Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857
-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə
qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş
şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8
martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının
genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın
günü olaraq qeyd olunması qərarlaşdırıldı. 1975-ci
il, dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il,
Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin ilin beynəlxalq
qadın ili elan edilməsindən sonra BMT, 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8
Mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının
genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi
səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bir çox inkişaf etmiş
ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , ölkəmizdə və
inkişaf etməkdə olan digər ölkələrdə qadın hüquqlarına münasibət
istənilən səviyyədə deyil. Heç olmasa ildə bir dəfə 8 mart münasibəti
ilə qadın hüquqlarının ölkəmizdə xatırlanması bizim üçün əhəmiyyət
daşıyır. Bütün dünya səviyyəsində də qadına göstərilən qayğı, yetəri
qədər deyil. Dünyadaki ən yoxsul insanların böyük bir qismi
qadınlardır. Hər hansı bir təhsil almamış insanların da böyük
əksəriyyətini qadınlar təşkil edir. Bu gün ölkəmizdəki qadınlar, qarşı
cinsə nisbətdə 25-50 faiz arasında daha az maaşla çalışmaqdadırlar. Bu
günün Beynəlxalq Qadınlar Günü olmasına səbəb olan hadisələri tarixi
ardıcıllıqla veririk:
***
1857-ci il Nyu-York: Qadınlar, 12
saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş
keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi
dağıtdı. 1908-ci il Nyu-York: 15000
qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ
üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi
istəyən qadınların şüarı " Çörək və Gül ” idi. Çörək həyat eşqini,
qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi. 1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi. 1910-cu
il: Clara Zetkin adlı bir alman sosialist qadın, Qadın Sosialist
İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu
təklifi qəbul edildi. 1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi. 1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı ” çörək və sülh ” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tə`til, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı. 1977-ci il: Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.
|