Milli komandamızın 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə
mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Yığmamız yenə ən
zəiflərin yer aldığı sonuncu səbətdə qərarlaşıb. Burada yığmamızdan
başqa daha 5 komanda var: Lüksemburq, Malta, Farer adaları, Andorra,
San Marino.
Seçmə mərhələnin oyunları 9 qrupda keçiriləcək. Qrupların altısında 6, üçündə isə 5 komanda mübarizə aparacaq.
Seçmə mərhələnin püşkatma mərasimi gələn il fevralın 7-də Polşa paytaxtı Varşavada keçiriləcək.
1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya
2-ci səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya
3-cü səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Herseqovina
4-cü səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr