Ev
10 ballıq zəlzələyə, atom bombasına, 10 günlük yanğına dözür, sel
altında 3 həftə qala bilir. Nüvə müharibəsindən iqlim dəyişikliyinə
qədər hər cür fəlakətə dözəcək şəkildə hazırlanan bina, təbii
fəlakətlər zamanı sahiblərini qoruyacaq.
ABŞın Kaliforniya ştatında yerləşən Barstov şəhərində yeraltında tikilən və min nəfərlik tutumu olan "Terro Vivos" adlı binada uzun müddət yaşamaq üçün hər cür ehtiyac nəzərdə tutulub.
Fəlakətə
davamlı bina, 16 kilometr yaxınlıqda baş verəcək 50 meqatonluk nüvə
partlayışına, saatda 730 kilometr sürətli əsən küləyə, 10 gün ərzində
675 dərəcə istiliyə çatacaq yanğınlara davam gətirir, sel altında üç
həftə tam təhlükəsiz şəraitdə qala bilir. Ev 10 ballıq zəlzələdən də
zərər çəkmir.Binada yüzlərlə insana bir il ərzində çatacaq yemək və
paltar ehtiyatı var. Qısa zaman ərzində binaya bioloji, kimyəvi və nüvə
hücumlarına qarşı hava filtr sistemi əlavə olunacaq. Bu evdə yerə sahib
olmaq istəyən hər bir şəxs isə 50 min dollarından keçməlidir.