Atilla (406-453) – dünyanın ən məşhur sərkərdələrindən biri.
«Avropanın imperatoru» titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır.
Atası Muncuk Xandır. Əmisi Roa, onu atası öldükdən sonra bozqırda tək
başına yaşamaya çalışırkən tapdı ve yanına aldı. B.E.nın 434-ci ilində
taxta çıxan Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri
nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı
olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat
tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.
Avrupa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin
sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu
ilə Qərbi ve Şərqi Roma (bax Bizans) imperiyalarını tez tez istila edən
Atilla, Orta əsr salnamələlərində qəddarlığı ilə xatırlanır. Bu səbəblə
də Avropa dillərində "Tanrı nın kırbacı,cezası" (İngilizce: Scourge of
God, İtalyanca: Flagello di Dio, Fransızca: Fléau de Dieu, Latınca,
Flagellum Dei) olaraq anılır. Amma Macar və Türk kültüründə sayqıyla
anılır.
Mündəricat: 1. Hakimiyyətə gəlməsi 2. Hun ordusu 3. Ordunun etnik tərkibi 4. Atillanın hakimiyyəti 5. İstanbula doğru 6. Sui-qəsd cəhdi 7. Katalaun döyüşü 8. Atillanın ölümü 9. Atillanı heç kəs məğlub etməyib 10. Mənbə 11. Həmçinin bax
Hakimiyyətə gəlməsi:
Hun İmperatorluğu:
Avropada hunları Atilladan əvvəl də yaxşı tanıyırdılar. 374-cü ildə
hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli
torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci
ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində
hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının
sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan keçərək
Anadoluda Roma ordusunu məğlub etmişdilər. 409-cu ildə Balamirin oğlu
Ulduz xan Bizans üzərinə hücum etdi. Hunların təzyiqinə dözməyən Bizans
imperatoru elçi göndərib barışıq təklif etdi.
Buna qarşılıq German (Alman)əfsanələrində Attila, çox böyük və
iyiliksevər bir hökmdardır. Atillanın sarayında birçox German hökmdarı
yaşayırdı. Nibelungen Dastanı, Hun-German mücadilələrindən meydana
gəlir. Bu hekayələrdə Atilla,Etzel adında böyük avtoritetə sahip,
barışsevər və yalnız asilərə qarşı qılınc kuşanan asil ruhlu bir
hökümdardır. Avropa Hun İmperiyasının paytaxtı olan Etzelburg adının
buradan gəldiyi bilinməkdədir.Aetus ile yaptığı katalon meydan
savaşında roma ordusu dağılmış Qərbi Got kralı Theodeirch
ölmüşdür.Atilla ordusunu dinləndirərək qaçan Aetusu təqib etmədi.
Qərbi Roma İmperiyasına səfər edərkən Papanın araya girməsi ilə (Papa
Atillanın önündə diz çöküb əhv diləmişdir). Atilla Romanı fəth etmədi
və vergiyə bağladı. Atilla 453-cü ilin son arvadı tərəfindən gərdək
gecəsi öldürüldü.
Mezarının nerede olduğu bilinmemektedir. Cənazəsinə qatılanlar, məzarın
yerinin bilinməməsi üçün öldürülmüştür. Amma tarixçilər arasında Tuna
çayının yatağının bir sürəliğinə dəyişdirildiyinə və xazinələri ilə
birlikdə Atillanın çayın altına dəfn edildiyinə, daha sonra da çay
yatağının əski halına gətirildiyinə dair yaygın bir inanış vardır.
Çayın aşırı uzunluğundan ve bir çok ülkeden geçtiği için bürokratik
sorunlar çıkacağından kazı çalışması yapılamamaktadır.
Günümüzdə, Atilla bəziləri üçün qəhraman (xüsusilə Türk ve Macar
mədəniyyətində), bəziləri üçün isə barbarların atası (Avropa
mədəniyyətində) olaraq alınır. Fəqət Atilla barbar deyildi çünkü
Avropaya Asiya uygarlığının önəmli öğələrini və özəlliklərini Hunlar
gətirmişdir.
Hun ordusu:
Qədim xristian tarixçisi Ammian Marsellin hunları belə təsvir edir:
«Onlar öz arabalarında cəlayi-vətən adamlar kimi köç edirlər. Bu
arabalar onların evidir. Orada arvadları oturur. Onlar paltar tikir və
uşaqları saxlayırlar.. Hunlar özlərinin yöndəmsiz, amma dözümlü
atlarına elə bil bitiblər. Atdan düşmədən öz işlərini görürlər:
alırlar, satırlar, ictimai yığıncaqlarda da atdan düşmürlər. Onlar
cəlddirlər, atları isə çox sürətlidir. Döyüş vaxtı paz şəklində düzülüb
hayqıraraq düşmənin üzərinə atılırlar. Ammian Marsellin yazır ki,
hunlar kəmənddən silah kimi çox məharətlə istifadə ediblər. Qılıncları
düz, hər iki tərəfi kəsici olub. Uzunluğu bir metrdən artıq olurmuş.
Asimmetrik kamandan istifadə ediblər. Bu kamanların üst hissəsi alt
hissədən uzun imiş. Bu cür quruluş kamanı daha elastik və at belində
çaparkən atmaq üçün daha ələyatımlı edərdi.
Ordunun etnik tərkibi:
Atillanın ordusunun özəyini İtil çayı (Volqa), Aral və Qara dəniz
sahillərində, Qafqazda yaşayan türklər təşkil edirdi. Bunlar oğuz, altı
oğuz, şara və bir sıra sair tayfalar idi. Qoşunda fin-uqor tayfaları -
çeremis, erzə, mokşa, çudlar, estlar; qerman tayfaları - qotlar,
venedlər də vardı. Bundan başqa fars və slavyanlardan da hun ordusunun
tərkibində vuruşanlar az deyildi.
Atillanın hakimiyyəti:
434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə,
İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu,
enli kürəkli, qara saçlı olduğunu yazır. İti və nüfuzedici baxışları
qarşısında tab gətirmək hər adamın işi deyilmiş. Güclü natiqlik
qabiliyyətinə malik olub. Atillanın nitqi ürəklərdə həyat eşgi
alovlandırar, ordunun döyüş məharətini artırarmış. O, xüsusən
riyakarlara və fırıldaqçılara qarşı çox amansız olub. Bununla yanaşı,
öz silahdaşlarına, döyüşçülərinə, xalqına himayədarlıq və kömək edərdi.
Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.
İstanbula doğru:
Atillanın xaqanlığı dövründə də Bizans hunlarla hesablaşır və onlara
xərac verirdi. Amma hunların getdikcə güclənməsi onları çox narahat
edirdi. Ona görə sülh şərtlərini tez-tez pozur, xəracı gecikdirirdilər.
Bu, Atillanın qoşun hazırlayıb onların üzərinə hücum etməsinə səbəb
oldu. 447-ci ildə Atilla Balkan səfərinə çıxdı. Yol boyu bütün
şəhərləri zəbt edən böyük sərkərdə, nəhayət, gəlib İstanbula çatır.
Bizans imperatoru tələsik onun yanına elçilər göndərərək xahiş edir ki,
şəhərə girməsin: sülh şərtlərini qəbul edir və söz verir ki, onlara
ciddi şəkildə əməl edəcək. Cəza olaraq yeni şərtlər əlavə olunur. Onlar
bir qədər də ağır idi. Anatolios müqaviləsi adlanan bu sazişdə
aşağıdakı şərtlər olub: 1. Bizans hərbi təzminat olaraq 6000 librə
qızıl ödəyəcək. 2. Bizans Dunayın cənubunda, Dunaya beş günlük məsafədə
qoşun saxlamayacaq. 3. İki ölkə arasında ortaq bazar artıq türk şəhəri
olmuş Nişdə yerləşəcək. 4. Bizans ödədiyi vergini üç qat artıracaq.
Yəni 2100 librə (150 000 solidum) qızıl ödəyəcək. 5. Bizans əvvəlki
sazişdəki şərtlərə, yəni qaçaqları himayə etməmək, hun hakimiyyətindəki
tayfalarla görüşməmək şərtlərinə tam olaraq əməl edəcək.
Sui-qəsd cəhdi:
Sülh şərtləri qəbul edilsə də, Bizans üçün bunlar çox ağır idi. Amma
başqa yolları da yox idi. Bizans Atilla ordusunun hərbi gücü qarşısında
duruş gətirə bilməzdi. Ona görə sui-qəsd hazırlanmasına qərar verdilər.
448-ci ildə İstanbuldan ölkəsinə dönən hun elçilik heyətinə Bizans
heyəti də qatılmışdı. Hun heyətinin başında Edikun dururdu. Bizans
heyətindən olan Priskosun qeydlərindən görünür ki, buraya Maksiminos,
Priskos və Biqila daxil imiş. Sui-qəsdi Biqila həyata keçirməli imiş.
Bunun üçün ona bir sandıq qızıl verilibmiş. Deyilənə görə, onun bu
niyyətindən heyətdəki digər şəxslərin xəbəri olmayıb. Edikun ondan
duyuq düşüb, amma Atillanın Macarıstandakı iqamətgahına gələnə kimi heç
nə sezdirməyib. Bura çatanda isə Atillanı olaydan xəbərdar edib. Atilla
Biqilanı sorğu-suala çəkib məsələni öyrənəndən sonra Teodosiosa bu
məzmunda bir məktub göndərib: «Teodosios da Atilla kimi bir atanın
oğludur. Atilla atası Munçuqdan aldığı əsilliyi qoruyub. Amma Teodosios
Atillaya xərac verən bir kölə vəziyyətinə düşüb. Teodosios əsilliyini
qoruya bilmədiyi kimi, köləlik heysiyyatını da qoruya bilməyib. Çünki
əsl əfəndisi Atillanın canına qıymaq istəyib».
Katalaun döyüşü
Atilla bu xəyanətin müqabilində Romanı cəzalandırmalı idi. Amma
bəhanəsi yox idi. O, iki ilə yaxın hazırlaşmalı oldu. Hazırlıq
bitər-bitməz bəhanə də tapıldı. Bir neçə il əvvəl Roma imperatoru 2-ci
Valentinianusun bacısı Honoriya ərə getmək niyyəti ilə Atillaya bir
nişan üzüyü göndərmişdi. Bu qız Avqusta adı daşıyırdı, yəni imperator
hüququna sahib idi. O, Atillaya ərə getsə, Romada bir nömrəli söz
sahibi olacaqdı. Atilla bu nişan üzüyünü xatırladı və nota göndərərək
Honoriyanı arvad olaraq qəbul etdiyini bildirdi. Bundan əlavə, cehiz
olaraq imperiyanın ona düşən yarısını istədi. Rədd cavabı verdilər. Bu,
müharibə üçün yetərincə tutarlı səbəb idi. Bu zaman Atillanın ordusunda
100 min türk və yüz minə yaxın digər türk tayfalardan döyüşçü olub.
Roma imperatoru tələsik bütün xristian dünyasından qoşun yığmağa
başlayıb. «Məsihin və Romanın yolunda ölməyə hazır olan» 200 mindən
artıq döyüşçü toplanılıb. Nəhayət, Katalaun düzənliyində iki nəhəng
ordu üz-üzə dayanıb. Atillaya qarşı Roma imperatoru Aesius çıxıb. Güclü
və cəsarətli sərkərdə iki dəfə hunların içində olmuşdu. Bir dəfə əsir
kimi, bir dəfə isə sürgündə. Türk və qerman dillərində sərbəst danışan
Aesius legionçuların rəğbətini qazanmışdı. Atilla və Aesius uşaqlıq
dostu olsa da, Katalaun düzənliyində düşmən kimi üz-üzə gəldilər. Burda
iki nəhəng ordu ölüb-dirim uğrunda mübarizəyə başladı. Tarixdə o vaxta
kimi bu qədər döyüşçü bir yerə toplaşmamışdı. Dəhşətli qırğın iki gün
davam edib. Roma ordusunun təzyiqinə hunların müttəfiqləri yox, türklər
özləri müqavimət göstərə bilib. Döyüşün ikinci günü Roma legionçuları
geri çəkilib. Atilla qısa hazırlıqdan sonra ordunun gücünü bərpa edərək
452-ci ildə Romaya yönəldi. İmperiya təşviş içində idi. Atilla Romanın
qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına
nümayəndə heyəti göndərildi. Atilla bu heyəti öz qərargahında qəbul
etdi. «Səni salamlayıram, Allahın bəlası!» deyərək Papa Atilladan
Romanı bağışlamasını xahiş edirdi. Onun bütün şərtləri qəbul edilirdi,
təki qoşun şəhərə girməsin. Atilla İstanbula girmədiyi kimi, Romaya da
girmədi. Orada dünya arxitektursının nadir inciləri, qədim dövrlərə aid
saysız-hesabsız qiymətli əlyazmalar, kitablar vardı. Bunların məhvi
dünya mədəniyyətinə böyük zərbə olardı. İsgəndəriyyə kitabxanasının
yandırılmasına səbəb Makedoniyalı İsgəndər və Sezardan fərqli olaraq,
Atilla tarixi irsin gələcək nəsillər üçün qalmasını istəyirdı. Nəhayət,
Roma papası 1-ci Lev Atillanın onun qarşısında əyilib başına tac qoydu
və onu Avropanın imperatoru elan elədi.. Bunu Napoleon da düşünürdü və
o da Atilla kimi papanı hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu.
Atillanın ölümü
Atilla bütün qərbi öz əlinə alandan sonra indi də şərqə – İrana hücum
eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə
evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan
açılıb) vəfat etdi. Bunun sui-qəsd olduğu düşünülür. Amma belə bir
versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur.
Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü.
Atillanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn
edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi
gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa
çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir
məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən
keçirilib. Atillanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər.
Atillanı heç kəs məğlub etməyib
Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə 84 oğlu
vardı. Qızlarının sayını bilən yox idi. 453-də – Atilla öləndən sonra
oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində çoxlu
oğlan vardı. Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub
etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən
sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub
yox idi.