Azərbaycan bayrağını təhqir edən türk polisi cəzalandırıldı
[
]
2009-10-24, 7:56 PM
Oktyabrın 14-də Türkiyə-Ermənistan matçında Bursada Azərbaycan
bayraqlarının zibil qutularına atılması ilə bağlı başlayan istintaq
nəticə verib. Bu barədə Bursa valisi Şahabettin Harput məlumat verib.
Vali keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə-Ermənistan
futbol matçının keçirildiyi stadionun giriş dəhlizində nəzarət və
axtarışlar zamanı bəzi Azərbaycan bayraqlarının xoş olmayan görüntüləri
qeydə alınıb. Faktla bağlı 1 polis rəisi və 2 sıravi polis barəsində
intizam istintaqı başladılıb. Ş. Harputun verdiyi məlumata görə, bir
polis məmuru işdən uzaqlaşdırılıb, digər iki polis isə ciddi töhmət
alıb. Vali bildirib ki, bu barədə xəbər verən 10 beynəlxalq, 3
yerli televiziyada efirə verilən görüntülər, eyni zamanda yerli
mətbuatda çıxan şəkil və xəbərlərin hamısı araşdırılıb. Ş. Harputun
sözlərinə görə, bu görüntülər polislərin özləri tərəfindən lentə
alınıb.
Hazırda materiallar Türkiyə Respublika Prokurorluğuna göndərilib, faktı Respublika Prokurorluğu araşdırır.
Xatırladaq ki, FİFA Türkiyə-Ermənistan matçına Azərbaycan bayrqlarının
gətirilməsinə qadağan qoymuşdu. Bu səbəbdən azarkeşlərin əlindən
Azərbaycan bayraqları yığılmışdı. Matç bitdikdən sonra isə bir sıra
televiziyalar Azərbaycan bayraqlarının zibit qutularına atılması ilə
bağlı görüntüləri nümayiş etdirmişdilər.