhifələrdə istifadə rolu və Web-dəki təsirinə nəzərən Photoshop-u inçəliyək. Photoshop-un köhnə versiyaları da əlbədə ki, var ama biz burada 6.0 və 7.0 versiyalarını öyrənməyə çalışacıq. Photoshop 6.0 və 7.0-dakı yeniliklərə nəzər salaq: köhnə versiyalarına görə istifadəsində fərqli olmasıyla birlikdə bir cox üstün cəhətləridə var. Sadəçə bir baxışda, daha çox riyazi özəllik əlavəsi, köhnə efektlərin, "Layer Style"olaraq daha çox təkminləşməsi, hazır şablonların əlavəsi, Yazı aləti (Type Tool) nin imkanlarının; təkminləşməsi, 8000-dən artıq leyirə içazə verməsi, vektorial şəkillərin və maskaların (shapes) əlavə olunması, ən üstdə Ana Menyunun düz altında yer alan və istifadəsi daha asant işləməymizi təmin edən Tool Options Bar –Alət Seçənəklər Çubuğu-nun əlavə edilməsi də PhotoShop-un 6.0 və 7.0 versiyalarında gələn ən vacib yeniliklərdən biri sayılabilər. Photoshop-u istifadə edə bilmək üçün əvvəla “Tool box” deyilən “Alətlər qutusu” çox yaxşı bilmək lazımdı. Sıra liə; Alət çubuğunu tanımağa çalışaq, daha sonra PhotoShop-un əsas ünsürlərindən olan, Layer-ləri, Efekt-ləri, Filtir-ləri öyrənək.
Yeni səhifə acmaq
Baş menyudan File >> New yeni bir səhifə açaq. Bu zaman yeni bir pənçərə açılaçaq.
Bu pənçərəni biraz aydınlaşdıraq, Name bölmündə Leyrə (şəklə) bir ad verə bilərsiniz. Image Size Bölmündə, şəklin enini (Width), hundürlüyünü (Height) pixel novüylə necə olaçağını yaza bilərsiz. Bütün şəkillərlə işlənən proqramları kimi Photoshop da ölçü vahidı pixel olduğundan pixel qalmağı məsləhətdir. Resolution hissəsində şəklin pixels/inch olaraq (yanı bir inch necə pixel oldugunu) göstərir. Bu səyfədə Pohotoshop-la Web səyfələrimizdə istifadə edəçəyimiz şəkiləri düzəldəçəyimizi nəzərə alaraq manitoe körüntüsün də 72 pixel olduğundan Resolution hissəsində mütləq 72 pixels/inch olması lazımdır. Yanı manitor da 1 inc (2,54 cm)–lik bir sahədə 72 pixel körsənəcək. Mode hissəsi, manitoralar hansı rənkləri olan RGB Color olaraq saxlayaq. Contents Hisssəsində şəklin arxa fondun rəngini təyin edən hissəsidir. Şəklin hansı rənk üstündə olacaxdı? Bu bölmədəWhite, Background,Transparant olaraq 3 secim verilir. White: Seçilərsə arxa fondun rəngi Ağ olur, Background: Alət qutusunda (Background) arxadakı rənkdə olur. Transparant: seçdiqdə isə arxafon şəffav olur.
Böyürdə şəklini qördüyümüz alətlər qutusundakı rənk secənəyidir, Background (Arxadakı rənk) Qırmızı, Foreground (Üsdəki rənk ) Sarı dır. Şəkildəki qırmızı olan yerə hər hansı rənqi verib, "Contents" bölmündə, Background işarələsəq şəklin arxa fondu rənki həmən rənk olur. İstəsəniz, -düyməsi ilə (klaviaturada X dürməsi) rənklərin yerlərini dəyişdirmək olar, yada -düyməsinə basdıqda default nizamlamaq (Background Ağ, Foreground Qara) deyişdirmək olar (klavuaturada D düyməsi).
Transparet: Secilərsə, şəklin arxa fondun rənqi olmayaçaq, arxa fond dama kimi görünür (Şəffav olur). Transparent olan şəkilər, yerləşdirəndə web səyfələrində arxa fondun rəngi ( body bgcolor="#FFFFFF") ağ lojax.
Parametirləri təyin etdiqdən sonra ok düyməsini basın.