
Fevralın
21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu gün
1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO
tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib. Bu tarixin qeyd
edilməsinin tarixi isə 1952-ci il 21, 22 fevral tarixində baş vermiş
hadisə ilə bağlıdır. O dövrdə Pakistanda benqal dilinin qadağan
edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin
müdaxiləsi nəticəsində 3 nəfər ölüb. Banqladeş nümayəndələri fevralın
21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili
günü adlandırılması haqqında müraciət ediblər.
Qeyd edək ki,
2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
2004-cü il yanvarın 12-də isə prezident İlham Əliyev "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” haqqında sərəncam verib.
STATİSTİKA
-Hazırda dünyada mövcud olan 6700 dilin yalnız beş faizindən fəal istifadə edilir və yaxşı sənədləşdirilib.
-ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society)
məlumatına görə dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə
də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.
-Hazırda
mövcud olan dillərdən 28 faizində cəmi 1000 nəfərə qədər adam danışır.
Bu da o deməkdir ki, həmin 28 faiz son dərəcə təhlükə altındadır.
-Əfqanıstandakı tirahi dilində cəmi 100 adam danışa bilir.
Ermənistandakı lomavren dilində danışanların sayı isə cəmi 50 nəfərdir.
-Hazırda məhv olmaq təhlükəsi altında olan dillərin əsasən Yeni Qvineya, Qafqaz və Sibir zonalarında olduğunu deyirlər.
|