Dəyişənlər
Php-də dəyişənlər ($) işarəsi ilə başlayır. Bu işarədən sonra istənilən
sayda hərf və rəqəm yazmaq mümkündür. Amma yadda saxla ki birinci rəqəm
yazmaq qəbul olunmur. Həmçinin yadda saxlamaq lazımdır ki PHP-də
dəyişənlərin adları həriflərin kiçik və ya böyük olmasından aslı olaraq
hissiyyatlıdırlar.
Php də qeyd olunan dəyişənlər proqram ərzində bir neçə tipdə ola bilərlər. Tipləri sonra izah edəcəyəm.
Dəyişənə mənimsədilən məna axıra kimi özünü saxlayır yəni sorğu qurtarana qədər.
Konstantlar(sabit qalan)
Konstantalar proqramda bu funksiya vasitəsi ilə elan olunurlar define():
define(CONSTANT, value)
Bu funksiyanın 1-ci parametri – konstantanın adı, 2-ci– onun mənası.
Konstantanın istifadəsi zamanı ona adına uyğun istinad edilir:
<?
define(CONSTANT1,15);
define(CONSTANT2,"\x20"); // aralığın(boşluğun kodu) kodu
define(CONSTANT3,"Hello");
echo(CONSTANT1);
echo(CONSTANT2);
echo(CONSTANT3);
?>
Ənənə olaraq konstanta adını yuxarıdakı registr hərfləri ilə yazırlar.
Bu ənənə olmasına baxmayaraq sizə bu üsulla yazmağınızı məsləhət
görürəm. Belə bir funksiya mövcuddur defined()(təsdiq olunub), hansı ki konstantanın müəyyən olub olmadığını yoxlayarkən istifadə oluna bilər:
<?
define(CONSTANT,"Hello");
if(defined("CONSTANT"))
{
echo("<p>Konstanta təyin olunub</p>");
}
?>
Yuxarıda gördüyünüz { } işarələrinin qoyulma səbəbi if funksiyasıdır. Yəni əgər(if) konstanta təyin olunubsa(defined) və şərtlə bağlı olan cümlələr { } daxilində gedir o zaman funksiyanı et, yəni göstər(echo) Konstanta təyin olunub. Əlbət də ki siz bu şərtdən əvvəl konstantanı daxil etmişsənsə doğru nəticə göstərəcəkdir.
|