Ağ çörək və eyni zamanda undan hazırlanmış digər məmulatların hər
birinin tərkibində yüksək faizli qlikogen (qaraciyər və əzələlərdəki
qanda şəkərdən əmələ gələn nişasta) indeksinin vardır. Bu da o deməkdir
ki, bu maddə insan orqanizminə daxil olduqdan sonra qanın tərkibindəki
şəkərin miqdarını sürətlə artırır. Lakin dilmizdə istifadə etdiyimiz
qara çörək bu baxımdan daha faydalı hesab olunur. Təl – Əviv Tibb
Universitetinin alimləri (Tel Aviv University’s Sackler School of Medicine)
ağ çörəyin daha bir zərərini aydınlaşdırıblar. Nəticədə məlum olub ki,
arteriyal damarların və eyni zamanda orqanizmdəki bir çox damarların öz
fəaliyyətini yerinə yetirməsində təhlükə yaradır. Həmçinin qanın
sirkulyasiyasını pozur. Bunlarla yanaşı bu fəaliyyətin daima izlənməsi
zamanı, müəyyən müddət keçdikdən sonra insanda ürək və damar
xəstəliklərinin də əmələ gəlməsinə təsir göstərir.