Bu əmanətlər, bütün səmavi dinlərdə qorunması lazım olan universal dəyərlərdir ki, aşağıdakılardır:
1 Dini qorumaq 2 Canı qorumaq 3 Nəsli qorumaq 4 Ağlı qorumaq 5 Malı qorumaq
Allahın insana verdiyi beş müqəddəs əmanət nədir?
Dinin, canın, ağılın, nəsilin və malın qorunması mötəbər məsləhətlərdəndir. Bunlar üç mərtəbəyə ayrılar:
1 Zəruriyyət: İnsanların dini və
dünyəvi həyatlarının özünə bağlı olduğu məsləhətlərdir. Zəruriyyət,
məsləhətlərin ən qüvvətli mərtəbəsidir. Bunlar, təmin edilmədiyi
təqdirdə cəmiyyətdə pozğunluq və dağılmalar başlaya bilər. İslam dini,
bu məsləhətlərin qorunmasına əhəmiyyət vermişdir.
Dinin, canın, ağılın, nəsilin və malın qorunması, bunların itməsinə
gətirib çıxaracaq şeylərin aradan qaldırılması zəruridir. Bu məqsədlə
dinin qorunması üçün cihad əmr edilmiş, canın qorunması üçün adam
öldürmək və intihar etmək, ağılın qorunması üçün narkotik və spirt
istifadə etmək, nəsilin qorunması üçün zina və iffətə böhtan atmaq,
malın qorunması üçün oğurluq və fırıldaqçılıq etmək haram buyurulmuşdur.
2 Haciyyət: Dinin, canın, ağlın,
nəsilin və malın qorunması üçün tədbir görülməsi, çətinliyin aradan
qaldırılması və rahatlğın təmin edilməsi ilə əlaqədar insanların möhtac
olduğu məsləhətlərdir. Bu məsləhətlər görülməyəndə çətinliyə və ya
zəruri məsləhətlərin qorunması təhlükəyə düşər.
Allahın insana verdiyi beş müqəddəs əmanət nədir?
3 Təhsiniyyat (kəmaliyyat): Bunlar;
məsləhətlərin əslini reallaşdırmadığı kimi, onlar üçün tədbir
mahiyyətində də deyil; ancaq dinin, canın, ağlın, nəsilin və malın
qorunması məqsədilə istiqamətli məsləhətlərdir. Məsələn, gözəl geyinmək
və əxlaqi qaydalara uyğun gəlmək, bu cür məsləhətlərdir.
Zəruriyyət birinci, haciyyət ikinci, təhsiniyyət isə üçüncü mərtəbəni
təşkil edər. Bunlar bir-birləriylə ziddiyyət təşkil etsə, mərtəbə
sırasına görə, əvvəl gələn sonrakına keçər.