GirişMicrosoft word -2000 hər şeydən əvvəl məktubların, daxili sənədləşmənin və hesabatların yaradılması üçün istifadə edilən mətn proqramıdır. Proqramın geniş imkanları avtomatik generasiya olunan sənədlərin, həmçinin broşura və kitabların yaradılmasına imkan verir. Proqramın işə qoşulması üçün tapşırıq sətrində başlanğıc (start) düyməsini basın. Beləliklə də, əsas menyu açılacaq. İndi isə mausun göstəricisini programs-a yaxınlaşdırın və daha sonra microsoft word sətrində mausun sol düyməsini basın. Beləliklə, ekranda yeni boş sənəddən ibarət olan microsoft word-2000 redaktorunun pəncərəsi yaranacaq.
Word -2000-in ekranı.Qarşınızda Word redaktorunun pəncərəsidir. Word redaktə sahəsindən, sənədin başlıq sətrindən, menyu sətrindən, sürüşdürmə zolaqlarından, alətlər lövhəsi və vəziyyət sətrindən ibarətdir. Pəncərənin yuxarısında yerləşən başlıq sətri bütün Windows pəncərələrində olduğu kimi redaktə olunan faylın adından, pəncərənin adı sahəsindən, həmçinin pəncərəni idarə edən 3 düymədən ibarətdir. Başlıq sətrindən sonra menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər hansı 1 menyu bölməsinin seçilməsi mausun göstəricisinin müvafiq bölməyə yaxınlaşdırılması və mausun sol düyməsinin basılması ilə həyyata keçirilir. Word standart menyudan başqa kontekst-asılı dinamik menyu da təqdim edir. Belə ki, kontekst menyu mausun sağ klavişini basmaqla çağırılır. Menyu sətrindən aşağıda bir neçə alətlər lövhəsi yerləşir. Adətən onlardan 2-si Standart "Standard"və Formatlaşdırma "Formatting" alətlər paneli daima ekranda mövcud olur. Pəncərənin əsas sahəsini bir qayda olaraq redaktə ediləcək sənədi göstərən işçi sahəsi tutur. Ekranın aşağıdakı sətri proqramın vəziyyət sətri adlanır. Onun üzərində Wordün mətn haqqında məlumatı görsənir.
|