Bir gün peyğəmbər əmisi Hz. Abbasdan soruşur: "Ey Abbas! Ey əmim! Mən sənə bir hədiyyə verim? Sənə qohumluq borcumu ödəmiş olacam, sənə faydalı olum? Hz. Abbas: "Bəli ya Rəsulallah!' dedi. Peyğəmbərimiz:
"Mən sənə on şeydən xəbər verim, onları etdiyin zaman Allah sənin
günahını, əvvəlini və axırını, yenisini və köhnəsini, kiçiyini və
böyüyünü, gizli olanı və açıqda olanı bağışlasın!" dedi və sözünə davam
etdi: "Ey əmi! O on şey bunlardır: Dörd rükat namaz qıl. Hər
rükatda Fətihə surəsi ilə bir surə oxu. İlk rükatın qiraəti bitdikdə
ayaqda olduğun zaman 15 dəfə Subhənallahi vəlhamdulillahi və lə ilahə
illəllahu vallahu əkbər de. Rükuya getdikdə yenə bu sözləri 10 dəfə de.
Sonra rükudan qalxıb düz durduqda bu sözləri yenə 10 dəfə təkrarla.
Sonra səcdəyə get və on dəfədə səcdədə bu sözləri təkrarla. Səcdədən
başını qaldırdıqda yenə bu sözü 10 dəfə təkrarla. Təkrar səcdəyə get və
yenə 10 dəfə bu sözü təkrarla. Səcdədən durduqda yenə eyni şeyi et. Bu
hər rükatda 75 edir. Bunu rükatların hamısında yerinə yetir. 4 rükatda
bu 300 edər. Bundan sonra sənin günahların səhranın qumları qədərdə
olsa Allah səni bağışlayar! Bunu hər gün bir dəfə edə bilərsənsə et! Hz. Abbas: "Ya RəsulAllah! Bunu hər gün deməyə kimin gücü çatar?!" dedi. Peyğəmbərimiz Aleyhissələm: "Hər gün etməyə gücün çatmazsa, hər Cümə bir dəfə et! Hər Cümə etməyə gücün çatmazsa, hər ay bir dəfə et! Hər ay etməyə gücün çatmazsa, hər il bir dəfə et! Hər il etməyə gücün çatmazsa ömründə bir dəfə də olsun et!" buyurdu.