1. Meksikada süd dişi düşən zaman
onu toplayan mifik Diş Pərisi olur. Bəzi ölkələrdə Azərbaycan da, daxil
olmaqla süd dişi çıxan zaman Siçan apardı deyirlər.
2. İnsan bədənində ən möhkəm diş emalı hesab olunur.
3. Hər ikinci amerikalı insanda ən yadda qalan ilk şey onun təbəssümü olduğunu söyləyir.
4. Dünyanın ən bahalı dişi 4650
dollara satılıb. Onu alan zəngin aristokrat həmin dişi üzük halqasına
saldıraraq barmağında gəzdirib. Bu hadisə 1727-ci ildə baş verib.
Məhşur İsaak Nyutonun ölümündən bir gün sonra. Çünki diş məhz alim
İsaak Nyutonun dişi idi.
5. Qədim Romadan dişləri təmizləmək üçün sidik ifrazatından istifadə olunurdu.
6. Diş fırçası qismində ilk dəfə ucu haçalanmış çubuqlardan istifadə edilmişdir.
7. İlk diş pastası Dr. Shefield’s Creme Dentifrice 1892-ci ildə istehsal olunmuşdur.
8. İnsanların yalnız 60% 65 yaşına qədər tam diş komplektinə malik olur. 65 yaşdan yuxarı diş tökülmələri sürətlənir.
9. Yalnız Amerikada ildə 53 000 000 litr diş pastası satılır. Bu isə 30 Olimpiya hovuzunu doldura biləcək suyun həcminə bərabərdir.
10. Yeri gəlmişkən, «süd dişi»
deyimini ilk dəfə Hipokrat söyləmişdir. O, əmin idi ki, körpənin ilk
dişləri süd vasitəsilə formalaşır.
11. İlk elektriki diş fırçası İkinci
Dünya müharibəsindən sonra İsveçrədə istehsal olunmuşdur. Həmin zaman
qəribə görünsədə indi dünya əhalisinin 12% ektriki diş fırçasından
istifadə edir.
12. Gündə 3 dəfə dişlərini fırçalayan
insanlar artıq çəkidən əziyyət çəkmək ehtimalı çox azdır. Yapon
alimləri 14 000 insanın həyatının araşdıraraq bu nəticəyə gəliblər.
13. Bədəndə olan kalsiumun 99%-i dişlərdə və sümüklərdə olur.
14. Heç fikirləşmisinizmi ki, neçə
cürə diş fırçası icad etmək olar? Statistikaya görə 1960-cı ildən bəri
dünyada 3000 fərqli diş fırçası modeli istehsal edilib.
15. ABŞ-ın Rod-İsland ştatında qanuni olaraq şənbə günləri mağazalarda diş fırçası satmaq qadağandır.