GirişPowerPoint 2000 təqdimatların - yə’ni şəkil və qrafiklərin göstərilməsi ilə müşayət edilən mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır. Təqdimat slaydlar ardıcıllığından ibarətdir. Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər, hərəkət effektləri vasitəstilə hərəkətə gətirilən şəkillər daxil edilə bilər. Hazır təqdimatlar dinləyicilərə çap edilmiş qrafik materiallar şəklində yaxud elektoron slayd-film kimi təqdim edilir. İnteraktiv təqdimatın göstərilməsi tamaşaçı tərəfindən də idarə oluna bilər.
PowerPoint 2002-ni işə salmaq üçün siçanın (maus) oxunu Start düyməsinin üzərinə gətirərək sol düyməni sıxın. Açılan menyudan Proqramlar (Programs) sətrini, alt menyudan isə Microsoft PowerPoint sətrini seçin və mausun sol düyməsini sıxın.
Microsoft şirkətinin yaratdığı başqa proqramlarda olduğu kimi PowerPoint -in pəncərəsinin yuxarı hissəsində siz proqramın adını görürüsünüz. Proqramın adından sonra adətən [] mörtərizə daxilində təqdimatın adı yazılır. Hal-hazırda pəncərədə heç bir açıq təqdimat olmadğından ad yazılmayıb (şəkil 1).
(şəkil 1)
Başlığın altında 9 bənddən ibarət olan menyu sətri yerləşir . Menyunun altında alətlər lövhələri yerləşir. Standart adlanan alətlər lövhəsinin köməyi ilə təqdimatın açılması və bağlanması, obyektlərin və slaydların əlavə edilməsi, obyektlərin surətinin çıxarılması və göstərilən yerdə yerləşdirilməsi kimi əməliyyatlar yerinə yetirilir. Bu lövhənin altında Formatlaşdırma lövhəsi yerləşir. Formatlaşdırma lövhəsinin düymələri ilə seçilmiş mətnin şrifti və istiqaməti dəyişdirilir, hərəkət effektləri tətbiq edilir. Pəncərənin aşağısında Rəsm lövhəsi yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.
Ekranda PowerPoint dialoq pəncərəsini görürüsünüz (şəkil 2). Bu pəncərədən təqdimatın yaradılma üsulu seçilir. Avtoməzmun Ustası strukturu əvvəlcədən tə’yin edilmiş təqdimat hazırlayır. Təqdimatın hazır Tərtibat şablonlarından (Slide Layout) istifadə edərək yaxud boş slaydlar üzərində (Blank Presentation) öz istəyinizlə şəkil və mətn yerləşdirməklə yarada bilərsiniz.
(şəkil 2)
Pəncərənin sol hissəsində mövcud təqdimatlardan birini seçib açmaq olar.
Avtoməzmun UstasıHər bir təqdimat üzərində mətn, şəkil və qrafik yerləşdirilmiş slaydlar ardıcıllığından ibarətdir. Avtoməzmun Ustasının köməkliyi ilə təqdimat yaradarkən PowerPoint proqramı özü lazım olan məlumatı istifadəçidən tələb edir.
Gəlin tərtib edəcəyimiz təqdimatın strukturunu yaradaq.
PowerPoint-in dialoq pəncərəsində File menyusundan ne pəncərədini sıxdıqdan sonra Sağ tərəfdəki hissədən Ne bölməsindən düyməsini sıxın (şəkil 3).
(şəkil 3)
Açılan birinci səhifədə İrəli (Next >) düyməsini sıxın.
Avtoməzmun Ustası kifayət qədər təqdimat maketi təklif edir. Buradakı siyahıdan aşağıdakı mövzularda təqdimatlar seçmək olar.
Ümumi məsələlər üzrə mühazirələr (General)
Xidməti məsələlər üzrə mühazirələr (Corporate)
Layihələr (Projects)
Ticarət hesabatları (Sales / Marketing)
Karneqi sayağı məsləhətlər. (Carnegie Coach)
Təklif olunan təqdimatların hamısının siyahısını Hamısı (All) düməsini sıxmaqla görmək olar (şəkil 4). Bu siyahıdan istədiyiniz maketi seçin.
(şəkil 4)
Misal üçün, Layihələr (Projects) bölməsindən Project Post-Mortem-i seçin. İrəli (Next) düyməsini sıxın.
Açılan növbəti pəncərədə təqdimatın üslubunu seçin (şəkil 5).
Burada 5 variant var:
- ekranda təqdimat (On-screen presentation)
- İnternetdə təqdimat (Web-presentation)
- ağ-qara təqdimat (Black and white overheads)
- rəngli təqdimat (Color overheads)
- 35 mm slaydlar (35 mm slides)
(şəkil 5)
Ekranda təqdimat (On-screen presentation) sətrini seçib, İrəli (Next) düyməsini sıxın.
Təqdimatın parametrləri pəncərəsində Təqdimatın başlığı (Presentation Title) sahəsində Satış planı mətnini yazın (şəkil 6).
Aşağı kolontitul (Footer) sahəsində Perspektiv mətnini yazın . Bu mətn hər slaydın aşağısında yazılacaq. Son Dəyişmə Tarixi (Data Last Update) və Slaydın Sayı (Slide Number) sətirlərinin nişanlarını dəyişməyin ki, təqdimatın hər bir slaydında tarix və slaydın sayı yazılsın.
(şəkil 6)
İrəli (Next) düyməsini sıxın. Sonuncu pəncərədə Son (Finish) düyməsini sıxın. Nəticədə ekranda strukturu göstərilən yeni təqdimat görünəcək (şəkil 7).
(şəkil 7)
Avtoməzmun Ustası tərəfindən yaradılmış struktur əsasında öz mühazirənizi qura bilərsiniz. Bunun üçün sadəcə olaraq başlıqları dəyişib, təqdimatın sahələrini dəqiq informasiya ilə əvəz etmək lazımdır. Yeri gəldikdə yeni şəkil və diaqramlar da əlavə etmək olar.
Pəncərəni bağlayın.
Onu "ilkproekt. ppt" adı altında yadda saxlayın.
|