Bir gün Camal məktəbdən evə qayıtmışdı. O, çox ac idi. Anasını görcək, dedi:
- Salam,anacan!
- Salam,oğlum,-deyə;anası cavab verdi.
- Məktəbdə,işlər,necədir?
- Hər şey qaydasındadır, - deyə Camal cavab verdi. - Acmışam, yeməyə bir şey varmı?
- Süfrə arxasına əyləş,oğlum!
Elə bu vaxt telefon zəng çaldı.Camalın anası dəstəyi götürüb,söhbət eləməyə başladı.
Bu zaman mətbəxə Camalın böyük qardaşı-Məhəmməd daxil oldu.«Yemək yeyəcəyəm», - deyə Məhəmməd,bildirdi.
Camal: «Mənimçün də bir şey hazırlayarsan?», - deyə qardaşına müraciət elədi.
- Yaxşı.Nə istəyirsən?Özüm südlə yağ-çörək yeyəcəyəm.
- Mən də istəyirəm,-deyə Camal dilləndi.«Mürəbbə-çörək də istəyirəm».
Məhəmməd süd, yağ və çörəyi çıxarıb masanın üzərinə düzdü. Dolabı
yoxladı, amma mürəbbəni tapa bilmədi. Bu an bacıları Fatimə içəri daxil
oldu.«Mən də bir şey yeyərdim», - deyib, Fatimə süfrəyə əyləşdi.
Məhəmməd dedi: «Biz südlə yağ-çörək yeməyə hazırlaşırıq». «Mürəbbəylə», - deyə Camal əlavə elədi.
«Mən mürəbbə tapmadım axı!»,-deyə Məhəmməd başını buladı.
«Mürəbbə istəyirəm!»,-deyə Camal israr elədi.
Fatimə dedi:«Mənə südlə yağ-çörək də yetər».
Məhəmməd boşqaba 3 tikə çörək qoydu, üzərlərinə yaxma çəkdi, 3 stəkanı
süd ilə doldurdu və hamısını yemək masasının üzərinə qoyub, özü də
əyləşdi. Fatimə ilə birlikdə «Bismillah» deyib, yeməyə başladılar.
Camal yemirdi. O, inadla mürəbbə istəyirdi. Bu vaxt anaları telefonla
söhbətini bitirib, süfrəyə yaxınlaşdı və dedi: «Əziz balalar,
yeməyinizi yedinizmi, haydı dərs başına!».
Məhəmmədlə Fatimə yeməyi bitirib getdilər. Camal yeməyə hələ də
başlamamışdı. O, boşqabına baxıb, üzünü turşudurdu. «Mürəbbə
istəyirəm!», - deyə növbəti dəfə təkrar elədi.
Anası oğluna baxıb gülümsədi və: «Mürəbbə yoxumuzdur», - dedi. «Bilirəm ki, mürəbbə xoşlayırsan, ancaq indi evdə yoxumuzdur».
Camal dilləndi:«Mən bilirəm, mürəbbə haradadır».
«Onu deyirsən?», - deyə ana səsləndi. «O mürəbbəni hədiyyə olaraq, nənən üçün saxlamışıq. Bu axırıncı banka onun üçündür».
O, nəvazişlə oğlunun başını sığalladı: «Nə var, onu ye, oğul».
Camal olan yeməyi yemək istəmirdi. O, mürəbbə istəyirdi, mürəbbə isə nənənin idi.
Camal oturmuşdu və gözlərini boşqaba zilləmişdi. Birdən ağlına bir
fikir gəldi. «Nənəm inciməz. O, mənimlə bölüşməkdən məmnun olar. Bir
azca götürsəm, bir şey olmaz ki, heç kəsin xəbəri də olmayacaq», -
düşünərək, mürəbbə olan tərəfə baxdı.
O, yenə fikrə getdi: «Görəsən, bu - oğurluq deyil ki? Yox, düşünmürəm. Lap azca götürərəm, heç kəs də xəbər,tutmaz».
Camal ayağa qalxdı və kürsünü götürüb mətbəx dolabına yaxınlaşdı.
Kürsünün üstünə çıxıb, zorla da olsa, əlini istəkli mürəbbə bankasına
çatdırdı.
Camal bu işi görərkən özünü günahkar hiss edirdi - hiss edirdi ki,
yaxşı iş görmür. Ancaq: «Eybi yox», - deyib, öz-özünü
sakitləşdirdi.-«Heç kəs xəbər tutmayacaq».
Camal bankanın ağzını açdı,barmağını mürəbbəyə batırdı,sonra da
barmağını yalayıb,dedi: «Mmm…Necə də dadlıdır?!..». Camal artıq vicdan
əzabı çəkmirdi.O, bıçağı götürüb, mürəbbəni çörəyinin üstünə yaxdı.O,
mürəbbəni elə sevirdi ki! Hətta mürəbbədən yalnız azca götürmək
niyyətini də unutmuşdu.
Camal bankaya baxıb, bikef oldu:«Vay, nə yaman çox götürdüm!».
O, mürəbbənin bir qədərini yaxmadan götürüb, bankaya qaytarmaq istədi.
Ancaq indi bankadakı mürəbbəyə yağ da qarışmışdı. Üstəlik, mürəbbə
əllərinə, hətta bankanın qıraqlarına və masaya da yaxılmışdı.
-Camal,nə,etdin?
Anası qapıda dayanıb,oğluna baxırdı.
Camal əllərinə baxıb ağlamağa başladı.
«Tərs uşaqsan»,-deyə anası oğlunu məzəmmət elədi.
- Bilirdin ki, mürəbbə sənin üçün deyil. İndi tez get, əllərini yu və otağına yürü.
Camal ağlaya-ağlaya otağına qaçdı və çarpayısına atıldı. Durmadan,hey ağladı.
Əvvəlcə bikef olmuşdu,sonra bərk hirsli idi,indi isə artıq qoxu içindəydi.
Elə bu zaman otağa atası daxil oldu. «Pis hərəkət eləmisən», - dedi. - «Özünə aid olmayan bir şeyi götürmüsən».
Camal cavab vermədi.O,utana-utana yerə baxırdı.
«Elədiyinin bircə adı var», -dedi atası. - «Özün bilirsən, adı nədir…».
Camal yenə ağlamağa başladı. Hələ də dinmirdi. Sonra göz yaşları içində
dedi: «Bir azca mürəbbə yemək istəyirdim… Lap azca… Sonra bankanı
yerinə qoyacaqdım, heç kəs də xəbər tutmayacaqdı. Ata, düşünmürdum
ki,oğurluq edirəm».
Camalın atası çarpayının qırağına əyləşib, oğlunu dizi üstə oturtdu, bağrına basdı.
«Eybi yoxdur, oğul», - deyə oğlunu sakitləşdirdi. Camal hələ də
ağlayırdı. O dedi: «Bilirəm, indi anamla sən - ikiniz də mənə
acıqlanacaqsınız. Nənə də məndən narazı olacaq». Sonra Camalın gözləri
böyüdü və əlavə elədi: «Allah da hərəkətimdən narazı qalacaq».
«Narahat olma», - deyə atası təmkinlə bildirdi. - «Biz vəziyyəti düzəltməyə çalışarıq».
Camal sakitcə soruşdu:«Axı necə?»
«İlk növbədə, incitdiyin adamlardan üzr istəyərsən. Sonra Allahdan üzr
istəyərsən. Sonra da elədiyini bir də heç vaxt təkrar eləməməyə
çalışarsan».
Camalın bu fikir xoşuna gəldi, lakin o hələ də qorxurdu. «Birdən
unutsam və elədiyimi yenə təkrarlasam?», -deyə atasına sual etdi.
Atası onu əmin edib,bildirdi:
- Düşünürəm ki, sənə unutmamaqda yardım edə bilərəm. De görüm, yeməyimizi bizə kim bağışlayır?
«Allah», -deyə Camal yavaşca cavab verdi.
- Zəmilərə yağış yağdırıb, onları göyərdən, sonra da onu bizə yemək qərar verən kimdir?
«Allah», -deyə o yenə də təsdiqlədi.
- Bəs hər zaman bizə nəzər yetirən, olduğumuz hər yerdə bizi görən, elədiyimiz hər işdən xəbər tutan kimdir?
Bu dəfə Camal lap astadan cavab verdi: «Allah». O, özünü yenə də pis
hiss eləmişdi. Bilirdi ki, Allah onu mürəbbəyə əl uzadan yerdə görüb.
Atası dedi: «Əgər Allahı düşünsək, heç vaxt pis iş görmərik. Əgər
Allahın bizi hər yerdə və həmişə gördüyünü xatırlasaq, pis əməllər
tutmarıq. İndi isə get, əl-üzünü yu və aşağı düş. Sənin üçün bir
hədiyyəm,var».
Camal əl-üzünü yuyarkən düşündü: «Görəsən, atam niyə məhz indi mənə hədiyyə vermək istəyir?»
Camal aşağı endi. Orada onu ata-anası gözləyirdi. «Anacan, üzr
istəyirəm», - deyə anasına üz tütdü. Daha sonra atasına da üz tutub
dedi: «Atacan, üzr istəyirəm».
Atası gülümsədi və gedib mürəbbə bankasını gətirdi. «Al, götür. Bu sənə hədiyyəmdir», - dedi.
Camal özünü itirmiş halda atasına baxdı.
«Götür! Götür!», - deyə atası israr elədi - «Bu da qaşıq. İnşallah, bu mürəbbə sənə Allahı xatırlamağı öyrədər».
Camal bankanı götürdü. Atası sözünün davamında dedi: «Götür, bü mürəbbə
indi sənindir. Onu ürəyin istəyən qədər yeyə bilərsən, ancaq bircə
şərtlə: onu ancaq elə yerdə ye ki, səni heç kəs görə bilməsin. Nə qədər
istəyirsən, o qədər ye, bir tək yediyin vaxt səni görən olmasın».
Camal əvvəlcə mürəbbəyə, sonra da atasına baxdı. Sözünün tamamında
atası əlavə elədi - «Get, get, ammaə elə yerdə ye ki, səni orada görən
olmasın», - dedi.
Camal qonaq otağına getdi. Anası divanda əyləşib toxuyurdu. «Bura
münasib yer deyil. Anam məni mürəbbə yeyən yerdə görəcək», - düşünüb
otaqdan çıxdı.
Camal öz otağına yollandı. Bankanın ağzını açan kimi, Məhəmməd otağa
daxil oldu. «Yenə alınmır. Burada da Məhəmməd məni görəcək», -
düşünərək, Fatimənin otağına getdi.
Amma bacısı otaqda əyləşib, dərs oxuyurdu. Qardaşının gəldiyini görüb:
«Camal, yaxşı gəlmisən. Səni bir dəqiqəyə olar?», - deyə qardaşını
hayladı.
- Sən bilirsən, ərəbcə «səbr» necə deyilir?
- Əlbəttə, bilirəm. Səbr ərəbcə - «sabr» kimi səslənir. Atanın bizə
əzbərlətdiyi Quran ayəsini yadına sal: «Allah səbr edənləri sevir».
«Sabr» və «saabiriin» eyniköklü sözlərdir.
- Çox sağ ol,qaqaş!
- Buyur,bacı.
- Camal,evi niyə mürəbbə bankası ilə gəzib-dolanırsan?
Camal cavabında bacısına bildirdi ki, mürəbbəni ata verib, bir şərtlə ki, onu heç kəs olmayan yerdə yesin.
Fatimə mənalı surətdə gülümsəyərək, yalnızca: «Sənə uğurlar, Camal!» - söylədi.
Bacısının mürəbbəni sevdiyi halda onunla bölüşməyini istəməməsi Camalda təəccüb doğurdu.
«Bax ha!», - deyə Camal fikrən dilləndi - «Yəni elə bir yer tapmaq belə çətin işdir?»
Camal atasının otağına yönəldi. Ancaq burada da atasını təfsir (Quranın
məna şərhləri) oxuyan yerdə gördü. Onu narahat etməsin deyə, qapını
astaca örtüb çıxdı.
Camal hara gedəcəyini düşünürdü. Birdən: «Ağlıma gəldi!», - deyib hamama yollandı.
Qapını örtüb, vannanın qırağına əyləşdi və bankanı açmağa başladı.
Birdən qulağına quş civiltisinin səsi dəydi. Pəncərədən küçəyə
boylandı. Budaqda quş oturmuşdu.
«Yooox…», - deyib, dərindən nəfəs çəkdi. - «Quş məni görə bilər».
Camal bir şey fikirləşib tapmağa çalışırdı. Öz-özünə düşündü: «Aşağı düşsəm, yaxşıdır».
Pilləkənlarla aşağı enib, uşaq otağına girdi. İndi o tək idi. «Heç kəs
məni görməyəcək» düşüncəsi ilə yerə oturdu.İndi o,doğrudan da,tək idi.
Gözlənilmədən Camal səs eşitdi: «Miyo!» - bu pişiklərinin səsi idi -
Məsinin. «Sən burada nə eləyirsən, hə?» -deyə pişikdən sordu.
Pişik cavabında ancaq miyoldadı.
Camal pərişan halda düşünürdü: «Görəsən, daha hara gedim?».
Birdən ağlına bir fikir gəldi. «Bildim!», - deyib, sevincək halda
pilləkənin altındakı qaranlıq otağa tərəf qaçdı.Buraya valideynləri
bəzi ev əşyalarını saxlayırdı.
Camal içəri keçib qapını örtdü.İndi bura onun üçün ən münasib yer idi.
Otaq çox qaranlıq idi. Camal bankanı əlinə götürdü. Qaranlıqda onu heç
seçə də bilmirdi. «İndi məni görən olmaz - otaq zülmət qaranlıqdır»
düşüncəsi ilə bankanın qapağını açmağa başladı: «Məni nə ana görə
bilməz, nə də ata, hətta pişik belə, görə bilməz. Heç kəs görməyəcək».
Amma birdən Camalı bir fikir üstələməyə başladı: «Bir kimsə məni burada
da, hətta bu zülmətdə olsa, görə bilir. Bəli, Allah məni görür, hətta
lap yaxşı gizlənsəm də, görə bilir. Elədiyim hər işi də görə bilir!».
Camal bankanın ağzını qapadı. Bacısının nəyə təbəssüm etdiyini indi
anlamışdı. O, artıq dəqiq bilirdi ki, mürəbbəni yemək üçün heç kəs
olmayan bir yer tapa bilməyəcək. Allah onu həmişə və hər yerdə görəcək!
Camal mətbəxə gedib bankanı atasına uzatdı və dedi: «Mən bu mürəbbəni yeyə bilmərəm».
«Niyə ki?», - deyə atası təbəssüm etdi.
«Ona görə ki, Allah məni hər yerdə görə bilir», - deyə oğul cavab verdi.
Camalın atası bu sözlərdən çox məmnun oldu. O, Camala yaxınlaşıb
alnından öpdü. Söylədi: «İndi sən çox önəmli bir dərsi mənimsədin və
İnşallah, bu - səni pis əməllərdən çəkindirmiş olar».
«Elədir», - deyə Camalın anası da təsdiq etdi və davam elədi: «İndi isə
biz səninlə dükana gedib mürəbbə alacağıq. Birini nənən, birini də
sənin üçün».
«Ura!» - Camal sevincindən atılıb-düşürdü - «Mən də bu mürəbbəni dada biləcəyəm!».
İndi o, tamamilə xoşbəxt idi: «Nə yaxşı?! Bu mürəbbə məxsusi olaraq,
mənim üçün olacaq və mən onu Allahın nəzəri qarşısında yeyə biləcəyəm!».