Bir gün Peyğəmbərimiz oturarkən yanına bir adam gəlir, gözlərinin içinə baxaraq: "Nə qədər çirkinsən." deyir. Peyğəmbərimiz: "Bir az həddini aşdın amma doğrudur" - deyər. Bir gün yenə bir adam gəlir: "Nə qədər gözəlsən ya Rəsulullah" - deyər. Peyğəmbərimiz doğrudur deyər. Yoldaşları soruşar: "Peyğəmberimiz, bu işin əsli nədir gözəlsən deyənə də, çirkinsən deyənə də doğru deyirsən?" Peyğəmbərimiz: "Adam nə görmək istədisə onu görər. Biz bir-birimizin aynasıyıq, adam mənə baxaraq özünü gördü." - deyə cavab vermişdir.